Fitso: Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması prosesini tamamlamalıdır

🗓 26.05.2025 14:39 ✍️ "Elçi" qəzeti
Fitso: Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması prosesini tamamlamalıdır
Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması prosesini başa çatdırmalıdır. Elchi.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso “Yerevan Dialogue” beynəlxalq konfransında bildirib. "Bu ilin əvvəlində sazişin mətni üzərində işin tamamlanması barədə verilən bəyanat regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan həlledici addımdır. Bu prosesin qorunub saxlanması və tamamlanmasını təmin etmək vacibdir", - o bildirib. Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin inkişafına toxunan baş nazir bildirib ki, Slovakiya bazar və sosial islahatlardan başlayaraq hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin potensialının tam reallaşdırılmasına və viza rejiminin liberallaşdırılması haqqında dialoqa qədər öz təcrübəsini bölüşməyə hazırdır.

Bənzər yazılar