Türkiyəli müğənni Fərhad Göçərin Bakı konserti təxirə düşüb.
Elchi.az xəbər verir ki, bu haqda Axşam.az-a Heydər Əliyev Sarayının mətbuat xidmətindən məlumat verilib.
“Türkiyədə baş verən zəlzələ ilə əlaqədar tədbir təxirə salınıb. Hansı tarixdə olacağı hələlik dəqiqləşməyib” deyə, bildirilib.
Qeyd edək ki, konsertin fevralın 14-də Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılırdı.