EN RU

“Fənərbağça”nın futbolçusu Marko Asensio 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

Türkiyə Superliqasının XXVIII turunda “Beşiktaş”la derbidə zədələnən “Fənərbağça”nın futbolçusu Marko Asensio təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bunu da oxuyun

Elchi.az “Hürriyət”ə istinadən xəbər verir ki, MRT müayinəsindən keçən ulduz futbolçunun dizində güclü ödem olduğu müəyyənləşib.

Şişkinlik azaldıqdan sonra Asensio yenidən müayinədən keçəcək.

Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi dizindən aldığı zədəyə görə “Beşiktaş”la oyunun 21-ci dəqiqəsində əvəzlənib. Marko Asensio cari mövsüm “Fənərbağça”nın heyətində 37 oyunda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com