Bu il Everest dağına yaz dırmaşması zamanı 12 nəfər həyatını itirdiyi halda, 5 alpinist hələ də itkin düşmüş hesab olunur ki, bu da bu ili ən ölümcül fəsillərdən birinə çevirib.
Elchi.az xəbər verir ki, son illərin “ən ölümcül” dövrü olaraq görülən yaz dırmanma mövsümündə 12 nəfərin öldüyü təsdiqlənsə də, 5 alpinistdən hələ də xəbər yoxdur.
Mayın 21-də 40 yaşlı avstraliyalı alpinist Ceyson Kennisonun arzusunu həyata keçirmək üçün dırmaşdığı Everestdən enərkən oksigen çatışmazlığından ölməsi, son vaxtlar dağda baş verən ölümləri xatırladıb.
Mütəxəssislər bildirirlər ki, qəzaların qarşısını almaq və ağır şəraitdə sağ qalmaq üçün dırmaşmağa başlamazdan əvvəl ciddi hazırlıq görülməlidir.
Sözügedən ölüm rəqəmləri 2019-cu ildə 11 ölümü keçib ki, bu da artıq son zamanların ən ölümcül ili hesab olunur.
Bu ilki ölümlər Everestdə davamlı buz sürüşməsi və yüksək hündürlüklərdə və yüksəkliklərdə oksigen çatışmazlığı ilə əlaqədar olub.
Nuranə Məmmədova