Bu həftəsonu İordaniya çayının qərb sahilində və Qəzza zolağının bəzi bölgələrində yerli özünüidarəetmə orqanlarına səsvermə keçirilir.
Elchi.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu proses Qəzza müharibəsi başladıqdan sonra qərb sahilində, anklavda isə son iki onillikdə təşkil olunan ilk səsvermədir.
Səsvermədə iştirak etmək üçün 1 milyondan çox vətəndaş qeydiyyata alınıb. Qəzza zolağının Deyr əl-Bələh bölgəsində isə təxminən 70 min sakin seçim etmək hüququna malikdir.





















