"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Fərari diplomatların komandiri

11 Sentyabr 2015 - 09:17
in XƏBƏR LENTİ
FacebookVatsap

 Fərari diplomatların komandiri

Bunu da oxuyun

Samuxda bir nəfər kanalda batıb

AZAL Atırauya ilk reysini həyata keçirib – FOTO

Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

 
Bir ara vətəndaşı aldadan fırıldaqçı şirkətlər var idi, pul yığıb, tez-tez öz adlarını, ofislərini dəyişib qeybə çəkilirdilər. Yapistlər bu kələyin səmərəli olduğunu gördülər, öz firma, şirkət, banklarında tətbiq eləməyə başladılar. Misal üçün, bir gün yatıb durduq, gördük Milli Bank olub Mərkəzi Bank. Texnikabank adlı qurumun rəhbərliyini içəri basıb xeyli pul qopartmaq fayda vermədi, daha dərinə gedib bankın adını dəyişdilər, bu dəfə oldu “Bank Texnique”. 
Bah. Guya bunun adını fransızca yazanda bankın işçiləri dönüb oldular Mişel Platini, bankın Nərimanov filialının şüşəbəndləri isə Atatürk prospektinə yox, birbaşa Yelisey çölünə açıldı.
Ziya müəllim dəstədən geri qalmamaq üçün artıq dilə-dişə düşmüş, korrupsiya sorağı Əl-Cəzirədən belə fırlanmış “ZQAN-Holdinq”i asqırıb-öskürüb bir saatın içində “Qarant Holdinq”ə çevirdi. Nəticədə ali rəhbərlikdən öz gələcəyinə qarantiya aldı – pis təsəlli deyil.
Bunlar mənim qısa müddətdə fikirləşib yadıma saldığım ad dəyişiklikləridir. Axtarsan belə dekorativ dəyişikliklər saysız-hesabsızdır. Hamısı da guya dövlətin iqtisadi-sosial inkişafına yönəlmişdir. Kasıbın itinin adını Gümüş qoyması keçilmiş yoldur, indi bizim yapistlər itin adını bir gün Gümüş, bir gün Qızıl, bir gün də Brilyant qoyurlar. Varlığa nə darlıq? Bu mövzuda yaxşı bir ata sözümüz var, onu yazım: “Qoy desinlər Şahbalanın çustu var, Kim nə bilir altı yoxdur, üstü var”.
Hətta bankların adını dəyişmək işə yaramadı, başladılar bankirləri dəyiş-düyüş eləməyə. A bankının müdirini B bankına qoydular, B bankının müdirini C bankına. Beləcə üskük oyunu davam etməkdədir. Haçana qədər – bunu gözü çıxan avtoritar qardaşlardan soruşmaq lazımdır. Misal üçün, bir neçə il qabağa qədər Suriya da belə bir sabitlik adası dekorasiyası qurmuşdu. Prinsipcə, indi də sabitdir. Bəşər Əsədi Macarıstandan Avstriyaya qaçan yerdə, ya da Aralıq dənizində boğulan vəziyyətdə kim görüb ki? Heç kim. Yenə Dəməşqdə oturub kefini çəkir. Xalq cəhənnəmə olsun. Xalq artıb törəyər. Əsas xilaskardır, əsas liderdir. Təki onun bığına milçək qonmasın.
Hər sahəmizdə belənçik islahatlar getməkdədir. Hətta polis və orduda da “onu ora, bunu bura” dəyişib günü yola verirlər. Yalnız bir sahə var ki, orda krizis açıq görünür. Bu, uğurlu xarici siyasətimizdir. Elmar müəllim təkcə son bir ayda 3 diplomat qaçırmışdır. Belə komandir əsgərlikdə olsa azı hauptvaxta salarlar. Amma diplomatiya komandirinin fərarilərinə görə heç bir cəzası yoxdur.
Mənə elə gəlir bu cür çox davam edə bilməz. Əgər hər ay 3 diplomat xaricdən siyasi sığınacaq istəsə, bəs bizim xarici siyasətimizi kim qayıracaq? Kim senatorlara kürü, offşor hesablara pul daşıyacaq? Madrid prinsiplərinin Moskva danışıqlarının Paris çərçivəsində Praqa metodikası üzrə Qarabağ probleminin həlli yollarını kim axtaracaq? 
Başqa sahələri yuxarıda yazdıq – üskük oynayıb yola vermək olur, ancaq bu zibilə qalmış xarici siyasəti tənzimləmək bir az çətindir. Əsas çətinlik odur ki, ipdə qalan buzovu döyürsən, ancaq qırılıb qaçan dananı harda tutasan? Bir az sadə yazım: diplomatlar xaricdə aradan çıxmaq imkanına malikdir, onları tapıb tutmaq, Kürdəxanıya salmaq, cibinə nəşə atmaq, döyüb hörmətsiz eləmək, evini buldozerlə dağıtmaq və sairə mümkün deyil.
Bəs nə etməli? Mən sadiq dövlətçilik qulu kimi bu işdə milli dövlətimizə yol göstərməyi özümə borc bilirəm. Qoy xaricə gedən hər bir diplomatın burda minimum bir-iki arvad-uşağı girov saxlanılsın. Arvadı olmayanlar qoca anasını girov qoysun. Əks halda səfirlik, konsulluq üzü görməsinlər.
İkincisi, hər bir diplomatı qandalla Çevik Polis Alayı serjantına bağlamaq da olar. Danışıqlara, xarici siyasət qayırmağa serjantla birgə getsinlər. Bizim polisdən gizli nə işimiz var? Hərçənd, istənilən metodika qüsurludur, ola bilər sığınacaq alan diplomat polisi də diplomatik yollarla ələ alsın, onu da sürüyüb aparsın. Amma bu, çox az halda mümkündür. Bizim polis dövlətçilik işində daha etibarlıdır, çünki ingilis-mingilis dilini əsasən bilmirlər, xarici kitab oxuyub tərbiyələrini pozmayıblar.
İndi söz əlaqədar təşkilatlarındır. (Ayrı nə gözləyirdiniz?)

