Fransa Milli Assambleyasının sədri İrəvana gəldi

65

Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistana rəsmi səfərə gəlib.

Elchi.az bu barədə Ermənistan parlamentinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir. Fransa nümayəndə heyətinə Milli Assambleyanın vitse-spikeri Valeri Rabo, NA-nın Xarici Əlaqələr Komissiyasının sədri Jan-Lui Burlanj, Milli Məclisin deputatı Anne Genet və İqtisadi məsələlər üzrə komissiyanın sədr müavini, Fransa-Ermənistan Dostluq Qrupunun sədri Ann-Lorens Patel daxildir.

“Zvartnots” beynəlxalq hava limanında fransalı parlamentariləri Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan qarşılayıb.

Fransa Milli Assambleyasının sədri Simonyanla görüşəcək və onunla birgə mətbuat konfransı keçirəcək. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla da görüşlər planlaşdırılır.

Bildirilir ki, Bron-Pive həmçinin qondarma “erməni soyqırımı”na həsr olunmuş memorialı ziyarət edəcək və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Fransa Milli Assambleyasının rəhbəri Əsgər Evinə və Ermənistanın Fransa Universitetinə də baş çəkəcək.