ABŞ-da təyyarə magistral yolda məcburi eniş edərək nəqliyyat vasitələrinə çırpılıb.
Elchi.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Təyyarənin Florida ştatında avtomobillərin sıx olduğu şossedə təcili eniş etdiyi və Toyota Camry ilə toqquşduğu bildirilir. İlkin məlumata görə, eniş zamanı avtomobil təyyarənin yolunda olub. Hadisə nəticəsində maşını idarə edən qadın xəstəxanaya yerləşdirilib. Eyni zamanda, təyyarənin pilotu və sərnişini xəsarət almayıb.
Məryəm





