 

 

Previous Post

Fərari diplomatların komandiri

Next Post

Rusiya həm “sülh” deyir, həm silah verir…

Bənzər yazılar

Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56

Samuxda bir nəfər kanalda batıb. Elchi.az-ın xəbərinə görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb. Belə ki, bir nəfər kənd ərazisindən...

AZAL Atırauya ilk reysini həyata keçirib – FOTO

AZAL Atırauya ilk reysini həyata keçirib – FOTO

17 Avqust 2026 - 15:52

Azərbaycan Hava Yolları Atırauya ilk reysini həyata keçirib. AZAL-dan Elchi.az-a verilən məlumata görə, AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları...

Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

17 Avqust 2026 - 15:48

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Elchi.az...

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

17 Avqust 2026 - 14:53

Azərbaycan əmək qabiliyyətli əhalinin ümumi əhali içərisində payına görə dünyada 15-ci yerdə qərarlaşıb. Elchi.az xəbər verir ki, 2025-ci il üzrə...

Next Post

Rusiya həm “sülh” deyir, həm silah verir...

Rusiya həm “sülh” deyir, həm silah verir...

Son xəbərlər

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
DİM bu imtahanın nəticələrini elan etdi

700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olmaq hüququ qazanıb

17 Avqust 2026 - 17:47
Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

17 Avqust 2026 - 17:39
Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

17 Avqust 2026 - 17:25
1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

17 Avqust 2026 - 17:24
Şagirdlərin elektron yerdəyişməsi başlayır

Şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 17:21
Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

17 Avqust 2026 - 17:16
Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

17 Avqust 2026 - 17:11
“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

17 Avqust 2026 - 16:43
ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

17 Avqust 2026 - 16:42
Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

17 Avqust 2026 - 16:41
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb

Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb

17 Avqust 2026 - 16:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.