"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

FETÖ-nün “qayıqçısı”

25 Avqust 2023 - 10:38
in Cebhe-banner
FacebookVatsap

Fətullahçı Terror Təşkilatının (FETÖ – Fetullahçı Terror Örgütü) gerçək üzünü 1999-cu ilin sonu, 2000-ci ilin əvvəlində Gülən təriqətinin gerçək məqsədinin, hədəfinin nədən ibarət olduğu barədə etdiyim çıxışlardan sonra görmüşdüm. Şəbəkə üzvləri ciddi peşəkar təlim görmüş kəşfiyyatçılar kimi hərəkət edir, qısa müddət ərzində hədəfə aldıqları şəxsin ətrafında şayiə çəmbəri yaradır, onlara qarşı gedənlərin üzünə bütün qapıların bağlanması, etirazçıların daim təzyiq, psixoloji gərginlik altında saxlanılması üçün bütün mümkün vasitələrdən, həm də bacarıqla istifadə edirdilər.

Bunu da oxuyun

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

Ehtiyac duyduqda isə aralarından birinin, yaxud bir neçəsinin “mələk” obrazını yaradır, onu “yardımsevərlik” və “mərhəmət” simvoluna çevirir, ünvanını ehtiyacı olanların yeganə “ümid qapısı” kimi nişan verirdilər.

Bu “yardımsevərlər” isə yeri gəldi-gəlmədi siyasətə qarışmadıqlarını bəyan edir, amma bütün siyasi proseslərin epidsentrindən boy göstərirdilər.

FETÖ-çuların siyasi proseslərə müdaxiləsi ilə ilk dəfə 2005-ci ildə, 73 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizəd olduğum zaman qarşılaşdım. Heç kimin gözləmədiyi halda, birdən-birə şəbəkənin nəzarətində olan şirkətlərdən birinin əməkdaşının deputatlığa namizədliyi qeydə alındı. Həmin dövrə kimi Azərbaycanda kimsənin qarşılaşmadığı bir seçki kampaniyasına start verildi. Şəhər nəhəng posterlərlə bəzədildi, Bakıdan gətirilmiş, aralarında “Gülən məktəbi” keçmiş şəxslərin üstünlük təşkil etdiyi xüsusi komanda fasiləsiz rejimdə işə başladı, ev-ev, küçə-küçə təbliğat və şayiə mexanizmləri işə salındı, rayonda kimsənin tanımadığı bir şəxsin ətrafında ağlasığmaz vədlərlə müşayiət olunan ajiotaj yaradıldı. Kütləvi şəkildə, az qala hər kəsə idman geyimləri, papaqlar paylanıldı. Bütün bunların ən maraqlı tərəfi isə, yaşıl rəng çalarlarının üstünlük təşkil etdiyi bu nəhəng posterlərin, geyimlərin, papaqların və digər təbliğat vasitələrinin üzərində “Palmali” Şirkətlər Qupunun və “Xəzər Lənkəran” futbol klubunun loqolarının yer alması idi… Əsas hədəf isə, mən idim. Çünki həmin dövrdə baş verənlər haqqında yazdığım yazılar prosesin bəlli şəbəkə tərəfindən arzuolunan nəticəyə gətirib çıxarmasına mane olurdu.
Onu da qeyd edim ki, 2005-ci ildə seçkiyə xüsusi missiya və “xeyir-dua” ilə qatılmış Araz adlı şəxs hazırda Amerikada yaşayır və FETO-nun orbitində ənənəvi missiyasını davam etdirir…
Bütün bunlar təkcə mənim deyil, onminlərlə insanın gözü qarşısında baş verən və elə həmin dövrdə də qanunvericiliyin bütün tələblərini pozan hadisələr idi…

O zaman da, sonralar da həm məlum şəbəkənin, həm də “Palmali” Şirkətlər Qrupunun başbilənləri, “daş atıb başlarını tutur”, siyasətə qarışmadıqlarını iddia edirdilər.

