"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Evi oğurlanan Hacı həzrətləri haqqında senzurasız arayış

06 Fevral 2015 - 17:47
in CƏMİYYƏT
FacebookVatsap

O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan və ətraf 6 rayon üzrə qazısıdır, bu vəzifəyə təyinatı da təzədir

Bunu da oxuyun

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Diqqət! Bakıda bu yollar bağlıdır

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

06028Ölkə kriminal xəbərlərdən özünə gələ bilmir və kriminal xəbərlər də çox çəkici olur. Bu dəfə Salyan və ətraf 5 rayonun qazısı ev oğrularının hədəfindədir. Niyə, o? Dünya işləri ilə 50 faizlik marağı olan, din və ibadət adamının evində qiymətli əşyaların və ya pulun olduğunu niyə təsəvvür və ehtimal etməli idilər ki, oraya da oğurluq niyyəti ilə ayaq bassınlar.
Xəbər əhli xəbərin təqdimatını ya çox soyuq, sıradan bir xəbər kimi, ya da böyrünü başını mümkün əlavələrlə bərkidib ictimaiyyətə təqdim ediblər.
Ən geniş və əhatəli xəbər, təqribən, belədir :

Fevralın 1-də Qafqaz Müsəlmanları İdarəsinin Salyan və ətraf 6 rayon üzrə nahiyə qazısı Hacı Hüsnü Həsənovun evi qarət edilib.
Oğru və ya oğrular nüfuzlu din xadiminin rayonun Qarabağlı kəndindəki evindən 100 min manatdan çox nağd pul, külli miqdarda qızıl-zinət əşyaları, habelə müvafiq lisenziyaya malik “Vinçester” markalı bir ədəd ov tüfəngi aparıb.
Oğrular (və ya oğru) Hacı Hüsnü Həsənovun ailə üzvləri ilə birlikdə İranda səfərdə olmasından istifadə edərək sahibsiz mənzilə daxil olublar. H.Həsənov qonşu ölkəyə müalicə məqsədi ilə gedibmiş.
Məlumatda o da deyilir ki, oğurluq faktı ilə əlaqədar Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
H.Həsənovun imkanlı şəxs olduğu, həmin pulları halal zəhmətlə qazandığı deyilir. Belə ki, din xadiminin həm də fermer təsərrüfatı, istixanası var, o, əsasən tərəvəzçiliklə məşğul olur. O da bildirilir ki, H.Həsənovun Rusiyada yaşayan digər qardaşı Adəm Həsənov da bizneslə məşğuldur. Başqa bir qardaşı Knyaz Həsənov isə bir vaxtlar Salyan RPŞ-də rəis müavini olub, hazırda Masallı RPŞ-də çalışır.

Bir başqa xəbərdə isə söhbət nəqd puldan deyil, elə 100 min manatlıq zinət əşyalarından gedir. Axund həzrətləri mətbuata bildiriblər ki, evdə nəqd pul olmayıb və oğrular da qızıl-zinət əşyalarını oğurlayıblar ki, onların da toplam dəyəri 100 min manat olub.

İlk irad Qafqaz Ruhaniləri İdarəsinədir.
Bu boyda regional İdarəsinin qazısı postuna elə adamı qoymaq lazımdır ki, hər yoldan keçən oğru onun evinə tamah salmasın.
İrad yersiz ola bilər. Amma inanın, əgər doğru-dürüstlüyü və əməli salehliyi şübhə doğurmayan, bölgədə xüsusi nüfuzu ilə seçilən savadlı bir ruhani tapıb o vəzifəyə qoysalar, heç bir oğru-cinayətkar o evin kandarından içəri əyri niyyətlə ayaq basmaz.

