"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Fransa prezidenti: “Sarkisyana da demişəm…”

15 Mart 2017 - 11:24
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Martın 14-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib. Fransa prezidenti şam yeməyində çıxışında qeyd edib:

“Cənab Prezident. Cənab nazirlər. Hörmətli deputatlar. Hörmətli xanımlar və cənablar. Mən Sizi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimiz bir dönəmdə qarşılayıram. Fransa 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanımışdır. Beləliklə, həqiqətən də Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Əslində mən “bərpa olunmuş müstəqilliyini” sözlərini söyləməli idim. Çünki 1918-ci il mayın 28-dən 1920-ci ilin aprelinə kimi artıq Azərbaycan Demokratik Respublikası mövcud olmuşdur və onun yaranması tarixi hər il Azərbaycanın milli günü kimi qeyd olunur. Biz bir neçə gün əvvəl Beynəlxalq Qadınlar Gününü qeyd etdiyimizə görə onu da xatırlatmaq istərdim ki, Azərbaycan Demokratik Respublikası dünyada qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən olmuşdur”.

F.Olland bildirib ki, əslində xalqlarımız arasındakı əlaqələrin tarixi 25 illik diplomatik münasibətlərdən daha qədimdir: “Bizim ölkələri birinci növbədə ticarət əlaqələri yaxınlaşdırmışdır. Bu əlaqələrin ilk izlərinə IX və X əsrlərdən başlayaraq Azərbaycandan keçən tarixi İpək Yolunda rast gəlmək olar. XIII əsrdən isə bu yolu fransız səyyahları da keçməyə başlamışlar. Daha sonra Fransanın qədim tarixə malik olan şərqşünaslıq ənənəsi bizi mədəniyyət sahəsində də yaxınlaşdırmışdır. Bartelemi Derblo 1700-cü ildə işıq üzü görmüş məşhur “Şərq kitabxanası” əsərində sizin ədəbiyyatınızı ilk dəfə olaraq ölkəmizə tanıtmışdır. Amma ölkənizi fransızlara ən çox tanıdan 1858-1859-cu illərdə Qafqaza səfər etmiş və öz əsərində Bakını təsvir edən Aleksandr Düma olmuşdur. Artıq o vaxtdan ölkələrimiz arasında möhkəm əlaqələr qurulmuşdur və mən münasibətlərimizin istisnasız hər bir mövzuya toxunmağa imkan verən səmimiliyini və açıqlığını çox qiymətləndirirəm.

Cənab Prezident, Sizin ölkənizin əməkdaşlıq əlaqələrini şaxələndirmək, müstəqilliyini möhkəmləndirmək kimi böyük bir məqsədiniz var. Biz Azərbaycan və Avropa İttifaqı arasında yeni müqavilə perspektivini məhz bunu düşünərək dəstəklədik. Mən şadam ki, bununla bağlı danışıqlar artıq bir ay əvvəl Brüsseldə Sizin iştirakınızla başlamışdır. Arzu edirəm ki, bu danışıqlar tez bir zamanda uğurla nəticələnsin. Fransa karbohidrogenlər sahəsində sizin əsas müştərilərinizdən biridir. Bu baxımdan mən Total və SOCAR arasında Abşeron neft yataqlarının istismarı üzrə uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram. Cənab Prezident, hörmətli birinci xanım, Fransanın bir çox şirkətləri Sizin ölkənin nəqliyyat, turizm, ekologiya, təhlükəsizlik, şəhərsalma və kənd təsərrüfatı sahələrində öz təcrübələri və bacarıqları ilə bölüşməyə hazırdırlar. Bildiyimə görə, Fransaya səfəriniz çərçivəsində Siz onların bir çoxu ilə artıq görüşmüsünüz və Sizin iştirakınızla bir çox müqavilələr imzalanmışdır.

Cənab Prezident, mən Sizin ölkənizə səfər etmişəm. Biz 2016-cı ilin sentyabr ayında açılan Azərbaycan-Fransız Universitetinin uğurundan qürur hissi duyuruq. Universitetin artıq 150 tələbəsi var. Mən Sizə bu layihənin reallaşmasına verdiyiniz şəxsi dəstəyinizə görə təşəkkür etmək istərdim”.

F.Olland əlavə edib ki, bu, təhsilə və ölkənizdə 50 minə yaxın şagirdə tədris edilən və 3-cü xarici dil olan fransız dilinin geniş yayılmasına Sizin verdiyiniz əhəmiyyəti bir daha göstərir: “Mən, həmçinin Fransanın və Azərbaycanın regionlarıarasında sayı get-gedə artan əməkdaşlıq proqramlarında iştirak edən rayon icra başçılarını və deputatları da alqışlamaq istərdim.

Mən nitqimi sülhün və sabitliyin vacibliyini qeyd edərək bitirmək istərdim. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatmışdır. Danışıqlar artıq 23 ildir ki, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməmişlər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmamışdır.

Siz Fransanın ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri ilə birlikdə çıxış yolunun tapılmasına nə qədər səy göstərdiyini bilirsiniz. Bir neçə gün əvvəl Parisə səfər edən prezident Sarkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm: Bu münaqişə hərbi yolla həll edilə bilməz. Belə ki, ABŞ və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır.

Cənab Prezident, Sizin Parisə bu səfəriniz bizim üçün uzunmüddətli münasibətlərimizdə yeni bir mərhələnin başlanğıcıdır. Fransa Azərbaycan üçün hər zaman mübadilələrimizi, xüsusilə də insan hüquqları sahəsində mübadilələri artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin olması naminə birgə işləmək istəyən açıq və səmimi bir tərəfdaş olaraq qalacaqdır”.

Previous Post

Fransa prezidenti: “Sarkisyana da demişəm…”

Next Post

Bakı Metrosunda qadın özünü QATARIN ALTINA ATDI

Bənzər yazılar

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54

İran ordusu Bəhreyndə yerləşən ABŞ-ın Şeyx-İsa hərbi bazasının kritik infrastruktur obyektlərinə zərbələr endirib. Elchi.az xəbər verir ki, bu barədə İran...

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib. Elchi.az "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, universitetin Himayəçilər Şurasının qərarı, elm və...

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15

Livan Prezidenti Cozef Aun Türkiyəyə rəsmi səfərə gəlib. Elchi.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Prezident Sarayında...

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12

İranın xarici işlər naziri Abbas Əraqçi Bolqarıstanı ABŞ hərbi təyyarələrinin Bezmer aviabazasında müvəqqəti yerləşdirilməsi ilə bağlı qərarına yenidən baxmağa çağırıb....

Next Post

Bakı Metrosunda qadın özünü QATARIN ALTINA ATDI

Daha bir filmin sevişmə səhnələri sosial şəbəkədə damğa vurdu - VİDEO

Son xəbərlər

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51
ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

30 İyul 2026 - 23:49
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

30 İyul 2026 - 20:05
Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

30 İyul 2026 - 20:01
Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

30 İyul 2026 - 19:30
Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

30 İyul 2026 - 19:27
Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

30 İyul 2026 - 19:25
İran Küveytdəki ABŞ bazasına hücum edib

İran Küveytdəki ABŞ bazasına hücum edib

30 İyul 2026 - 19:20
“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

30 İyul 2026 - 19:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.