"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Formula-1`in xərcləri haqqındakı yalan ifşa olundu

24 Yanvar 2016 - 22:13
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Bu gün bəzi saytlar ölkəmizdə debüt edəcək Avropa Qran Prisi haqqında həqiqətə uyğun olmayan yazı dərc ediblər. Özünü `haqq fədaisi` kimi qələmə verən həmin saytlar növbəti dəfə yalan, iftira və böhtan yaydıb Bunu sübut etmək üçün orijinalı `Autoweek`də dərc olunan yazıya baxaq.

Əvvəla, bəri başdan deyək ki, bu sayt avtoidman saytları arasında elə də nüfuzlu sayılmır. İkincisi, saytın dərc etdiyi yazının qəhrəmanı İtaliya Milli Avtoklubunun prezidenti Anjelo Stikki Damyanidir. Bir neçə gün əvvəl İtaliya parlamenti icazə verib ki, bu klub İtaliya Qran Prisinin maliyyələşdirilməsində iştirak etsin. Yəni bu günə qədər Montsada baş tutan Qran Prinin maliyyələşdirilməsi hökumətin yardımı və Montsa Milli Avtodromunun hesabına həyata keçirilirdi. Berni Ekklstoun illik yarış haqqını qaldırdığı üçün avtoklub da maliyyə dəstəyini təklif edib.

Təsəvvür edin ki, bu klub və onun prezidenti bir neçə həftədir ki, danışıqlara qatılıblar, Berni ilə bir stol arxasında oturmaq hüququ əldə ediblər, öz yarışlarının haqqını indi öyrənən birisi Bakıda baş tutacaq yarışın haqqını hardan bilə bilər?

Bu yerdə qeyd etmək lazımdır ki, Formula1-də bütün maliyyə rəqəmləri kommersiya sirri kimi qorunur. Elə məlumatlar var ki, heç Formula1-in kommersiya başçısı Berni Ekklstoun belə bilmir. Məsələn, ayrı-ayrı pilotların əmək haqqı, komandaların büdcələri və s. Yarışların keçirildiyi ölkələrlə danışıqlarda isə yalnız Berninin özü şəxsən iştirak etdiyi üçün bu rəqəmləri, ümumiyyətlə, heç kim bilmir. Yəni Berni və ona yaxın olan adamlar, bir də ölkənin bu işdə səlahiyyətli nümayəndələri. Bu dar çərçivədən kənara məlumat çıxa bilməz.

Yenə də sual edirəm – bəs Damyani dünən öz ölkəsindəki bu dar çərçivəyə daxil olan adam kimi, öz ölkəsinin deyil, başqa bir ölkənin maliyyə rəqəmini bilə bilərmi? Cavab – ƏSLA YOX!

Mətni diqqətlə oxuyun. Bu “makaron həvəskarı” özünü qəhrəman kimi qələmə verir. Sanki bu olmasaydı, İtaliya Qran Prisi də olmayacaqdı. Guya Berni ilə danışıqlarda Formula1-in kommersiya başçısı bunları məhz varlı yeni traslarla şantaj edir. Yəni “əgər siz filan məbləği verməsəniz, sizdən də çox məbləğ verən ölkələr var”. Damyani də məcbur olub Berni deyən məbləğə yaxın şərtlə razılaşdığı üçün, “yandığından” ən sonda bir cümləlik məlumat atır ortaya – “məsələn, Bakı 3 ilə 150 milyon dollar ödəyəcək”.

Cənab Damyani! Əvvəla, bizim müqaviləmiz əsla üçillik deyil! İkincisi, bəlkə siz öz ölkənizin işləri ilə məşğul olasınız? Üçüncüsü, əgər başqa ölkələrin işlərinə qarışmağa davam etsəniz, Bakı olmasa belə, başqa bir varlı ərəb ölkəsi sizdən çox məbləğ ödəməklə sizi də Formula1-dən mərhum edəcək.

Formula1 həvəskarlarına isə deyirik ki, heç ruhdan düşmək lazım deyil. Yarışlara hazırlıq yüksək səviyyədə davam edir. Biz əminik ki, yüz belə Damyanilər və “haqq fədailəri” olsa belə, bizim yarış baş tutacaq!

Previous Post

`Formula-1`in xərcləri haqqındakı yalan ifşa olundu

Next Post

Neftin qiyməti bahalaşır

Bənzər yazılar

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

28 İyul 2026 - 14:47

Prezident İlham Əliyevin Milli Məclisin iyulun 10-da qəbul etdiyi "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq...

Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

28 İyul 2026 - 12:29

Kitabxanalarda İT sahələri və İT üzrə mütəxəssislərin qiymətləndirilməsi prosesində 1100 nəfərdən çox şəxs iştirak edib. Elchi.az xəbər verir ki, bunu...

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01

Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın...

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55

"Suriya Demokratik Qüvvələri"nin (SDQ) tərkibindəki birləşmələrin buraxılması və onların on ildən artıq müddət ərzində nəzarət etdikləri ərazilərdə yaratdıqları özünüidarəetmə sisteminin...

Next Post

Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

Son xəbərlər

Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48
U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

28 İyul 2026 - 18:36
Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

28 İyul 2026 - 18:26
Sahibə Qafarova Efiopiyaya səfərə gedib

Sahibə Qafarova Efiopiyaya səfərə gedib

28 İyul 2026 - 18:19
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

28 İyul 2026 - 18:11
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul 2026 - 17:59
İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

28 İyul 2026 - 17:48
U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

28 İyul 2026 - 17:36
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

28 İyul 2026 - 17:25
Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

28 İyul 2026 - 17:19
Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10
Tramp ABŞ-yə gələn Zelenskini qarşılamayıb

Tramp ABŞ-yə gələn Zelenskini qarşılamayıb

28 İyul 2026 - 17:00
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başladı

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başladı

28 İyul 2026 - 16:50
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı

Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı

28 İyul 2026 - 16:35
Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

28 İyul 2026 - 16:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.