"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

FAZİL MUSTAFA YAZDI:”O, DÖVLƏTİN KÜBAR RUHANİ, BARIŞ VƏ TARAZLIQ OBRAZI İDİ…”

23 İyun 2018 - 09:12
in FLƏŞ, KÖŞƏ YAZILARI, MANŞET, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

 

BQP sədri, Milli Məclisin deputatı

 

Əbülfəz Elçibəy obrazının gerçək tanıtımına haradan başlamaq daha doğru olardı? Bir mitinqdəki epizodla başlamaq istərdim.

Kütləyə müraciət edir: “Mənim şəkillərimi endirin, Məhəmməd Əmin Rəsulzadənin şəkillərini qaldırın!”

Bu müraciət həm də yolu açıqlayır. Elçibəy yolu yoxdur, bir yol var, o da Məhəmməd Əmin Rəsulzadə yoludur. “Bizlər o yolun yolçularıyıq” demək idi bu. Özünü də o yolun sadə yolçusu statusuna endirirdi.

Əbülfəz Elçibəy öz şəkillərini endirməyə gücü çatan bir lider idi. Məhz şəkillərini endirməyi bacaran liderin şəkillərini, adını, irsini toplum az sonra mütləq yuxarıya qaldıracaqdı…

O, yaxşı idarəçi deyildi, bürokratik vərdişləri heç yoxdu. O, “Bəy” adı ilə Sovet dönəminin çayxana siyasətinin içində də, “Əbülfəz bəy” adı ilə xalq hərəkatının önündə addımlayanda da, “Elçibəy” adı ilə prezident kürsüsündə də müstəqil dövlətin ruhani obrazı idi.

Onun bu obrazdan çıxaraq təşkilat, dövlət idarəetməsinə qayıdışı ölkədə çox şeyləri dəyişə bilərdi, lakin millətin gələcəyi üçün bir ruhani obrazı birdəfəlik itirilmiş olacaqdı.

Onun ideoloji tezisləri Rəsulzadə qədər sistemli deyildi, daha çox mübahisəyə açıqdı. Yolun hansı məsafəsini gördüyünü müəyyənləşdirmək də çətin idi, ancaq bütün bunların fonunda onun güvənilir, sadə və xalq adamıobrazı vardı ki, bu da söylədiklərini inanc qədər dəyərə çevirən bir hərəkatçı topluluğunu yaratmışdı.

Onunla hər mövzuda danışmaq, mübahisə və müzakirə etmək mümkün idi, çünki mühafizəkarlığı statik deyildi, yeniliyə uyğunlaşması qısa bir zamanda baş verirdi.

O, kimsə ilə münasibətləri mürəkkəbləşdirməyi sevmirdi, insanın seçiminə hansısa şəkildə müdaxilə etmək tələskənliyi göstərmirdi – hətta bu seçim fiziki və yaxud siyasi intihar olsa belə. Çünki onun üçün konkret faktın, konkret hadisənin önəmi çox da böyük deyildi, düşüncəsi yalnız proses üzərində cəmlənirdi.

O, xalq hərəkatının uğurlu rəhbəri idi, çünki hərəkatda konkretlikdən daha çox proses önə çıxır və özünü bu prosesin mücərrədlliyində daha sərbəst hiss edirdi. Hətta çıxışlarının məzmununda da mücərrədlik, irreal görünə biləcək gələcəyin romantik hədəfləri özünü daha qabarıq göstərirdi.

Xalq Cəbhəsi hərəkatdan partiya modelinə keçdikdən sonra təşkilat intizamı içində öz qloballığını olduqca sıxıntılı şəkildə qoruya bilirdi. Bu səbəbdən də AXCP-yə toxunmadan yenidən Bütöv Azərbaycan Birliyi hərəkatına dönüş etdi və siyasi ritorikasının ağırlığını yenə də hərəkat modelinə uyğun gələn prosesin üzərinə köçürməyə çalışdı.

