Filippinlərin Sebu şəhərindəki tullantıların idarə olunması və çeşidlənməsi müəssisəsində baş verən torpaq sürüşməsində həyatını itirənlərin sayı 13-ə çatıb.
Elchi.az Filippin Xəbər Agentliyinə (PNA) istinadən xəbər verir ki, rəsmilər 8 yanvarda Sebu şəhərinin Binaliv ərazisindəki tullantılar anbarında baş verən sürüşmə ilə bağlı açıqlama yayıblar.
Səlahiyyətlilər hadisə nəticəsində ölənlərin sayının 13-ə çatdığını, 18 yaralının xəstəxanada müalicə aldığını və itkin düşmüş 23 nəfərin axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildiriblər.
Rəsmilər xilasetmə işlərinin son dərəcə təhlükəli şəraitdə mərhələli şəkildə aparıldığını və qrupların yeni sürüşmə riski ilə bağlı narahat olduqlarını bildiriblər.
2025-ci ilin sentyabr və noyabr aylarında baş verən zəlzələ və qasırğaların yer hərəkətinə səbəb olması ehtimalını nəzərə alan səlahiyyətlilər, ilkin tapıntıların sürüşmənin təbii səbəblərdən baş verdiyini göstərdiyini bildiriblər.
Hadisənin səbəbi ilə bağlı hələlik araşdırma başlamayıb.
Məryəm





















