Əvvəlcə Rəis gəlir, sonra Putin! Ankarada kritik zirvələr

🗓 22.01.2024 14:20 ✍️ "Elçi" qəzeti
Əvvəlcə Rəis gəlir, sonra Putin! Ankarada kritik zirvələr
Daha əvvəl Ankara səfəri iki dəfə təxirə salınan İran prezidenti İbrahim Rəisinin yanvarın 24-də Ankarada prezident Ərdoğanla görüşəcəyi öyrənilib. Elchi.az bu barədə “Haber7”yə istinadən xəbər verir. İranın Kirman şəhərində baş verən partlayışa görə daha əvvəl təxirə salınan İbrahim Rəisinin Ankara səfəri yanvarın 24-də baş tutacaq. Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası olması gözlənilən görüşdə ticarət, iqtisadiyyat , mədəniyyət və elm kimi ayrı-ayrı mövzularda təxminən 10 razılaşmanın imzalanacağı öyrənilib . Prezident Ərdoğan İbrahim Rəisi ilə görüşdükdən sonra Ankarada Rusiya Prezidenti Vladimir Putini qəbul edəcək. Nuranə Məmmədova  

Bənzər yazılar