Onun üçün siyasətin də fərqli havası vardı, sonradan hansısa şənlikdə özəl bir duyğu ilə ifa etdiyi “Bəy havası” da onun siyasətdən köçürdüyü hava idi. O, özü oynayırdı və kimlərinsə onu necə müşayiət etməsinin fərqində deyildi. O, öz seçdiyi havaya özünü qapdırmışdı: tələbə, müəllim, dustaq, siyasi rəhbər və hətta prezident olanda da bu havanı kimsənin dodaq büzməsinə rəğmən sona qədər oynamağa davam edirdi.

O, şəxsi həyatında çox qapalı idi: özünə də, ailəsinə qarşı da müəyyən etdiyi sərt qaydaları dəyişməyi düşünmürdü, sanki. Ancaq siyasətdə qarşısına çıxan şərait və təklifdə rasionallığı dərhal sezirdi, ağıllı adama danışmaq şansı verirdi, boşboğazları isə dinləyərkən səbirsizliyini büruzə vermirdi.

Bəlkə də onun ən gözəl tanıtımını mərhum Basqallı nurani ağsaqqal Həbib kişi vermişdi: “Məzlum Əbülfəz” deyirdi ona. Bu tanıtımın içində çox detalları seçib-ayırmaq olardı, lakin əsas məzlumluq göstəricisi xalqın alt qatlarındakı insandan özünü fərqləndirməməsində, hətta bunu geyimindən tutmuş üz cizgilərində belə qoruyub saxlamasında müşahidə olunurdu.

Bir çoxları Elçibəyi mübarizə simvolu kimi təqdim etməyə çalışsalar da, o, əslində xarakter olaraq barış və tarazlıq obrazı idi.

Fikrimcə, Elçibəy heç vaxt hakimiyyət uğrunda amansız mübarizənnin simvolu ola bilməz. Çünki özü amansız dirənişlə hakimiyyəti qorumağa çalışmadı. Təkrar şansları olduğunda, yenə də istəkli şəkildə hakimiyyətə alternativ güc olaraq önə düşmədi. Çünki Elçibəy düşüncəsində hakimiyyət uğrunda heç vaxt mübarizə olmayıb. Təşkilatının, çevrəsinin olub, lakin özünün mübarizəsi iki istiqamətdə dəyişməz hədəflərə doğru yönəlib: birincisi, Azərbaycanın müstəqilliyi uğurunda mübarizə; ikincisi isə Azərbaycanın bütövlüyü uğrunda mübarizə.

1992-ci ildə iqtidara gəlişi də tarixi şəraitin, bir növ, məcburiyyəti idi və məsuliyyəti üzərinə götürməkdən başqa alternativ yol qalmamışdı. Hətta 1998-ci ildə prezidentliyə namizədliyini irəli sürməkdə könülsüz davranışı da onun hakimiyyət uğrunda mübarizəyə önəm verməməsinin bir mesajı idi. Bu səbəbdən də müstəqil dövlət quruculuğu və Azərbaycanın bütövlüyü kimi tanıdılan iki hədəfdən kənara yönləndirdiyində Elçibəy fenomeni öz mahiyyətini itirir, ucuzlaşdırılır və bayağı düşüncə sahiblərinin əlində bir alətə çevrilir.

Elçibəy şanslı olduğu qədər də şanssız bir lider idi. Elçibəyin şansı onun bir illik hakimiyyətində özünü göstərdi, düşündüklərini bacara bildiyi qədər reallaşdırmağa çalışdı. Ən önəmlisi də – rus ordusunu Azərbaycandan çıxardı, test üsulunun tətbiqi ilə millətin təhsilə əlçatanlığını təmin etdi. Elçibəy Azərbaycan ictimai-siyasi mühitinə çox dəyərli və rasional düşüncə sahibi olan simalar bəxş etdi.

Şanssızlığı isə çevrəsindəki insanlara çəkə bilməyəcəyi yükü yükləməsiydi. İstər hakimiyyət yükü, istər ideya yükü olsun, bunun altında əzilən çox sayda insanlar sonradan böyük hərəkatçı görüntüsündən dedi-qoduçulara, tüfeylilərə, dövrün şərtlərinə uyğun davranış çevikliyinə sahib olmayacaq qədər məzmunsuz kimliklərə çevrildilər. Artıq o kimliklər Elçibəy haqqında danışana da, yazana da “Sənin nə haqqın var ki, Elçibəy haqqında danışırsan, yazırsan?!” deyib, onun demokratik düşüncəsindən bir qıl payına belə sahib olmadıqlarını ortaya qoyurlar.

