"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Eynulla Fətullayevi öldürməməyimi özümə bağışlamıram” – Akif Çovdarov

19 Dekabr 2015 - 10:19
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb


Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev ölkə rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və KİV-lərə yeni müraciət ünvanlayıb.

Müraciətin bir nüsxəsini də “Yeni Müsavat”a göndərən E.Abdullayev müraciətində Akif Çovdarovun gizli həbsxanasını barədə ilginc təfərrüatları yazıb.

Bundan başqa, sabiq rektor keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşü barəsində də bu günə qədər açıqlamadığı detallardan bəhs edib.

Keçmiş ABU rektorunun iddiasına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarovun onun qardaşı Mahir Abdullayevə 300 min dollar borcu olub.

E.Abdullayev bildirir ki, Akif Çovdarovun cinayət ortağı Qulu Cəfərov bunu Mahir Abdullayevə 2001-ci ilin oktyabrında verdiyi yazılı izahatında da öz imzası, eləcə də barmaq izi ilə təsdiq edib.

E.Abdullayev yazır ki, bu əlyazmanı qardaşı itkin düşəndən sonra onun iş otağındakı qara rəngli əl diplomatından götürüb. Bundan sonra Qulu Cəfərovla görüşməyə çalışıb:

“Sonradan bizə məlum oldu ki, o, Akif Çovdarovun şəxsi həbsxanasında işləyir. Qulu Cəfərov bizimlə görüşməkdən qaçırdı. Ancaq eşidəndə ki Mahir onunla bir yerdə çox vaxt keçirib, onu axtarmağa başladım.

Nəhayət, 2009-cu ildə Qulu Cəfərovu 9-cu mikrorayonda yerləşən və yaxın qohumu Akif Çovdarovla bir mərtəbədə, qapıbir qonşu kimi yaşadığı evin girəcəyində yaxaladım. Onun imzası ilə yazılmış Mahir Abdullayevə 300 min dollar borcu olması haqqında izahatı Qulu Cəfərova təqdim etdim və ondan Mahirə olan borcunu tələb etdim. O, gözlənilməz görüşdən az qala huşunu itirirdi, and-aman etdi ki, pullar Akif Çovdarovdadır, ondan ala bilərsiniz, mən Akif Çovdarovun taxta-şalban ofisində işləyirəm, mənə çörək pulu verir. Dedi, düzdür, pul mənim imzamla alınıb, ancaq Mahir pulu Akif Çovdarova verib.

Qulu Cəfərov mənə Akif Çovdarovun mobil telefonunu verdi və dedi ki, sabah zəng et görüş, o da mən deyənləri deyəcək”.

Elşad Abdullayevin yazdığına görə, Qulu Cəfərovla bu görüşdən bir gün sonra qara maskalılar onu saxlayaraq Akif Çovdarovun gizli həbsxanasına aparıblar. Sabiq rektor bu hadisəni belə təsvir edir:

“Səhərisi günü səhər saat 7-8 radələrində idmana gedəndə evimin qabağında təcili tibbi yardım maşınından düşən silahlı qara maskalılar məni zorla maşına saldılar. Qara maskalılardan MTN polkovniki Rəsul Rəsulov, Yaşar Lətifov (soyadını ola bilər ki, səhv salıram), indi həbsdə olan Teymur Quliyev üzlərini açmışdılar. Araz Laçınlı, polkovnik Fikrət Əliyev və general Elçin Quliyev, Sənan İbrahimov və Qulu Cəfərovu isə üzlərini açmasalar da səslərindən və yerişlərindən tanıdım.

Məni MTN-in arxa qapısına gətirdilər, lakin ora çatmamış Akif Çovdarovun tapşırığı ilə Masazırdakı şəxsi həbsxanasına apardılar. Bu zaman Elçin Quliyev, Fikrət Əliyev, Araz Laçınlı və Teymur Quliyev MTN-in arxa qapısından içəri girdilər.

Rəsul Rəsulov qara maskalı təcili tibbi yardım maşınının sürücüsünə bildirdi ki, “siz professoru Masazır Universitetinə aparın”. Yəni Akif Çovdarovun şəxsi həbsxanasına.

Bütün günü məni Akif Çovdarovun Masazır həbsxanasında ac-susuz saxladılar, qonşu otaqda elektroşokla 2 nəfərə huşu itənə qədər işgəncə verirdilər, onların ah-naləsinə, yalvarışlarına səs verən yox idi. Təsəvvür edin, Azərbaycan Milli Elmlər Akademiyasında 10 ildən çox baş elmi işçi vəzifəsində çalışmışam, 30 il Bakı Dövlət Universitetinin hüquq fakültəsində 30 elmi-pedaqoji stajım var, ABU-da rektor işləyirəm, Prezidentin yanında AAK-in Hüquq Ekspert Şurasının sədri vəzifəsində çalışmışam, birdən-birə elə gözlənilməz situasiyaya düşdüm ki, məqam axtarırdım ki, oradan necə qaçım”.

Elşad Abdullayevin yazdığına görə, günün sonuna yaxın Akif Çovdarov onun saxlandığı otağa gəlib və bu, onların ilk canlı görüşü olub:

“Akif Çovdarov məni Azərbaycan Beynəlxalq Universitetindəki “qanun pozuntuları” ilə təhdid etməyə başladı. O, məni MTN-in Təhsil Nazirliyindəki “qara qutusu” İlyar Vahabovun yoxlama protokolları, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yazdığı yazılarla gecə saat 2-yə qədər təhdid etdi.

