"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Franko-erməni dilli diaspor jurnalından ilginc etiraflar

27 İyul 2014 - 12:50
in MANŞET
FacebookVatsap

“Əliyevin ritorikası Ermənistan dövlətinin legitimliyini şübhə altına qoyur”; Fransa Azərbaycana img1609862silah satırmı sualı üzərində baş sındıran nəşr: “Bakının təkcə hərbi büdcəsi Ermənistanın ümumu büdcəsindən çoxdur…”; Azərbaycanın fransız zenit-raket sistemlərinə marağı lobbinin yuxusuna da haram qatıb…

Az öncə fransız nəşrlərindən birində bu ölkənin Azərbaycana silah satması barədə maraqlı məlumat keçmişdi. “Intelligence Online” bülleteni iddia eləmişdi ki, rəsmi Paris ölkəmizə orta mənzilli zenit-raket kompleksləri satmaq istədiyindədir.
Bülletendə deyilirdi ki, 2014-cü ilin mayında Bakıya səfər eləmiş Fransa prezidenti Fransua Olland orta mənzilli SAMP/T zenit-raket kompleksinin Azərbaycana satışını lobbiləşdirib. Lakin az sonra Fransanın Ermənistandakı səfiri Anri Reno İrəvanda keçirdiyi mətbuat konfransında informasiyanı təkzib elədi. “Mən həqiqətən silah satışı barədə heç nə bilmirəm. Fransanın Azərbaycana silah satdığını da eşitməmişəm. Belə bir şey yoxdur. Silah satışı haqda məlumatlar həqiqətə uyğun ola bilməz”, – deyə o, vurğulamışdı.
Səfir habelə, ölkəsinin Minsk Qrupunu üç həmsədrindən biri olduğunu xatırladaraq əlavə eləmişdi ki, Fransa problemin dinc yolla nizamlanmasının tərəfdarıdır. O, silah satışının bu prinsipə zidd olduğunu qeyd edərək, ölkəsinin həmsədr qismində münaqişə tərəflərinə silah satılmasına tərəfdar olmadığına diqqət yönəltmişdi.
Ancaq belə görünür, diplomatın söylədikləri erməni tərəfini elə də qane eləməyib. Əks halda, silah məsələsi dünyada ən böyük erməni icmalarından sayılan Fransadakı erməni lobbisinin də yuxusuna haram qatmazdı. Bunu Parisdə nəşr olunan franko-erməni dilli “Nouvelles de Amenie” jurnalının mövzuya həsr elədiyi yazıdan da görmək olar.
Burdaca vurğulayaq ki, Fransa uydurma erməni “soyqırımı” dövlət səviyyəsində tanımaqla yanaşı, bunu illərdir qanunla kriminallaşdırmağa cəhd göstərən (söhbət inkara görə cərimə və ya həbs cəzasının kəsilməsindən gedir) yeganə dövlətdir. Bu da bədxah millətin təmsilçilərinin Fransanın daxili-xarici siyasətinə təsir imkanlarını göstərir…
Beləliklə, musavat.com nəşrin baş redaktoru Ara Toranyanın Parisin Bakıya silah satması ilə bağlı yayılan məsələlərə dair şərhini diqqətə çatdırır. Toranyan yazır:
“Fransa Azərbaycana silah satırmı? Redaksiyamıza bir neçə gün öncə daxil olmuş bəzi həyəcanlı siqnallar bunu təsdiq edir. Hərçənd, Fransanın silah-sursat satması haqda informasiya əldə eləmək həddən artıq çətindir, çünki bu, iqtisadiyyatın heç də ən şəffaf sektoru deyil. Bununla belə, “Intelligence Online” öz nəşrində qeyd edib ki, Fransa prezidenti Fransua Olland bu il mayında Azərbaycana etdiyi səfəri gedişində “Thales” və “MBDA” şirkətlərini özündə birləşdirən “Eurosam” konsorsiumunun zenit-raket kompleksini Bakının alması üçün əlindən gələni əsirgəməyib. O, Azərbaycan prezidenti İlham Əliyevdən güclü şəkildə xahiş edib ki, Bakı Xəzərdəki neft yataqlarının mühafizəsini təşkil eləməkdən ötrü konsorsiumun təklif elədiyi hava hücumundan müdafiə sistemlərini əldə eləsin.
