"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

Fidan Hacıyeva: “Onu ilk görüşdən sevdim” – MÜSAHİBƏ

14 Avqust 2014 - 02:12
in ŞOU
FacebookVatsap

Ailem.az-ın “Bizim ailə” rubrikasının bu dəfəki qonağı Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının10589041_10204532451972438_1820443183_n_b7d9547b5a7b4c96c7407507bebd10ce solisti, əməkdar artist Fidan Hacıyevadır.

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

– Avqustin 2-si Filipplə evliliyimizin 11 ili tamam oldu. Bu 11 ildə çox gözəl və xoşbəxt ailəmiz oldu. Evliliyimizdən üç övladımız var və mən onlarla çox xoşbəxtəm. Həyat yoldaşım artıq 15 ildir ki, Azərbaycanda yaşayır. Bizim bütün adət-ənənələrimizi bilir və bütün bayramlarımızı birgə qeyd edirik. Deyir ki, artıq mən də Azərbaycanlıyam.

– Həyat yoldaşınızla tanışlığınız necə olub?

– BP şirkəti Azərbaycanda Milad bayramını qeyd edirdi. Məni də həmin tədbirə dəvət etmişdilər. Mən orada “Karmen”ndən bir parça ifa etdim. Həyat yoldaşım da həmin tədbirdə idi. İfadan sonra Filipp mənə yaxınlaşdı və dedi ki, çox gözəl səsiniz var. Bir centlmen kimi yaxınlaşdı və məni rəqsə dəvət etdi. Birlikdə rəqs etdik. Mənim opera müğənnisi olduğumu bildi və konsertlərimə gəlmək istədi. Bir neçə gün sonra “Arşın mal alan” tamaşasına gəldi. Onun ən gözəl jesti isə o oldu ki, əsərin liberettosunu tərcümə etdirmişdi. Onun bu diqqəti xoşuma gəldi. Beləliklə, aramızda bir-birimizə hörmət və dostluq yarandı. Filipp həmin vaxt Azərbaycanda işləyirdi və hazırda da işini davam etdirir.

– Bəs onun ailəsinin əcnəbi qızla evləmək fikrinə münasibəti necə olub? 

– Çox normal. Biz tanış olandan sonra o, anasına mənim haqqımda danışıb və evlənmək istədiyini deyib. Anası da onun fikrinə hörmətlə yanaşııb. Filippin çox mehriban ailəsi var. Anasının əsas arzusu oğlunu xoşbəxt görmək olub. Mən də qayınanamı çox sevir və ona böyük hörmət bəsləyirəm.

– Deməli, bu ailə sevgi üzərində qurulub və belə də davam edir…

– Əlbəttə. Mən onu ilk görüşdən sevmişəm. Onun gözləri, nurlu sifəti, centlmen hərəkətləri ilk gündən özünü mənə sevdirib. Filipp çox gözəl insandır və onunla çox xoşbəxtəm.

– Elçilik, nişan, toy – bunlar Azərbaycan, yoxsa ingilis adət-ənənələrinə uyğun keçirilib? 

– Biz tanış olan vaxt mən İtaliyada təhsl alırdım, sonra Türkiyədə işlədim. Bir gün mənə dedi ki, artıq heç yana getmə, bizimkilər sizə elçi gələcəklər. O, bunu Azərbaycan adət-ənənələrinə uyğun etmək istəyirdi. Bütün adət-ənənələrimizi azərbaycanlı bir dostundan öyrənmişdi. Elçilikdən tutmuş toyacan bütün tədbirlər bizim adət-ənənəmizə uyğun baş tutub. Əvvəlcə anası bizə elçi gəldi, valideynlərimlə tanış oldu. Sonra biz onlarla Lahıca gəzməyə getdik. Beləliklə, ailələrimiz bir-birini daha yaxından tanımış oldu. Sonra mənə xonçalarla nişan gətirildi və elimizin adəti ilə toy edib ailə qurduq. Bal ayını İtaliyada keçirdik. İtaliyada qədim bir su kəhrizi var. Deyirlər ki, dilək tutub həmin kəhrizə pul atanda arzuna yetirsən. Mən evliliyimizdən bir il əvvəl tələbə olanda orada dilək tutdum ki, gələn il bu vaxt gözəl bir ailəm olsun. Diləyim hasil oldu. Bal ayında yenə ora gedib arzu tutdum ki, göy gözlü bir qızım dünyaya gəlsin. Çox xoşbəxtəm ki, bu arzuma da çatdım. Göy gözlü bir qız anası oldum. Həmin şəhərin adını qızım üçün üçüncü ad seçdim – Siena. İndiyədək bunu heç yerdə deməmişdim. Qızımın adı Xəyalə Corcina Sienadır.

