UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Elchi.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatma mərasimində Türkiyə təmsilçisi “Fənərbağça”nın da rəqibi müəyyənləşib.
İstanbul təmsilçisi 1/8 finala gedən yolda İngiltərənin “Nottingem Forest” klubu ilə qarşılaşacaq.
“Fənərbağça” (Türkiyə) – “Nottingem Forest” (İngiltərə)
“Panatikos” (Yunanıstan) – ” Viktoriya Plezen” (Çexiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)
“Dinamo Zaqreb” (Xorvatiya) – “Genk” (Belçika)
“Seltik” (Şotlandiya) – “Ştuttqart” (Almaniya)
“Brann” (Norveç) – “Bolonya” (İtaliya)
PAOK (Yunanıstan) – “Selta” (İspaniya)
“Lill” – “Srvena Zvezda” (Serbiya)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 19 və 26-da keçiriləcək.





















