"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirdi – FOTO/VİDEO

16 İyun 2026 - 17:15
in CƏMİYYƏT
FacebookVatsap

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin və Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təşkilatçılığı ilə 9-12 iyun 2026-cı il tarixlərində Salyan şəhərində taktiki-xüsusi təlim keçirilib.

Bunu da oxuyun

Sabah 31 dərəcə isti olacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimə FHN-in Muğan Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Həmçinin, təlimdə Nazirliyin regionda fəaliyyət göstərən müvafiq struktur bölmələri iştirak edib.

Təlimin keçirilməsində məqsəd komandir-rəis heyətinin idarəetmə və koordinasiya bacarıqlarını artırmaq, həmçinin şəxsi heyəti irimiqyaslı fövqəladə hallarda müasir texniki alət və vasitələrdən, eləcə də xilasetmə üsullarından istifadə etməklə tapşırıqları yerinə yetirməyə hazırlamaqdan ibarət olub.

Təlimə hazırlıq məqsədilə keçirilən məşğələlərdə humanitar əməliyyatlarda iştirakla bağlı çıxışlar təqdim edilib. Çıxışlarda dövlətimizin göstərdiyi yüksək diqqət və qayğı sayəsində Fövqəladə Hallar Nazirliyinin xilasetmə bölmələrinin təkcə ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda fəlakətlərin nəticələrinin aradan qaldırılmasında və humanitar missiyalarda çevik fəaliyyət göstərmək potensialına malik olduğu xüsusi vurğulanıb. Həmçinin, Nazirliyin beynəlxalq humanitar əməliyyatlarda əldə etdiyi zəngin təcrübə auditoriya ilə bölüşülüb, müvafiq tövsiyələr verilib. Bununla yanaşı, məşğələnin proqramına uyğun olaraq, BMT-nin INSARAG Katibliyinin təlimatları çərçivəsində idarəetmə, koordinasiya və logistika standartları üzrə təqdimatlar edilib. İştirakçılara “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)” və “INSARAG Koordinasiya və İdarəetmə Sistemi (ICMS)”nin tətbiqi, eləcə də humanitar əməliyyatlarda medianın rolu barədə ətraflı izahat verilib. Təlim zamanı iştirakçılara “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi (UCC)” və “Qəbuletmə–yolasalma Məntəqəsi (RDC)”nin fəaliyyət qaydaları barədə nəzəri məlumatlar verilib, eləcə də beynəlxalq qaydalara uyğun “Əməliyyatlar bazası”nın (BoO) qurulması, fəaliyyət sahələri və sənədləşməsi, humanitar əməliyyatlarda istifadə olunan qabaqcıl axtarış-xilasetmə vasitələrinin və peyk-rabitə sistemlərinin texniki imkanları praktiki şəkildə nümayiş etdirilib.

Təlimin praktiki hissəsi Muğan regionuna “davamlı olaraq bir neçə gün yağan yağış” nəticəsində şərti olaraq baş vermiş subasma və Salyan şəhərində fəaliyyət göstərən tikinti şirkətinin inzibati binasında “dağıntı ilə nəticələnən qəza hadisəsinin” nəticələrinin aradan qaldırılması ssenarisi üzrə keçirilib. Axtarış-xilasetmə, mühəndis və kimya-radiasiya üzrə mütəxəssislər tərəfindən pilotsuz uçuş aparatı, akustik axtarış avadanlıqları, radiasiya və kimya axtarış cihazlarından və termal kameralardan istifadə olunmaqla xüsusi kəşfiyyat tədbirləri aparılaraq əməliyyat şəraiti qiymətləndirilib və “xəsarət alanların” yeri müəyyən olunub. Sonra xilasedicilər tərəfindən müasir avadanlıqlar tətbiq edilməklə “dağıntılar altından və hündürlükdən xilasetmə, yanğınsöndürmə, kimyəvi qəzanın ləğvi və zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi” kimi tapşırıqlar peşəkarlıqla yerinə yetirilib.

Uğurla keçilirən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimin sonunda nəzəri və praktiki mərhələlərin gedişi şəxsi heyətlə geniş müzakirə olunub, əməliyyatların nəticələri təhlil edilib və müvafiq qiymətləndirmələr aparılıb.

Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Previous Post

Fidan: Türkiyə Parisdəki “G7” sammitinə dəvət almayıb

Next Post

Əli Əsədov Şavkat Mirziyoyevlə görüşdü

Bənzər yazılar

Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56

Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 18-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48

Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində bu gündən etibarən təmir...

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02

Oktyabrın 16-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib. Əmək və Əhalinin Sosial...

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür. Elchi.az xəbər verir ki, Beynəlxalq Yoxsulluqla Mübarizə Gününün tarixi 1987-ci il oktyabrın 17-si ilə...

Next Post
Əli Əsədov Şavkat Mirziyoyevlə görüşdü

Əli Əsədov Şavkat Mirziyoyevlə görüşdü

Britaniya nazir Bakıda yüksək səviyyəli iqtisadi danışıqlar apardı

Britaniya nazir Bakıda yüksək səviyyəli iqtisadi danışıqlar apardı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.