Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) vitse-prezidenti Klemens Götte Fransanın NATO-dan çıxmasını tələb edən qətnamə təqdim edib.
Elchi.az xəbər verir ki, siyasətçi bu barədə “X” sosial media saytında məlumat verib.
“Fransanın ABŞ-ın rəhbərlik etdiyi və idarə etdiyi hərbi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatında iştirakı məsələsi indiyədək olduğundan daha aktualdır. Mən NATO-dan çıxmağı planlaşdırmaqla bağlı qətnamə təqdim edirəm”, – deyə vitse-spiker yazıb.
Goette həmçinin ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya qarşı hərəkətlərini, ölkənin Qrenlandiyanı ilhaq etmək planlarını və Vaşinqtonun İsrailə dəstəyini tənqid edib.
Məryəm





