Əgər informasiya təsdiqlənərsə, bu, yalnız güclü məyusluq yarada bilər. Ən azı iki səbəbdən: birinci ona görə ki, Fransa Dağlıq Qarabağda sülh prosesinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Demək, sual ortaya çıxır ki, bir yandan silahları susdurmaqla məşğul olub, başqa yandan onun yayılmasında iştirak etmək nə dərəcədə mümkündür? Üstəlik, təkcə hərbi büdcəsi Ermənistanın ümumi büdcəsini üstələyən Bakının hərbi hədələri sürətli silahlanma ilə müşayiət olunur.
Bundan əlavə, “soyqırıma” münasibətdə aparılan işlərin hansı dəyəri olacaq əgər o işlər yeni “soyqırım” risklərinin önlənməsi üçün preventiv tədbirlərin görülməsi ilə paralel aparılmırsa? Axı, İlham Əliyevin müntəzəm şəkildə istifadə elədiyi ermənilərə qarşı nifrət ritorikası bu gün Ermənistan dövlətinin legitimliyini birbaşa şübhə altına qoyur, nədən ki, Əliyev Ermənistanın Azərbaycan torpaqlarında təşəkkül tapdığını iddia edir. Odur ki, ən betəri gözləmək lazım gəlir.
Fransanın regiona cəlb olunması nəzərə alınarsa, minimum nəyi gözləmək olar? Əlbəttə ki, onun mövqeyində açıqlıq və şəffaflığı – ələlxüsus da belə bir həssas sfera olan silah ticarəti məsələsində. Və xüsusən də söhbət davranışı bu anlamda ehtiyatlı olmalı olan bir dövlətdən gedirsə”.
***
Göründüyü kimi, əslində yazıda Azərbaycan-Fransa hərbi əməkdaşlığının mövcudluğu inkar edilmir. Söz yox ki, erməni lobbisinin narahatlığı dünyanın ən ermənipərəst dövləti sayılan Fransanın getdikcə müxtəlif əməkdaşlıq formaları vasitəsilə Azərbaycana bağlana bilməsi perspektivi sarıdandır. Aydın məsələdir ki, bu yaxınlaşma gələcəkdə erməni icmasının rəsmi Parisin mövqeyinə təsir imkanlarını və rıçaqlarını azalda, uydurma soyqırımla bağlı yeni planların gerçəkləşməsini bir az da qəlizə sala, Qarabağ məsələsində Fransanın mövqeyini daha ədalətli edə bilər.
Ancaq ermənilər unudur ki, Azərbaycan BMT tərəfindən tanınan əraziləri təcavüzə məruz qalan ölkədir və 21 ildir nəticə verməyən sülh prosesi fonunda onun hər vasitə ilə öz hərbi qüdrətini artırmaq istəməsi təbiidir. Belə bir haqqı ölkəmizə ən azından BMT Təhlükəsiz Şurasının Dağlıq Qarabağ dair 4 məlum qətnaməsi, habelə Avropa Şurasının, Avroparlamentin, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı birmənalı şəkildə təcavüzkar elan edən qərarları verir.

 

Bunu da oxuyun

Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb

İsrail ABŞ-dən asılılığı azaltmaq üçün JDAM bombalarının kütləvi istehsalına başlayır

ABŞ-ın silah ehtiyatını bərpa etmək üçün azı dörd il lazım olacaq

Previous Post

Franko-erməni dilli diaspor jurnalından ilginc etiraflar

Next Post

Günün fotosu: 12-ci…

Bənzər yazılar

Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb

Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb

17 İyul 2026 - 20:44

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Elchi.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında...