– İstəyərdiz ki, övladlarınızdan hansısa sizin yolunuzu davam etdirsin?

– Övladlarımın hər üçünün də musiqi duyumu var. Balaca oğluma “cip-cip cücələrim” oxuyuram, o da bunu təkrar edir. Yəqin elə musiqiçi o olacaq. Qızımın on bir, oğlum Davud Deyvidin 8 yaşı var, balaca oğlum Emil Çarlz isə yaş yarımlıqdır. Hələ balacadırlar. İnshallah, təhsil alıb həyatda öz yerlərini tutacaqlar, biz də onlara daim dəstək olacağıq.

– Fidan xanım, söhbətinizdən belə məlum olur ki, sevilən gəlinsiz, siz də qayınananızı çox sevirsiz.

– Bəli, elədir. Qayınanamla çox gözəl münasibətimiz var. Hazırda çox ağır xəstədir. Neçə illərdir ki, yataqdadır. Beynindən əməliyyat keçirib, koma vəziyyətindədir. Tez-tez gedib baş çəkirik. O, mənim üçün çox gözəl qayınana olub. Ona böyük sevgim və hörmətim var.

Yadımdadır, ilk dəfə İngiltərəyə gedəndə gördüm evdə yoxdur. Fikirləşdim ki, məni niyə qarşılamadı, niyə evdə yoxdur? Yoldaşım dedi, anam istəyib ki, sən burada özünü qonaq kimi yox, ev yiyəsi kimi hiss edəsən. Evdə bütün hazırlıqları görmüşdü, yeməkləri bişirib bir çox yerə bildiriş kağızları vurmuşdu. Onlarda yeməklərin yeri, nəyi necə isitmək lazımdır, ərzaqların yeri və sair yazılmışdı. Istəmişdi ki, mən ilk gündən sıxılmayım, ev əşyalarının, ərzaqların yerini, şkaflarda nə var, nə yox bilim. O, ilk gündən mənə demək istədi ki, bura sənin evindir. Səhəri gün gəlib dedi ki, mən istədim ilk gündən bu evin xanımı olduğunu hiss edəsən. Bu, özü də çox böyük bir mədəniyyətdir.

– Həyat yoldaşınız qısqancdırmı?

– Mənə elə gəlir ki, hər kəs qısqancdır, amma müəyyən həddə. Lakin mən yoldaşıma heç bir əsas verməmişəm ki, o, məni qısqansın. Mən də ona qarşı beləyəm. Yəni aramızda qısqanclıq üçün heç bir əsas yoxdur.

– Filipp Azərbaycan yeməklərini sevirmi? Ən çox sevdiyi yeməyimiz hansıdır?

– Əlbəttə, Azərbaycan yeməklərini çox bəyənir. Ən çox sevdiyi yemək yarpaq dolmasıdır. Hərdən deyir ki, mənə yarpaq dolması bişirin. Badımcan dolması və aşlarımızı da çox sevir.

– Mətbəxtlə aranız necədir? Biş-düş etməyə vaxtınız olurmu?

–  Mən mətbəxi çox sevirəm. Amma desəm, mətbəxtdə çox oluram və tez-tez yemək bişirirəm yalan olar. Daha çox şirniyyat bişirməyi xoşlayıram. Bizim yemək bişirmək işlərimizi anam həll edir. Həyat yoldaşım deyir ki, sənin ən qiymətli cehizin anandır. Anam çox dadlı şəkərbura, paxlava, dolma, aş, fisincan plov bişirir. Filippin bu yeməklərdən çox xoşu gəlir. Hər gün soruşur ki, bu gün anan nə bişirib?

