Fransa Senatı səs çoxluğu ilə Ukraynada 1932-1933-cü illərdəki soyqırımı tanıyan qətnamə qəbul edib.
Elchi.az xəbər verir ki, bu barədə Fransa parlamentindən məlumat verilib.
“Biz Fransa hökumətini 1932-1933-cü illərdə sovet hakimiyyəti tərəfindən milyonlarla ukraynalının aclıq, deportasiyası və məhvini soyqırımı kimi tanımağa çağırırıq”, – qətnamədə qeyd olunub.