Məni qorxu və təəccüb bürümüşdü. Akif Çovdarovun şəxsi həbsxanasında hamı qara maskalı və silahlı idi. O, başa düşəndə ki artıq mən çəkinirəm, ondan sonra Qulu Cəfərovun Mahir Abdullayevə borclu olması haqqında məsələyə keçdi. Bu zaman əlində avtomat qara maskada Qulu Cəfərov və mənə özünü MTN polkovniki kimi təqdim edən Sənan İbrahimov (MTN şefinin müavini Hilal Əsədovun qohumu) da otağa daxil oldular.

Mən saxlanan otaqda çoxlu qan izləri var idi. Qulu və Sənan üzlərini açmadan tam silahlı vəziyyətdə heç nə danışmadan Akif Çovdarovun komandasını gözləyirdilər. MTN generalı Elçin Quliyev maşından düşəndə bildirdi ki, “Elşad müəllim mənim MTN Akademiyasında müəllimim olub, yaxşı deyil, gəlin mənim otağımda dindirək…””

E.Abdullayev daha sonra A.Çovdarovla arasındakı dialoqun ilginc detallarını açıqlayıb. Keçmiş rektor daha sonra yazır ki, Akif Çovdarov Mahir Abdullayevi tanımadığını, onunla heç bir alış-verişinin olmadığını deyib:

“Dedi ki, “nə mən, nə də qohumum Qulu Cəfərov Mahiri tanımırıq, bizim ona heç bir borcumuz yoxdur”. Xəbərdarlıq etdi ki, “bir də bu söhbətin üstünə qayıtma. Varsa da bizim Mahirə olan borcumuzu bağışlayırsan. Bir də bu söhbətin üstünə qayıtma, elə etmə ki, səni göndərək Mahirin, jurnalist Elmarın, akademik Ziya Bünyadovun, Rail Rzayevin yanına…

O, jurnalist Rafiq Tagını necə xəstəxanada qətlə yetirmələri, jurnalist Eynulla Fətullayevin başına gətirdiyi müsübətlərdən elə bil qəhrəmanlıq edibmiş kimi danışıb məni təhdid etdi. Xüsusən də jurnalist Eynulla Fətullayevdən cox yanıqlı olduğu üçün özündən asılı olmayaraq ondan yanıqlı danışırdı. Çovdarov bildirirdi ki, “bir məsələni özümə bağışlaya bilmirəm – jurnalist Eynulla Fətullayevi əlimdə imkan var idi, öldürmədim. Onsuz da onu da Elmar Hüseynovun və Rafiq Tağının yanına göndərəcəm…”

Ona qarşı cox kinli-küdurətli idi. O, məqam axtarırdı ki, Eynulla Fətullayevlə də hesablaşsın… İnanın, adam MTN generalı deyil, bir KQB cəlladı və manyakı idi, nə danışdığının fərqində deyildi.

“Başa düşmürsənsə, bir də başa salaq” deyərək tükürpədci qətllər seriyasından təhdid dolu xəbərdarlıq edirdi.

Nə isə, fikirləşirdim ki, necə qurtulum bu faşistlərinin əlindən, mənim üçün olduqca ağır və gözlənilməz situasiya id. Akif Çovdarovun əmri ilə qara “Lexus” cip maşında bir qara maskalı heç bir şey danışmadan məni şəhərin mərkəzindəki evimə gətirdi”.

Sabiq rektor yazıb ki, bu hadisədən 3 gün sonra onu MTN-ə çağırıblar. Burada onun nazir Eldar Mahmudovla da görüşü olub: 

“MTN nazirinin köməkçisi – əmisi oğlu Vüqar Mahmudov səhər saat 9-da mənim mobil telefonuma zəng edib bildirdi ki, sizi MTN-in Baş İstintaq İdarəsinin rəisi Şıxəliyev Mövlan gözləyir. MTN nazirinin qəbul otağına gəldim, oradan da MTN Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin otağına getdik. Məni Mövlan Şıxəliyev və müstəntiq Novruz Məmmədov birlikdə qəbul etdilər. Onlar mənə Mahirin oğurlanmasından suallar verdilər, mən də Akif Çovdarovun söhbətindən sonra heç bir şey danışmadım. Çünki istintaqa qonşu otaqdan Akif Çovdarov və Hilal Əsədov istiqamət verirdilər. Onlar selektor telefon danışıqları ilə məni aşağılayan söyüşlər söyürdülər, bunları acıq-aşkar eşidirdim.

Onlar əmin olandan sonra ki mən Akif Çovdarovun ssenarisi üzrə danışmayacağam, bundan sonra Mövlan Şıxəlıyev və müstəntiq Novruz Məmmədovla birlikdə MTN naziri Eldar Mahmudovun iş otağına gəldik. Eldar Mahmudov da məni Mahir Abdullayevin oğurlanması ilə bağlı sorğu-suala tutdu. Qorxduğuma əmin olandan sonra axşam saat 20 radələrində məni MTN-dən buraxdılar. Bir hüquq professoru olaraq artıq fərqində idim ki, kimlərlə üzləşmişəm…”

Qeyd edək ki, Elşad Abdullayev bu faktları ilk dəfədir açıqlayır. Sabiq rektor müraciətinin sonunda bir sıra suallara aydınlıq gətirilməsini tələb edir.

Previous Post

“Eynulla Fətullayevi öldürməməyimi özümə bağışlamıram” – Akif Çovdarov

Next Post

`Putin özünü uşaq kimi aparır` – Davudoğludan cavab

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

`Putin özünü uşaq kimi aparır` - Davudoğludan cavab

Prezidentlər bu gün görüşür

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.