Ev oğurluqları, elə-belə, yol üstü baş vermir. Oğrular evdə nəyin və nələrin olduğunu dəqiqləşdirdikdən sonra, evdə kimsənin olmayacağı bir zamanı da hesabladıqdan sonra məzkur plan daxilində olan evin qapısından içəri girirlər.
Deməli, bütün hallarda ev oğrularının evin içindən və ya yaxınlarından bir nişan verəni olur.
Bu halda, hacı, gərəkdir ki, öz çevrəsinə əməlli-başlı baxsın və istintaqa yardım etsin.
Üstəlik, axundun qardaşı da polis orqanlarında çalışırsa, deməli, istintaq bu işin açılmasındamaraqlı olacaq.

Bir məkanda ev oğrularının əksəriyyətinin (və ya mütləq əksəriyyətinin) polisin qeyd dəftərində olduğu şübhəsizdir. Şübhəsiz, axundun polisdə çalışan qardaşı Knyaz Həsənov indi həmin dəftəri qaldırıb baxmaqla məşğuldur və bu qeydlərin ona yardımçı olacağına inanırıq.

Ümumiyyətlə, Salyandakı regional ruhani İdarəsinin Hacı Hüsnüdən əvvəlki zamanına da bir baxış tullamaq gərəkdir.
Hacı Hüsnü həzrətlərindən əvvəl bu vəzifədə Hacı Salman Babazadə adlı zat uzun illər çalışdı. İnsafən, əməlindən salehlik yağmırdı, amma camaatın gözü mərhuma alışmışdı və ondan sonra gənc bir axundun qazi vəzifəsinə təyin edilməsi bir az narahatlıq yarada bilər. Gənc kadrlar çox zaman qısqanclıqla qarşılanır, axı.
Hacı Salman Babazadə həzrətlərinin mərhum oğullarının hansı səbəbdən vəfat etdiklərini cəmi Salyan bilir və Hacının nəzarət etdiyi digər 6 rayonun əhalisi bilməsə də olar. Belə ki, əvvəlcə Hacının böyük oğlu Zahid, ondan bir neçə sonra il sonra isə Məhəmməd vəfat etdilər. Hər ikisinin ölüm səbəbi narkotik maddələrin bir dəfəlik şəxsi istehlak miqdarından artıq istemal edilməsi olmuşdu. Rus dilində və ya kriminal təbirdə buna « peredozirovka » deyirlər. Allah onların hər ikisinə rəhmət eləsin (indi artıq, hər üçünə, yəni Hacı Salman da daxil olmaqla) və qəbirləri nurla dolsun. Amma Hacı Salmanın qardaşı oğlu Bülbül və yeznəsi İlham da bu adı çiçəklənməmiş “peredozirovka”dan öləndən sonra Salyan əhalisi qəti qənaət vermişdi ki, bu vəzifə bu nəslə düşmür…

Hacı Salmandan sonra bu vəzifəyə kimin gələcəyi Salyandakı icmada geniş müzakirə edilirdi. Arada kifayət qədər ciddi vasitəçilər vardı və bu vəzifəyə təyinat almaq üçün rəqəmlər də səsləndirilirdi. Uyğun rəqəmlərdən biri 60 min manat idi. 6 rayon olduğuna görə.
Hətta, hələlik namizəd axtarışı dövründə Salyan dindarları bir lətifə də uydurmuşdular ki, « iki namizəd var, bir vəzifə, 6 rayon, 60 min də pul. Adama 30 min verib birgə işlədə bilərlər ».
Sonra iş elə gətirdi ki, yeni Hacının şansı daha yüksək qiymətləndirildi və onu alternativsiz və ya ortaqsız olaraq qəbul edərək bu vəzifəyə təyin etdilər.
Bu vəzifənin hansı özəlliklərinin olduğunu sadalayıb vaxtınızı almaq istəmirəm. İnternetə girib Regional Qazının hansı işləri görməli olduğunu tapa bilərsiniz.
O həzrətin, yəni Hacı Hüsnü Həsənovun vikimapia- dakı məlumat bazasında da onun yeri-yurdu dəqiqliklə göstərilir :

