Fransanın Qərbi Afrika ölkələri Seneqal, Qabon və Fil Dişi Sahilindəki daimi bazalarında hərbi personalının sayını azaldacağı bildirilir.
Elchi.az xəbər verir ki, “Le Monde” qəzetinin Elysee mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron 2023-cü ilin dekabrında keçirdiyi müdafiə toplantısında Qabon, Seneqal və Fil Dişi Sahilindəki bazalardakı şəxsi heyətin ixtisarına qərar verib.
Bu çərçivədə Qabonun paytaxtı Librevil, Seneqalın paytaxtı Dakar və Fil Dişi Sahilinin Abidjandakı Fransa bazalarında hərbi personalın sayı azaldılacaq.
Yelisey rəsmisi qərarın “ox dəyişikliyinə” işarə etmədiyinə, əksinə bunun prezident Makronun 2023-cü ilin fevralında açıqladığı yeni Afrika strategiyası çərçivəsində atılan addım olduğuna diqqət çəkib.
Fransanın Librevil və Dakarda hər biri 350, Abidjanda isə 950 əsgəri var.
Prezident Makron 2023-cü ilin fevralında “Fransa Afrikadakı hərbi bazalarını dəyişdirəcək və işçi qüvvəsini, xüsusən də qitədə azaldacaq” və bu transformasiyanın Afrikadakı ölkələrinin simasını dəyişdirmək və “mirasdan uzaqlaşmaq” istədiklərini söylədi. “Keçmişin” Fransa müxalifləri tərəfindən bəhanə olaraq istifadə edildiyi qeyd edildi.
Fransa ilə Mali arasında yaranan diplomatik gərginlikdən sonra Paris administrasiyası Barkhane əməliyyatı çərçivəsində 2022-ci ildə son əsgərlərini bu ölkədən çıxarıb.
Saber əməliyyatı çərçivəsində Burkina Fasoda yerləşən fransız əsgərləri də hərbi administrasiyanın tələbi ilə 2023-cü ilin əvvəlində ölkədən çıxarılıb.
2023-cü ilin iyulunda baş verən hərbi çevrilişdən sonra Mali və Burkina Fasodan sonra Nigerin Fransa ilə münasibətləri gərginləşdi və Fransa 2023-cü ilin sonunda qoşunlarını bu ölkədən çıxarıb.
Şayəstə Hüseynova