FETÖ-nün Manisadakı mövcud strukturu ilə bağlı aparılan istintaq çərçivəsində təşkil edilən əməliyyatda 13 nəfər tutulub.
Elchi.az xəbər verir ki, Valilikdən verilən açıqlamaya görə, Manisa Respublika Prokurorluğu tərəfindən FETÖ-nün mövcud strukturu ilə bağlı aparılan istintaq çərçivəsində 14 nəfər saxlanılıb.
Təyin olunmuş ünvanlarda eyni vaxtda keçirilən əməliyyatda 13 şübhəli saxlanılıb.
Evlərdə, nəqliyyat vasitələrində və iş yerlərində aparılan axtarışlar zamanı terror təşkilatına aid olduğu hesab edilən 35 min 500 dollar 32 min lirə və 60 ədəd Respublika Ata Lirəsi qızılı ələ keçirilib.
Çoxlu telefonlar, planşetlər və fleş disklər də müsadirə edilib.
Şayəstə