Onu da qeyd edim ki, 2005-ci ildə keçirilən seçkilərdə “Palmali” Şirkətlər Qrupunun “deputatlığa namizədi” keçirdiyi bütün görüşlərdə Mübariz Mənsimovun təbliğatını aparır, onun adından vədlər verirdi… Etiraf edim ki, “Palmali”nin namizədinə, hətta hakim partiyanın təmsilçisindən daha çox imkanlar yaradılmışdı. “Palmali”nin yaşıl rənginə isə hər yerdə “yaşıl işıq” yandırılırdı…

…Elə həmin dövrdə, yalnıız Türkiyədə bizneslə məşğul olduğunu, Azərbaycanda isə, əsasən sosial xarakterli layihələr həyata keçirdiyini iddia edən Mübariz Mənsimov və ətrafının, tamamilə siyasi müstəvidə təbliğata nədən zərurət duyduqları haqqında düşünürdüm. İş adamısan, işinlə məşğul ol, daha sənin parlament seçkisinə namizəd(lər) soxuşdurmağına nə ehtiyac var ki? Amma zaman keçdikcə, bütün bunların düşünülmüş bir planın tərkib hissəsi olduğunu anladım. Təbii ki, Mübariz Mənsimovun media sektorundakı təmsilçiləri sayəsində…

Mübariz Mənsimovun FETÖ ilə əlaqələri, sözügedən şəxsin 1998-ci ildə biznesini Türkiyəyə daşıdığı zamandan başlayır. O, özü bu haqda danışmağı, hansı səbəbdən Türkiyə köçmək, bu ölkənin vətəndaşlığını almaq niyyətinə düşdüyünü açıqlamağı xoşlamır. Həmçinin yüz milyonlarla vəsaitə necə yiyələndiyini dilə gətirməkdən də yayınır. Ortalıqda isə, ətrafının vasitəsilə dövriyəyə buraxdığı mif və əfsanələr dolaşır.

Mübariz Mənsimovun, təkcə FETÖ və PYD silahlı terror qruplaşmaları ilə sıx əlaqələrinə görə fəaliyyəti qadağan edilən Türk-Rus Kültür Vakfının təsisçilərindən biri olması, “Palmali” Şirkətlər Qrupunun biznesmen-siyasətçi-kəşfiyyatçı sahibi haqqında müəyyən nəticələr çıxarmağa imkan verir.

Mənsimovun FETÖ ilə əlaqələrində diqqət çəkən məqamlardan biri də, onun 2010-cu ildə təsis etdiyi “Pal Security” təhlükəsizlik şirkətinin fəaliyyəti ilə bağlıdır. “Palmali” Şirkətlər Qrupunun sahibinin sözügedən təhlükəsizlik şirkəti vasitəsilə FETÖ üçün gizli videoçəkilişlər apardığı, terror təşkilatının əlində olan bir sıra şantaj videomateriallarının bir hissəsinin də, məhz Mənsimovun “xidmətləri”nin nəticəsi olduğu, hazırda araşırma mövzusu olan qanunsuz əməllərin sırasındadır.

Qeyd edim ki, 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra ifşa olunan FETÖ terror şəbəkəsinin təmsilçiləri, hazırda fəaliyyətlərini, əsasən ABŞ-da davam etdirirlər. Birləşmiş Ştatların, demək olar ki, bütün mərkəzi şəhərlərində FETÖ-nun yaratdığı xeyriyyə şirkətləri, fondlar, təhsil müəssisələri, yataqxanaları, qonaq evləri, araşdırma mərkəzləri fəaliyyət göstərir. FETÖ, həm ABŞ-da, həm də digər ölkələrdə təhsil alan Türkiyə, Azərbaycan, bütövlükdə isə türk dövlətlərindən olan tələbələri, ənənəvi üslubuna uyğun olaraq, çeşidli təqaüd proqramlarına cəlb etməklə, yaşayış və iş yeri verməklə ələ alır, manqurtlaşdırır və öz dövlətinin, xalqının düşməninə çevirir.

Eyni metod, şəbəkənin içərisində yer alan Mənsimov və ətrafı tərəfindən, FETÖ-nün təlimatlarında olduğu kimi həyata keçirilir. Bu məqsədlə yaradılan Mübariz Qurbanoğlu Təhsil və Yardımlaşma Fondunun (Mübariz Gurbanoğlu Egitim ve Yardımlaşma Vakfı) və onun törəmə müəssisələrinin məqsədi də, Türkiyədə, Böyük Britaniyada, Fransada və digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələri müxtəlif vasitələrlə ələ almaq, FETÖ və bu terror təşkilatının arxasında dayanan mərkəzlərin maraqlarının ifadəçilərinə çevirməkdən ibarətdir. Mübariz Mənsimov, tamamilə təbii olaraq, qulluğunda dayandığı Fətullah Gülən terror qrupunun ənənəvi fəaliyyət istiqamətlərinə uyğun olaraq, diqqəti yayındırmaq üçün, təhsil sahəsindəki şəbəkəsini də müxtəlif adlar və təyinatlar altında şaxələndirib.

