"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Faktor Lizinq” MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir: Tək ümidim sizədir

09 İyun 2023 - 12:15
in Cebhe-banner, CƏMİYYƏT, HADİSƏ
FacebookVatsap

“Faktor Lizinq” MMC-nin sahibi Ehtiram Alıyevlə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Bakı şəhr sakini Təyminə Yusifova bildirir ki, Ehtiram Alıyevin onun izinə adam salıb məhv edəcəyini, başına oyunlar açacağlnı, nə olur olsun cinayət işi açdıracağı ilə hədələyir və heç kimin onu cəzalandıra bilməyəcəyini deyir. T.Yusifovanın cumhuriyyet.az-a bildirdiyinə görə, E. Alıyev faktik olaraq etibardan sui istifadə edərək dələduzluq yolu ilə onun üzərinə əlavə borc qoyub.

Bunu da oxuyun

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

ASAN xidmətdə bağlanan saxta borc müqaviləsi

Hadisənin təfərrüatına gəldikdə isə cumhuriyyet.az-a daxil olan məlumata görə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli qətnaməsinə əsasən 250.000 manat məbləğində pul Təyminə Yusifovadan alınaraq “Faktor Lizinq” MMC-yə qaytarılması qət edilmişdir. Bu qərardan bir neçə il sonra E.Alıyev öz planını işə salır. Təyminə xanım baş verənlərlə bağlı bildirir: “2019-cu ildə Ehtiram Alıyevə 250.000 pulu hələ ki, qaytara bilmədiyimi, amma hər hansı bir problemin olmadığını, həmin məbləğdə pulun yaxını olan İlqar İsmayılovun formal olaraq mənə verilməsi barədə notariusda müqavilə bağlamağımı, ondan sonra 250.000 manat pulu nə vaxt istəsəm verə biləcəyini dedi”. Bunun ardınca baş verənlər isə əsl dələduzluq əməlidir. Belə ki, İlqar İsmayılov adlı şəxs və Ruslan Alıyev Bakı şəhərində yerləşən 2 saylı ASAN Xidmətdə T.Yusifovaya 290 min dolllarlıq borc müqaviləsinə imza etdirirlər. Halbuki, o vaxta qədər Təyminə xanım İlqar İsmayılov adlı şəxsi ümumiyyətlə tanımayıb, İlqar İsmayılov Ehtiram Alıyevin tanışı olub.

Mənzilin ələ keçirilməsi

Etibardan sui istifadə edilərək borc müqaviləsi bağlanmasından bir neçə ay sonra Ehtiram Alıyev T.Yusifovanı yanına çağırıb İlqar İsmayılovla bağladığım müqavilənin o qədər də güvənli olmadığını, İlqar İsmayılovun Azərbaycan Respublikasından birdəfəlik gedəcəyini, ona görə də onun adına olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hissəsini “Faktor Lizinq” MMC-yə keçirilməsi barədə Ruslan Alıyevlə barışıq sazışı bağlamağı tələb edir. Həmçinin bildirilir ki, bu halda İlqar İsmayılovla bağılanan borc müqaviləsi cırılacaq. Təyminə xanım yenə də E.Alıyevə inanaraq, həmçinin ona olan 250.000 manat borcu verəcəyinə əmin olduğu üçün Ehtiram Aliyevlə razılaşır. Beləliklə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssəni “Faktor Lizinq” MMC-yə keçirilməsi barədə Ruslan Alıyevlə barışıq sazışı bağlanır. T.Yusifova bildirir ki, bu zaman Ehtiram Alıyev and içərək İlqar İsmayılovla bağlanan borc müqaviləsinin cırıldığı və borc pul verildikdən sonra da evin yarı hissənin “Faktor Lizinq” MMC-yə keçirilməsi barədə Ruslan Alıyevlə bağlanan barışıq sazişinədə xitam veriləcəyini bildirir.

Ehtiram Alıyevin gerçək niyyəti

Bir müddət sonra Ehtiram Aliyevin çirkin niyyəti, yəni etibardan sui istifadə edərək borc və barışıq sazışlərindən əmlakları qanunsuz yollarla ələ keçirmək istəyi üzə çıxır. Belə ki, T.Yusifova məhkəməyə çağırılmadan Bakı inzibati məhkəməsində qərar çıxartdıraraq Ehtiram Alıyev qanunsuz yollarla mənim adıma Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına keçirir. Bu bəs etmirmiş kimi İlqar İsmayılovla saxta yolla bağlanan və sonra guya cırıldığı deyilən borc müqaviləsinə əsasən Təyminə xanımdan İlqarın adı ilə pul tələb edir.

Dövlət orqanlarınan adından sui istifadə

Ehtiram Alıyev son 3 ay ərzində Təyminə Yusifova və onun keçmiş həyat yoldaşı Barat Abdullayevə zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin hamısının və Bakı şəhəri Nəsimi rayonu Mirzə İbrahimov küçəsi 18 ünvanında yerləşən “Nemi Museum” adlı hotelin yarısını onun adına keçirtməyi, əks halda bütün əmlaklara əl qoyacağını bildirir. T.Yusifova son baş verənlərlə bağlı bildirir: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, Məhkəmələrdə və digər orqanlarda Ehtiram onun adamlarının olduğunu, ona heç bir şey etməyə gücümüzün çatmayacağını, mənə cinayət işi açdıracağını, İlqar İsmayılovu tanımadığını, başıma oyun açacağını bildirir. Həmçinin son 2 həftədir ki, zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına aldığını, artıq həmin evin onun olduğunu və evin açarını verməyimizi tələb edir və açarı verməsək qapını sındıraraq girəcəyini bildirir”. Təyminə Yusifova və Barat Abdullayev dəfələrlə Ehtiram Alıyevlə şəxsən görüşərək və telefonla danışaraq ondan alınan borcu (yəni məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği, Ehtiram Alıyevin özünün hesabladığı məbləği deyil) tam və artıqlamasıyla verəcəklərini, həmçinin ona verməli olunan pulun 2 qat məbləği həcmində Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına aldığını bildirsələr də Ehtiram Alıyev həmin evin tam hissəsini onun adına keçirməyi, əlavə olaraq ümumilikdə ona 2 milyon pul verməyi tələb edir.

