"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Ev yıxan dərmanlar

21 Yanvar 2015 - 14:21
in SOSİAL
FacebookVatsap

sHökumət məsələnin həll yolu üçün müvafiq sənəd hazırlayacaq

Bunu da oxuyun

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

“Şəhərin bir aptekində dərman 20 manata, digərində isə 30 manata satılır. Eyni ad, eyni istehsal olmasına baxmayaraq qiymətlərdə ciddi fərqlər var. Mən özüm pensiya ilə dolanıram. O qədər imkanım yoxdur ki, dərmana 5-10 manat artıq ödəyim”.

Bunu ANS PRESS-in “qaynar xətt”inə müraciət edən Səkinə Məmmədova söyləyib. Yaşlı qadın tez-tez bu kimi hallarla qarşılaşdığını deyir. Səkinə xanım artıq yaşının ona imkan vermədiyini söyləyir. Yaşlı qadın küçə-küçə gəzib ucuz dərman axtarmağa çətinlik çəkdiyini deyir.

Bu gün istənilən şəxs aptekə girib Səkinə xanımın başına gələn həmin vəziyyəti müşahidə edə bilər. Dərman vasitələrinin kəllə-çarxa çıxan qiymət fərqinin qarşısını almaq üçün isə hökumət artıq müəyyən addımlar atmağa başlayıb. Ötən gün baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov mətbuata açıqlama verərək hazırkı vəziyyətdən danışıb. Baş nazirin müavini Milli Məclisdə dərmanların qiymətləri ilə bağlı qanunun artıq qəbul olunduğunu xatırladıb:

“Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarət ciddi şəkildə artırılmalı, həm də onların qiymətinin süni surətdə artırılmasınıln qarşısı alınmalıdır. “Dərman haqqında” Azərbaycan Respublikasının qanunda dəyişiklik edilib. Güman edirəm ki, müvafiq proseduradan sonra Nazirlər Kabineti tərtəfindən normativ hüquqi sənəd hazırlanacaq. Hazırda bu barədə lazımi tədbirlər görülür”, – deyə Ə.Əhmədov söyləyib.

Mütəxəssislər isə dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı bir neçə təklif irəli sürürlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələyə fərqli rakursdan yanaşır. İqtisadçı qeyd edir ki, dərmanların qiymətinin eyniləşdirilməsi bazar prinsiplərinə əks sayılır. Onun sözlərinə görə, bu, cəlbedici görünsədə bazar iqtisadiyyatı prinsiplərinin pozulması şəraitində olmamalıdır: “Ümumiyyətlə, dövlətin bəzi hallarda qiymət tavanı müəyənləşdirmək imkanları var. Düşünürəm ki, sözügedən vahid qiymət siyasəti aparılarsa, bu, heç də apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq. Bəzi apteklərin gəliri azalacaq, bəzilərininki isə hətta artacaq. Bütün hallarda vahid qiymətlərin müəyyənləşdirilməsi apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq. Apteklərdə dərmanın qiymətləri arasında fərqi azaltmaq üçün dərman bazarında liberallaşdırılma aparılmalıdır. Liberallaşdırma siyasəti birmənalı şəkildə dərmanların qiymətinin aşağı düşməsinə gətirib çıxarar”.

İqtisadçı inzibati metoddan istifadəni də istisna etmir. Vüqar Bayramov qeyd edir ki, apteklərdə eyni qiymətin tətbiqi bazar iqtisadiyyatında qəbuledilməz olsa da, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiyməti müəyyənləşdirən sahibkarlara qarşı cəzalar tətbiq edə bilər: “Nazirliyin aidiyyatı qurumu inzibati üsullarla olsa belə qiymətlərin aşağı salınmasını tələb etmək hüququ var. Amma bütün apteklərdə eyni qiymətə məhsulların satılmasının tələb edilməsi qanunvericiliyə ziddir. Ancaq digər tərəfdən əgər satılan məhsulun üzərinə fəddən artıq faiz qoyulursa, bu artıq süni qiymət artımı deməkdir. Belə olan halda isə nazirlik zəruri tədbirlər görməlidir”.

Ümumiyyətlə mütəxəssislər vahid qiymət təcrübəsinin xarici ölkələrdə də tətbiq edildiyini deyirlər. Bununla yanaşı, Azərbaycanda dərman preparatlarının istehsal olunmaması və dərmanların əsasən idxal edilməsi də vahid qiymət təcrübəsindən istifadəyə imkan verir. İqtisadçılar hesab edir ki, sahibkarlarda dərmanları ölkəyə gətirməyə maraq yaratmaq lazımdır. Burada həm sahibkarın, həm də vətəndaşın marağı nəzərə alınmalıdır. Belə olan halda isə vahid qiymət siyasətini praktiki olaraq tətbiq etmək mümkün olacaq. Nəticədə isə, ölkədə dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş bütün dərman vasitələri bütün apteklərdə müəyyən olunmuş qiymət əsasında satılacaq. Yəni, Səkinə xanım kimi yaşlı qadınların küçə-küçə düşüb apteklərdə ucuz dərman axtarmağına ehtiyac qalmayacaq.

ANS PRESS

Previous Post

Ev yıxan dərmanlar

Next Post

İnternetə qoşulmaq asanlaşacaq

Bənzər yazılar

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Next Post

İnternetə qoşulmaq asanlaşacaq

İnternetə qoşulmaq asanlaşacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi – FOTO

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi – FOTO

26 Avqust 2026 - 17:40
İspaniyada “Tomatina” “döyüşü” zamanı 150 ton pomidor istifadə olunub

İspaniyada “Tomatina” “döyüşü” zamanı 150 ton pomidor istifadə olunub

26 Avqust 2026 - 17:39
Pezeşkian: “Vaşinqtonun İrana qarşı yeni iqtisadi müharibəsi nəticə verməyəcək”

Pezeşkian: “Vaşinqtonun İrana qarşı yeni iqtisadi müharibəsi nəticə verməyəcək”

26 Avqust 2026 - 17:27
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

26 Avqust 2026 - 17:15
İtaliyada giroplanın qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

İtaliyada giroplanın qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

26 Avqust 2026 - 17:09
Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb

26 Avqust 2026 - 17:00
Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik etdi

26 Avqust 2026 - 16:51
Laçına köçürülmüş sakinlərdən 1235 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Laçına köçürülmüş sakinlərdən 1235 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

26 Avqust 2026 - 16:45
İran və Oman Hörmüz boğazının gəlirlərini bölüşmək barədə razılığa gəldi

İran və Oman Hörmüz boğazının gəlirlərini bölüşmək barədə razılığa gəldi

26 Avqust 2026 - 16:38
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 - 16:30
AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib

AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib

26 Avqust 2026 - 16:24
Növbəti 3 gündə külək güclənəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə külək güclənəcək – XƏBƏRDARLIQ

26 Avqust 2026 - 16:17
DOST Evi benefisiarlarının iştirakı ilə “Şuşada bir gün” adlı tədbir keçirilib

DOST Evi benefisiarlarının iştirakı ilə “Şuşada bir gün” adlı tədbir keçirilib

26 Avqust 2026 - 16:00
İndoneziyanın vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

26 Avqust 2026 - 12:28
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 11% artıb

Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 11% artıb

26 Avqust 2026 - 12:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.