– Evinizdə Avropa yeməkləri bişirilmir?

– Hərdən həyat yoldaşım özü bişirir. Birdə görürsən keçdi mətbəxə və çox dadlı hansısa bir Avropa yeməyi bişirdi. O, bu yeməklərdə ədviyyatlardan çox istifadə edir və onun bişirdiyi xörək çox dadlı alınır. Ümumiyyətlə, yeməklərimizdə çoxlu tərəvəzlərdən istifadə edirik, yağlı xörəklər yemirik. Yeməklərimizi daha çox zeytun yağı ilə hazırlayırıq. Ədviyyatlı xörəkləri çox sevirik. Hara gedirik ədviyyatlar alırıq. Evimizdə cürbəcür ədviyyatlarımız var.

– Ailə büdcənizi kim idarə edir?

– Təbii ki, həyat yoldaşım. Mənim qazancım azdır. Xərclərimizi həyat yoldaşım qarşılayır və qazancını, ailə büdcəmizi özü idarə edir.

– Bədxərcsizmi?

– Çox. Pulum olanda mütləq xərcləməli və nəsə almalıyam. Evə, uşaqlara pul xərcləməyi, onları harasa aparıb əyləndirməyi çox sevirəm. Bu, məni sevindirir. Pul varsa, mütləq xərləyib bitirməliyəm. Çox bədxərcəm.

– Evin bazarlığını kim edir?  

– Evimizin bazarlığını anam edir. Ola bilər ki, şirniyyat bişirəndə hansısa ərzaq lazım ola və onu mən seçməli olam, hə, bu zaman uşaqları da götürüb marketə gedirəm. Amma bu, çox az hallarda olur. Bazara isə ümumiyyətlə getmirəm.

– Fidan xanım, həmişə eyni formadasız. Buna necə nail ola bilirsiz?

– İdman və yalnız idmanla. Mənim bir müəllimin var – Fəridə müəllimə. O, mənə çox kömək etdi. Mən övladlarım doğulduqdan sonra tez bir zamanda çəkimi azalda və formama qayıda bildim. Buna idmanla nail oldum. Bütün ömrüm boyu idman etmişəm. Hər gün də edirəm. Uşaqlar yatandan sonra hər gecə televizora baxa-baxa idman hərəkətləri edirəm. Mən bunu hər bir qadına məsləhət görürəm. İndi internetdə də istənilən idman məşğələləri tapmaq mümkündür. İdman etmək üçün hər gün idman zalına getməmək də olar. Xanımlarımız bunu evdə etməklə formalarını saxlaya bilərlər.

– Stilistiniz varmı?

– Anamın, həyat yoldaşımın və bacım qızının çoz gözəl zövqləri var. Buna görə də stilistə ehtiyacım qalmır. Bu məsələri özümüz həll edirik.

– Övladlarınız Azərbaycan dilində sərbəst danışa bilirlərmi?

– Ən böyük arzum övladlarımın təhsil almaları, savadlı olmalarıdır. Anaları azərbaycanlı, ataları ingilis olsa da, övladlarım Azərbaycan dilini səlis bilməlidirlər. Qızım Azərbaycan dilinin qrammatikasını çox gözəl bilir və sərbəst danışır. Hər gün Azərbaycanca kitablar və nağıllar oxuyur. Anam və həyat yoldaşım uşaqların evdə dərsə hazırlıqları ilə məşğul olur və bunun üçün xüsusi vaxt ayırırlar.

– Evdə ən sevimli məşğuliyyətiniz nə olur?

– Kitab oxuyuram. Hazırda Sona Vəliyevanın kitablarını oxuyuram.

 

 

 

Previous Post

Fidan Hacıyeva: “Onu ilk görüşdən sevdim” – MÜSAHİBƏ

Next Post

Krediti ödəməyənlərə bəd xəbər

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

Krediti ödəməyənlərə bəd xəbər

Krediti ödəməyənlərə bəd xəbər

Son xəbərlər

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.