Fil Dişi Sahili qitənin ən önəmli futbol qurumu olan Afrika Millətlər Kubokunda Nigeriyanı 2:1 hesabı ilə məğlub edərək çempion olub.
Elchi.az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının (CAF) təşkil etdiyi 34-cü turnirin finalında Nigeriya və ev sahibi Fil Dişi Sahili milliləri üz-üzə gəlib.
Abidjandakı Alassane Ouattara stadionunda keçirilən matçın ilk yarısını Nigeriya 38-ci dəqiqədə Vilyam Troost-Ekonqun vurduğu qolla 1-0 öndə bağladı.
Fil Dişi Sahili 62-ci dəqiqədə Frank Kessinin qolu ilə heç-heçə edib, 81-ci dəqiqədə isə Sebastien Hallerlə daha bir qol vuraraq matçı 2-1 qazanıb.
Beləliklə, Fil Dişi Sahili 1992 və 2015-ci illərdən sonra üçüncü dəfə Afrika Millətlər Kubokunun qalibi olub.
Nuranə Məmmədova