Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyən 1 nəfər və Xaçmaz rayonu, Şıxhaput kəndində sel nəticəsində minik avtomobilində təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Gəncə şəhərində yanğınla nəticələnən partlayış zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun və Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş yanğın zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Konqo Demokratik Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər, o cümlədən ordunun 3 zabiti ölüb. Elchi.az "Reuters" agentliyinə istinadən...





















Son şərhlər