Fələstin probleminin həll olunmamasında ABŞ-ın rolu olub. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, indiki böhrana Vaşinqtonun bir tərəfə pandalaşaraq Fələstin-İsrail nizamlanmasını monopoliyaya alan siyasəti gətirib çıxarıb.
Uşakov ABŞ və müttəfiqlərinin Fələstin-İsrail münaqişəsində mənəvi nüfuzunu itirdiyini vurğulayaraq, Yaxın Şərq ölkələrinin öz suverenliyini gücləndirmək istəyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Qəzza zolağındakı münaqişə ABŞ-ın Yaxın Şərqin nizamlanması sahəsində vasitəçilik funksiyalarını monopoliyaya almaq cəhdlərinin qüsurlu olduğunu sübut edir. Onun sözlərinə görə, uzun müddətdir davam edən Fələstin-İsrail münaqişəsini təkbaşına aradan qaldırmaq mümkün deyil.
Havar Şəfiyeva