Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları ilə heç nə əldə etməyib, uğursuzluqla nəticələnib.
Elchi.az xəbər verir ki, bunu fransalı siyasətçi, Patriotlar hərəkatının lideri Florian Filippo deyib.
Filippo qeyd edib ki, Brüssel bir ildən az müddətdə 10-cu tədbirlər paketini qəbul etdiyi üçün Aİ-nin sanksiya siyasəti öz acizliyini nümayiş etdirir. Siyasətçinin fikrincə, bu, sanksiyaların uğursuzluğundan xəbər verir. Əgər on sanksiya paketini qəbul etməlisənsə, deməli, onlar işləmir.
Filippo hesab edir ki, Avropa İttifaqının sanksiya siyasəti yalnız Avropa ölkələrində yoxsullaşmaya və iqtisadi böhrana gətirib çıxarır. Anti-Rusiya sanksiyaları Avropa ölkələrinin mədəniyyətinə və sənayesinə zərbə vurdu.
Sanksiyalar əvəzinə, Filippo vurğulayıb ki, Ukrayna münaqişəsinin həlli üçün dialoq yollarını axtarmaq lazımdır. Bundan əvvəl Parisdə Ukrayna münaqişəsinə qarşı və Fransanın NATO blokundan çıxması üçün mitinq keçirilib.
Yeganə