F-16-ların Kiyevə çatdırılması Ukrayna münaqişəsinin gedişatına təsir etməyəcək

108

Amerika qırıcıları Rusiya üçün təhlükə yaratmır, RAND korporasiyasının analitiki deyib.
Elchi.az xəbər verir ki, Amerikanın F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi münaqişənin gedişinə təsir etməyəcək. Bu fikri CNN telekanalında RAND Corporation analitik mərkəzinin eksperti Samuel Çarap bildirib.
Çarapın sözlərinə görə, qırıcılar döyüş bölgəsində dəyişiklik gətirməsə də, Ukraynanın aviasiyasını təkmilləşdirəcək.
“Bu qırıcılar Rusiya üçün onun öhdəsindən gələ bilməyəcəyi ciddi təhlükə yaratmır”, – ekspert bildirib.
Bundan əlavə, Çarap Ukrayna üçün yeganə mümkün variantı danışıqlar masasına oturub Rusiyaya güzəştə getmək adlandırıb.

Şayəstə Hüseynova