Türkiyədə həbs olunaraq, Azərbaycana gətirilən Fazil Qasımovun şəbəkə daxilindəki fəaliyyəti və keçdiyi “yol” FETÖ-nün qulbeçələrinə çevrilən digərlərindən fərqlənmir. Fazil Qasımov öncə Mübariz Mənsimovun maliyyə dəstəyindən yararlanmaqla təhsilini davam etdirib, sonra isə Mənsimovun maliyyələşdirdiyi “Hilal Academy” adlı xaricdə təhsil mərkəzinin təsisçisi olub. “Hilal Academy” fəaliyyətə başladıqdan sonra, xüsusilə də 2019-cu ildən başlayaraq, Mübariz Qurbanoğlu Təhsil və Yardımlaşma Fondunun fəaliyyəti, müəyyən qədər arxa plana keçirilib. Ola bilsin ki, həm Mənsimov, həm də onun buyruq qulu, eləcə də vasitəçisi olan Fazil Qasımov “FETÖ ilə işbirliyi” ittihamının “qapıda olduğundan” şübhələniblər. Lakin “Palmali” rəhbərinin həbsi, şəbəkənin özünümüdafiə instikti ilə genişmiqyaslı fəaliyyətə başlamasını da “stimullaşdırıb”. Mübariz Mənsimovun göstərişi ilə yaradılan qrup Böyük Britaniya, Malta, Sinqapur və digər bu kimi ölkələrin reyestrlərindən azərbaycanlılar haqqında məlumatlar əldə edərək, müxtəlif dosyelər hazırlatdırıbılar və Britaniyanın Milli Cinayət Agentliyinə ötürüblər. Prosesin daha təsirli olması üçün Mənsimovun göstərişi ilə “Amsterdam & Partners LLP” və “Omnia Strategy LLP” kimi hüquq şirkətləri ilə müqavilələr imzalanıb və əldə olunan məlumatlar bu şirkətlər vasitəsilə Qərb mediasına ötürülərək yayımlanıb.

2021-ci ildən etibarən, Fazil Qasımov xarici jurnalistlər, hüquq müdafiəçiləri ilə əlaqələr yaradaraq onların imkanlarından yararlanmağa başlayıb. Diqqət çəkən məqamlardan biri də, Fazil Qasımovun əlaqə yaratdığı şəxsləri istisnasız olaraq, Azərbaycana qarşı aqressiv mövqe bəsləyən və bu işdə ad çıxarmış media təmsilçiləri, hüqua müdafiəçiləri təşkil edir. Məsələn, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsumunun “Panama Papers”, “Pandora Papers” və digər bu kimi layihələrində yaxından iştirak edən Pelin Ünkerlə əlaqələr Azərbaycan haqqında materialların əvvəlcə xarici mediaya çıxarılmasına, sonra isə onun Türkiyə və Azərbaycanın informasiya məkanına daşınmasına şərait yaradıb. Türkiyədə həmin materialların yayılması MGTV Yutub kanalının təsisçisi Mustafa Gürbüz tərəfindən həyata keçirilib. Şübhəsiz ki, eyni əsasız iddialar üzərində yer alan mülahizələr, vaxtilə Azərbaycandan kənara çıxarılan və ölkəmiz əleyhinə sosial şəbəkələrdə təbliğat aparan, cəmiyyətimizə nifrət toxumu səpmək üçün təlimatlandırılan “söyüş terminatorları”na da ötürülüb və bu şəxslər, uzun müddət Mənsimovun təbliğatını aparamaqla yanaşı, “Palmali” sahibinin iç üzünü açan şəxsləri söyüş, böhtan və təhqir terroruna da məruz qoyublar.

Mübariz Mənsimovun, hələ də başa çatmayan FETÖ ittihamı ilə bağlı həbsdə olduğu zaman kəsiyində, onun ən fəal müdafiəçilərindən biri də Qubad İbadoğlu olub. Qubad İbadoğlunun rəhbərliyi ilə Londonda, eynilə FETÖ şəbəkəsinin üslubuna və təlimatına uyğun olaraq, yaradılan “Azərbaycan Gənclərinin Təhsil Fondu” adlı qurumun təsis edilməsi üçün tələb olunan məbləğin Mənsimovun “xətti” ilə İbadoğluna çatdırılması da, Böyük Britaniyaya “lövbər” salan “qayıqçı”nın uzaq hədəflərini və maraqlarını nişan verir.

