Finlandiyanın müdafiə naziri Mikko Savola bildirib ki, İsveçin hərbi alyansa daxil olması Türkiyə tərəfindən əngəllənərsə, ölkəsi onu gözləmədən NATO-ya daxil edə bilər.
Elchi.az xəbər verir ki, Savola bu barədə “Associated Press” agentliyinə bildirib.
Bu arada NATO-nun baş katibi Yens Stoltenberq bu gün Münhen Təhlükəsizlik Konfransında bildirib ki, o, İsveç və Finlandiyanın hərbi bloka qoşulması prosesinin alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammitinə qədər başa çatacağına ümid edir.
Hazırda İsveç və Finlandiyanın Şimali Atlantika blokuna qoşulması təkcə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb. Üstəlik, Ankara son vaxtlar bir sıra məsələlərdə Stokholmun mövqeyindən narazılığını bildirib.
Yeganə