Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen miqrantların İspaniyanın Seuta eksklavından dərhal çıxarılmasını tələb edib.
Elchi.az xəbər verir ki, o, bu bəyanatla “X” sosial şəbəkəsində çıxış edib.
“Avropa qaydaları imkan verdiyi kimi, deportasiya tez bir zamanda həyata keçirilməlidir”, — deyə fon der Leyen vurğulayıb.
AK rəhbərinin sözlərinə görə, daxili işlər üzrə avrokomissar Maqnus Brunnerə və Aralıq dənizi regionu və demoqrafiya məsələləri üzrə avrokomissar Dubravka Şuytsaya insidentlə bağlı araşdırma aparmaq tapşırılıb.
Məryəm




