…Yazının əvvəllində qeyd etdiyim kimi, Mənsimovun, həm FETÖ terror təşkilatının maraqlarının ifadəçisi olduğunu, həm də siyasi proseslərə can atmaqla, daha alt qatda olanların, yəni Gülən şəbəkəsinin “maya”sını tutanların sifarişlərini icra etdiyini, hələ 2005-ci ildən bilirəm. Həmin dövrdə yazdıqlarıma hər hansı bir reaksiyanın verilməməsi, bu gün də məni dərindən düşündürür. Bu illər ərzində FETÖ şəbəkəsi və onun Mənsimov kimi ictimai rəyə sırınan “yardımsevər” təmsilçiləri ilə əməkdaşlıq edənlər, təkcə bizim ölkənin sərhədlərindən kənarda yaşamırlar. Elə Azərbaycanın özündə də, hələlik “kölgəyə” çəkilən, müxtəlif vasitələrlə diqqəti illər öncəki əməllərindən yayındırmağa çalışan insanlar var.

…Təxminən 20 ildir ki, ən müxtəlif adamlar ən müxtəlif vasitələrlə yanımda Mübariz Mənsimovdan söz açırlar, müxtəlif yollarla onun haqqında nə düşündüyümü öyrənməyə çalışırlar. Bunun səbəbini təxmin etsəm də, çoxlarının üzünə vurmuram. Azərbaycanlıyam axı, ona görə… İnsanların doğum şəhadətnaməsində nə yazıldığının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycanı sevsin, yetər…

Yanılmıramsa, 2010-ci ildə hazırda media sektorunda çalışmayan və uzun illər boyu qarşılaşmadığım həmkarlarımdan biri mənimlə görüşmək və “məsləhətləşmək” istədiyini bildirdi. Bakı bulvarındakı məkanlardan birində görüşdük və ilk sözü, daha doğrusu, sualı Mübariz Mənsimovla bağlı oldu. Təkcə Mənsimovu deyil, onun kimi keçmişi yalan-palandan, mif və əsatirlərdən ibarət olan, riyakar təsir bağışlayan, kəşfiyyət orqanlarının üslubuna xas emosional notlar üzərindən insanları ələ almağa, populyarlıq qazanmağa çalışan, obrazının göz önündə olan, tanınmış insanlar vasitəsilə şişirdilməsinə cəhd göstərən və bundan zövq alan, “xeyirxalığını” ifrat bir şəkildə gözə soxan, qütbdən-qütbə manevrlər edən insanları sevmədiyimi və onların Azərbaycana bağlı olduqlarına inanmadığımı dedim. Vəssalam, davamı gəlmədi…

Hazırda, sadəcə kömpüterin monitoru ilə qarşı-qarşıya qaldığım bir vaxtda, beynimdə dolaşan bir fikir var və düşünürəm ki, kimin necə qavrayacağından asılı olmayaraq, yazıya çevirməliyəm: Mənə elə gəlir ki, Mənsimovun FETÖ ilə işbirliyi, Azərbaycan əleyhinə faəliyyəti ilə yanaşı, keçmişi kifayət qədər qaranlıq olan bu şəxsin uzun illər boyu ölkəmizdə ən müxtəf sahələrə necə nüfuz etdiyi, kimlərlə və kimlərin vasitəsilə işbirliyində olduğu, çirkli pulların hesabına necə və nələr etdiyi, belə hallara hansı qaranlıq məqamların yol açdığı və təbii ki, bəzi insanların FETÖ və onun maskalı şəbəkə başçısı Mənsimovun toruna hansı səbəblərdən düşdüyü barədə daha dərindən fikirləşmək lazımdır.

Elçin Mirzəbəyli

Previous Post

CNN: Almaniya yenidən Avropanın xəstə adamı kimi görünür

Next Post

Donald Tramp həbs olundu

Bənzər yazılar

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

27 Aprel 2026 - 15:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun...

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

17 Mart 2026 - 20:13

İsrail Müdafiə Ordusu Tehranda "Bəsic" bölmələrinə zərbələr endirdiyini elan edib. Elchi.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial...

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

17 Mart 2026 - 19:58

Bu günə qədər İsrail Müdafiə Ordusunun hücumları nəticəsində Livanda ölənlərin sayı 912 nəfərə çatıb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir...

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində təmizləmələr aparılması göstərişini verib

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində təmizləmələr aparılması göstərişini verib

25 Fevral 2026 - 22:54

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətində kadr təmizləmələrinin aparılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki, Zelenski bu barədə...

Next Post
Donald Tramp həbs olundu

Donald Tramp həbs olundu

Donald Tramp həbs olundu

Donald Tramp həbs olundu

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.