Filippinin Mindanao bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Elchi.az xəbər verir ki, Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin 62 kilometr dərinlikdə baş verdiyini bildirib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Dalğalar episentrdən 300 kilometrə qədər olan sahil xətlərinə təsir edə bilər.
Filippin Seysmoloji Agentliyi Filippinin mərkəzi və cənubundakı sahil şəhərlərinin sakinlərini dərhal daha yüksək yerə köçməyə çağırıb. Zəlzələlərlə bağlı xəbərdarlıq edilib.
Dağıntılar və tələfatlar barədə hələlik məlumat verilmir.
Sentyabrın 30-da Filippinin Palompon bölgəsində baş verən 6,9 bal gücündə zəlzələdə 72 nəfər həlak olub.
Şayəstə Hüseynova





















