Fransada 1900-cü ildən bu yana tarixdə ikinci ən yüksək temperatura malik olan yay dövründə 2816 nəfərin həyatını itirdiyi bildirilir.
Elchi.az xəbər verir ki, Fransa İctimai Sağlamlığının paylaşdığı məlumata görə, bu il temperatur və COVID-19 epidemiyası ilə əlaqədar 10 420 nəfər ölüb.
Bunlardan 2816 nəfəri yayda 14-22 iyun, 9-27 iyul və 29 iyul-14 avqust tarixlərində yaşanan 3 isti dalğası nəticəsində birbaşa dünyasını dəyişib. Sözügedən dövrlərdə müşahidə edilən həddindən artıq istilər də 1900-cü ildən bəri ölkədə yaşanan “ən yüksək temperatur” olaraq qeydə alınıb.
Digər tərəfdən, qızmar istilər nəticəsində ölən 2816 nəfərdən 2272-si 75 və yuxarı yaşda olan insanlardır.
2003-cü ildə ölkədə 15 min insan anomal istilər səbəbindən dünyasını dəyişib.
Şayəstə