İlqar İsmayılovun dələduzluq şərikliyi

Baş verənlər onu göstərir ki, Ehtiram Alıyev əslində İlqar İsmayılovla əlbir olub vətəndaşları aldatmaqla məşğuldur. Bu gün də İlqar İsmayılovu tanımadığını bildirməklə özünü kənarda saxlayan Ehtiram əslində İlqarla bütün dələduzluqlarda şərikdir, həm də biznes ortaqlığına malikdir. O, İlqar İsmayılovun vasitəsi ilə başqa əmlakları və külli miqdarda pul əldə etmək istəyir. İlqar İsmayılov hazırda Amerikada yaşayır və Ehtiram Alıyev də dəfələrlə onunla bu ölkədə görüşüb. Digər tərəfdən E.Alıyev tanımadığı İ.İsmayılovla necə müqavilə bağlayır? İlqar İsmayılovun Ehtiram və Ruslanla əlaqələri araşdırılsa Ehtiramın və Ruslanın hazırkı tarixədək gördüyü bütün saxta işlər ortaya çıxacaq və onların əsl niyyəti bilinəcəkdir. İlqar İsmayılovun məlum müqavilədə göstərilən 290 min dolları necə qazanması da sual doğurur. Bu qədər kapitalı olan şəxs dövlətə vergi verməliydi ki, bu da araşdırılması vacib olan məqamdır. Eyni zamanda İ.İsmayılovun məhkəmədə iştirak etmədən onu kimlərin təmsil etdiyi də sual yaradır. Həmçinin İlqar Azərbaycan Respublikasına gətirilsə, T.Yusifovanı tanımadığı, onun adı ilə Ehtiramın saxta yolla pul qazanması məlum olacaqdır.

Son ümid yeri dövlətdir

Vətəndaş bütün baş verənlərlə bağlı ölkə rəhbərliyinə, hüquq mühafizə orqanlarına müraciət edib. Bir xanım olaraq Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevadan kömək istəyən Təyminə Yusifova hüquqlarının qorunması üçün dövlətə güvəndiyini bildirir: “Sizə inanıram və ümid edirəm ki, “Faktor Lizinq” MMC-nin sahibi Ehtiram Alıyevin və Ruslan Alıyevin saxta sənədlər və aldatma (dələduzluq) yolu ilə bir xanıma məxsus əmlakların ələ keçirilməsinə imkan verməməklə yanaşı həmin şəxsin fəaliyyətinin araşdırılması ilə bağlı qanunvericiliyə uyğun hərəkətlərin edilməsinə göstəriş verəcəksiniz. Çünki Ehtiram Aliyev mənə dəfələrlə pulunun və hər bir orqanda adamlarının olduğunu deyib, ona heç bir şey edə bilməyəcəyimi bildirib məni gülləyərək öldürməklə hədələyir. Məni izlətdiyini, silahının olduğunu, başıma oyun açacağını bildirir. Mən əmlakım və həyatım üçün ciddi təhlükə görürəm. Bir Azərbaycan qadını kimi tək ümidim Sizədir!”.

Previous Post

“Faktor Lizinq” MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir: Tək ümidim sizədir

Next Post

Ekspert : Rusiyaya qarşı sanksiyalara görə rubl möhkəmlənib

Bənzər yazılar

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

17 Avqust 2026 - 14:14

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və “WhatsApp” ani mesajlaşma hesabları vasitəsilə...

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

17 Avqust 2026 - 13:30

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ixtisas seçimi mərhələsində olan abituriyentlərə tövsiyələr verib. Elchi.az xəbər verir ki, o, abituriyentlərin...

Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

17 Avqust 2026 - 12:52

2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 746 yanğın hadisəsi baş verib. Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə...

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

17 Avqust 2026 - 12:43

2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 7334 təbii və texnogen mənşəli hadisə baş verib. Elchi.az xəbər verir ki,...

Next Post
Ekspert : Rusiyaya qarşı sanksiyalara görə rubl möhkəmlənib

Ekspert : Rusiyaya qarşı sanksiyalara görə rubl möhkəmlənib

Ekspert : Rusiyaya qarşı sanksiyalara görə rubl möhkəmlənib

Ekspert : Rusiyaya qarşı sanksiyalara görə rubl möhkəmlənib

Son xəbərlər

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

17 Avqust 2026 - 14:53
Bu gün “Qarabağ”ın matçı var

Bu gün “Qarabağ”ın matçı var

17 Avqust 2026 - 14:44
Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

17 Avqust 2026 - 14:30
DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

17 Avqust 2026 - 14:14
“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

17 Avqust 2026 - 14:00
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Avqust 2026 - 13:45
İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

17 Avqust 2026 - 13:30
İstanbul aeroportu rekord qırıb

İstanbul aeroportu rekord qırıb

17 Avqust 2026 - 13:16
Çin yeni bir peyk buraxıb

Çin yeni bir peyk buraxıb

17 Avqust 2026 - 13:00
Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

17 Avqust 2026 - 12:52
Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

17 Avqust 2026 - 12:43
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

17 Avqust 2026 - 12:30
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

17 Avqust 2026 - 12:24
DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust 2026 - 12:20
DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

17 Avqust 2026 - 12:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.