Elçibəy manevrləri haqqında düşünərkən, İslam dünyasının ən böyük şəxsiyyətlərindən olan Həzrəti Əlinin manevrlərini və onun obrazı ətrafında formalaşan fikirləri xatırlamalı olursan. “Hakimiyyət Əlinin haqqı idi” deyənlərlə, “Hakimiyyət Elçibəyin haqqıdır” deyənlər arasında təfəkkür paralelliyini görməzdən gəlmək olmur. Halbuki, İslam dünyasının bir mənəviyyat simvolu olan Həzrəti Əlinin mənəvi ruhani dəyərlərini anlamayanlar onu özlərinin hakimiyyət uğrunda mübarizəsinin simvoluna çevirərək, hansı bölücülüyü təlqin etmişlərsə, Elçibəy obrazını da belə bir simvola çevirənlər həmin bölücülüyə yönəldənlərlə eyni işi görmüşlər.

Nədənsə Azərbaycan hakimiyyəti Elçibəyə rəsmi şəkildə dəyər verməyə hələ də maraqlı görünmür. Əslində Elçibəyi rəsmiləşdirməyin özü belə, çətindir. Onun adı bürokratik çərçivəyə qətiyyən uymur, hətta qəbrinin üzərində qoyulan abidəsi onu çərçivəyə salır, yürüyən, hərəkətə can atan obrazını sıxır. Elçibəy üçün rəsmiləşdirilməyən ən layiqli yer elə xalqın yaddaşıdır. Xalq onu olduğu kimi tanıdı, sevdi, qınadı, dəyərləndirdi və sonda kəsə olaraq yekun tanıtım möhürünü vurdu: “O, təmiz adam idi”.

Bizim onunla düşüncə və fikirlərimizdə xeyli fərqliliklər vardı, mübahisələrimiz də olurdu, qarşılıqlı tənqidlərimiz də. Mən onun bircə dəfə də olsun kübarlığını itirdiyinin şahidi olmadım. O kübarlıq ki, bugünkü Azərbaycan siyasətində gündüz əldə çıraqla axtarsanız belə, tapmaqda çətinlik çəkəcəksiniz. Elçibəydən siyasəti öyrənən bizlərin çoxu məhz onun kübarlığından çox az miras götürə bildik və nəticədə Azərbaycan siyasətinin mədəni aurasının yaranmasına töfhə verə bilmədik. 

Xatırlayıram, Kələkidə birgə oturduğumuz məclisdə Məhəmməd Hadinin bir şeirini söyləmişdim, yarıda durdurdu və arxasını özü sonadək özəl bir duyğu ilə gətirdi. Şeirdəki “İdrakı olanlar məni sonra qanacaqdır!” misrasını isə bir neçə dəfə təkrarladı. Bu şeiri illər keçəndən sonra Milli Elmlər Akademiyasının akt zalında Əbülfəz Bəyin tabutunun başında çıxış edərkən hayqırmağı özümə borc bildim.

…Və söyləmək istədim ki, Əbülfəz Elçibəyi qısır davaların, iqtidar mübarizəsinin simvolu kimi heç vaxt özəlləşdirməyə çalışmayın, çünki o, həmişə Azərbaycan cəmiyyətində idrakı olanlarla idraksızların ortaq barış məqamıdır, bu məqamda gec-tez bir Millətin, bir Vətənin övladları kimi bir-birimizə qarşı unutduğumuz sevgini “Bəy havası” ilə mütləq tapacağıq.

Previous Post

FAZİL MUSTAFA YAZDI:”O, DÖVLƏTİN KÜBAR RUHANİ, BARIŞ VƏ TARAZLIQ OBRAZI İDİ…”

Next Post

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post

Elmlər Akademiyası yaxınlığında yeni “Azercell Eksklüziv”

Elmlər Akademiyası yaxınlığında yeni "Azercell Eksklüziv"

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.