FHN əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

75

İspaniyanın Santa-Susanna şəhərində bodibildinq və fitnes üzrə keçirilən Avropa çempionatına yekun vurulub.

Fövqəladə Hallar Nazirliyindən Elchi.aza verilən xəbərə görə, nüfuzlu idman tədbirində 43 ölkədən 1200 atlet mübarizə aparıb. Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Xilasetmə və dalğıc işləri şöbəsinin baş məsləhətçisi Adil Cəfərov da iştirak edib. Adil Cəfərov 80 kq çəki dərəcəsində mötəbər yarışın “Masters” kateqoriyasında Avropa çempionatının bürünc medalını qazanıb.