Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixləri ərzində Azərbaycana və Ermənistana səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.
“Nazir səfər zamanı Fransanın ədalətli, davamlı, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan sülh naminə iki ölkə arasında danışıqların dəstəklənməsinə sadiqliyini ifadə edəcək”, – məlumatda qeyd edilir.
Səfər çərçivəsində K.Kolonnanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcəyi gözlənilir.
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir
Azərbaycan regional əməkdaşlığın siyasi ambisiyadan praktiki icraya necə keçə biləcəyinin konkret nümunəsini təqdim edir. Elchi.az xəbər verir ki, bunu Birləşmiş...





















Son şərhlər