İsrail ABŞ-dən asılılığı azaltmaq üçün JDAM bombalarının kütləvi istehsalına başlayır

İsrail ABŞ-dən asılılığı azaltmaq üçün JDAM bombalarının kütləvi istehsalına başlayır

17 İyul 2026 - 18:24

İsrail ABŞ-dən silah tədarükündən asılı olmamaq üçün iki il ərzində özünün idarəolunan JDAM aviabombalarının kütləvi istehsalını təşkil etməyi planlaşdırır. Elchi.az...

ABŞ-ın silah ehtiyatını bərpa etmək üçün azı dörd il lazım olacaq

ABŞ-ın silah ehtiyatını bərpa etmək üçün azı dörd il lazım olacaq

16 İyul 2026 - 19:02

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının birinci fazası böyük miqdarda döyüş sursatının xərclənməsini tələb edib; onların ehtiyatlarının bərpasına isə azı dörd...

“İran tezliklə məğlub ediləcək” – Tramp

“İran tezliklə məğlub ediləcək” – Tramp

16 İyul 2026 - 16:00

"İran çox tezliklə məğlub ediləcək". Elchi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib. "Dünyanın ən yaxşı silahlarına...

Next Post

Günün fotosu: 12-ci...

Kliniki ölüm keçirmiş Qarabağın xanım qazisi kömək istəyir- Foto

Son xəbərlər

Küləkli hava nə vaxta qədər davam edəcək?

Küləkli hava nə vaxta qədər davam edəcək?

20 İyul 2026 - 13:13
Tramp seçkiləri Çinlə müzakirə edəcəyini vəd etdi

Tramp seçkiləri Çinlə müzakirə edəcəyini vəd etdi

20 İyul 2026 - 13:00
Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

20 İyul 2026 - 12:52
Azərbaycan Gürcüstan məhsullarının idxalını artırıb

Azərbaycan Gürcüstan məhsullarının idxalını artırıb

20 İyul 2026 - 12:43
Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

20 İyul 2026 - 12:29
ANAMA-nın əməkdaşı Xocalının Muxtar kəndində minaya düşüb

Azad edilmiş ərazilərdə daha 228 mina, 630 PHS aşkarlanıb

20 İyul 2026 - 12:25
Sabah 38 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

20 İyul 2026 - 12:22
“Qarabağ”, “Sabah”, “Neftçi” və “Zirə”nin növbəti mərhələdəki rəqibləri bu gün müəyyənləşək

“Qarabağ”, “Sabah”, “Neftçi” və “Zirə”nin növbəti mərhələdəki rəqibləri bu gün müəyyənləşək

20 İyul 2026 - 12:17
Mayın 1-dən 15-dək ETN-ə 30 509 vətəndaş müraciəti daxil olub

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb, sənəd qəbulunun vaxtı bilinib

20 İyul 2026 - 12:09
Bakı–Naxçıvan–Bakı reysləri üzrə sərnişinlər üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib

Bakı–Naxçıvan–Bakı reysləri üzrə sərnişinlər üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib

20 İyul 2026 - 11:58
Skaloni Argentina millisindən ayrılacağını açıqladı

Skaloni Argentina millisindən ayrılacağını açıqladı

20 İyul 2026 - 11:50
Merz Almaniyanın Rusiya qazından asılılığını etiraf etdi

Merz Almaniyanın Rusiya qazından asılılığını etiraf etdi

20 İyul 2026 - 11:44
Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunan iclas keçirilib

Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunan iclas keçirilib

20 İyul 2026 - 11:40
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

20 İyul 2026 - 11:36
ABŞ dövlət katibi Lavrovla görüşməyə hazır olduğunu bildirib

ABŞ dövlət katibi Lavrovla görüşməyə hazır olduğunu bildirib

20 İyul 2026 - 11:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.