İnternetə girib nahiyə qazısının hansı işləri görməli olduğunu və yerini-yurdunu buradan dəqiqləşdirə bilərsiniz

Hacı Hüsnü həzrətləri oğurluq faktı barədə mətbuata xəbər duyurulan kimi başqa, əlavə və möhkəmləndirici faktların da üstünü açdı ki, camaatda şübhə qalmasın. O mənada şübhə ki, axundun bu qədər varidatı haradan ola bilərdi?
Əlavə və möhkəmləndirici dəlillər bundan ibarət idi ki, Hacının şəxsi təsərrüatı var və bu təsərrüfatda o, biznes məqsədilə xiyar-pomidor yetişdiri. İkinci dəlil ondan ibarətdir ki, qardaşı Knyaz Həsənov qədim zamanlardan bəri polis orqanlarında çalışır, əlləşir. Üçüncü, daşdan keçən dəlil də bundan ibarət idi ki, bunların Rusiyada bizneslə məşğul olan başqa bir qardaşları da var.Yəni, bütün bu dəlillər ona görə lazım idi ki, oğurlanan varidatın üzərində halal sertifikatı var, Ən çoxu da uzun illərdir polis orqanlarında işləyən Knyaz Həsənovun mövcuduğuna görə. İkinci yerdə xiyar-pomidor biznesi gəlir ki, sin zamanlar Rusiya ilə bu tərəvəz biznesi genişlənəndən sonra pul əldə etmək müşkülü xeyli asanlaşıbdır.
Amma bizə görə, Hacı Hüsnü həzrətlərini bu vəzifəyə təyin edəndə onun bioqrafiyasındakı bir faktı ya gizlədiblər, ya da üzərindən çox vaxt keçdiyinə görə unudublar. Hətta ola bilsin, Hacı həzrətləri də tövbə edərək həmin faktı unudub. Bu fakt ondan ibarətdir ki, Hacı həzrətləri hələ hacı olmadığı zamanlarda, təxminən 7-8 il bundan əvvəl polisin diqqətini çəkmişdi və o zaman onu narkotik maddələrin qanunsuz dövriyyəsi məsələsi ilə əlaqədar olaraq saxlamışdılar. Onu bir az saxlayandan sonra azad ermişdilər. Hacı Hücü həzrətlərinin çevrəsində hələ ki, “peredozirovka” sindromu yoxdur, əlbəttə və təkcə bu babətdən onu əməli saleh adlandırmaq olar. Amma bu işi bilmək olmaz və tərəvəzdən ehtiyat etmək lazıdır. Hərdən, hətta şüyüd də asılılıq yaradır…
Bu ev oğurluğunda həmin uzaq və uzaq olduğu qədər də unudulmağa layiq, xoşagəlməz olayın izləri ola bilər və bunu da istintaqa yardım üçün xatırlatmağı özümüzə borc bildik

Hörmətlə,
Məşədi Azər Hidayətoğu
Şirvan şəhəri

Previous Post

Evi oğurlanan Hacı həzrətləri haqqında senzurasız arayış

Next Post

13 rəqəmi nazirə düşməyə bilər: Fəaliyyətinin 13-cü ilində yola salınacağı gözlənilir – Ziya Məmmədovun qürubu

Bənzər yazılar

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35

Sentyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında cənub küləyi...

Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21

Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. Elchi.az xəbər verir ki, bu...

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Elchi.az xəbər verir ki, bu...

Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32

16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş...

Next Post

13 rəqəmi nazirə düşməyə bilər: Fəaliyyətinin 13-cü ilində yola salınacağı gözlənilir - Ziya Məmmədovun qürubu

13 rəqəmi nazirə düşməyə bilər: Fəaliyyətinin 13-cü ilində yola salınacağı gözlənilir - Ziya Məmmədovun qürubu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.