"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Ev alanda ödənilən 50 minin 15 mini geri qayıdacaq

29 Noyabr 2022 - 16:15
in İQTİSADİYYAT
FacebookVatsap

Qanunda edilmiş dəyişikliyə əsasən, mənzil alanda ƏDV-nin bir hissəsinin geri qaytarılması nəzərdə tutulub.

Bunu da oxuyun

Qaradağda yeni körpü tikilir

Azərbaycan neftinin son satış qiyməti 100 dollara yaxın olub

Bu günün valyuta məzənnələri

Elchi.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov bu məqsədlə portalın (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verildiyini bildirib. O qeyd edib ki, portal nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün işə salınıb.

Bəs daşınmaz əmlak alqı-satqısı zamanı ƏDV necə geri qaytarılacaq?

V.Bayramov qeyd edib ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur:

“Hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq”.

Millət vəkili əlavə edib ki, kreditlə alınan əmlaka görə ƏDV geri qaytarılması tam ödənişdən sonra mümkündür: “ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür”

V.Bayramov bildirib ki, qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir: “Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən, bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək”.

Bundan başqa iqtisadçı bildirib ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır: “Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanır (18 faiz) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır. Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq”.

Qeyd edək ki, təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alqı-satqıda ƏDV ödənişi həyata keçirilsin.

Xatırladaq ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış əmlaka görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası müəyyənləşdirilib.

Previous Post

Ev alanda ödənilən 50 minin 15 mini geri qayıdacaq

Next Post

NATO Baş katibi İrana xəbərdarlıq etdi

Bənzər yazılar

Qaradağda yeni körpü tikilir

Qaradağda yeni körpü tikilir

13 Noyabr 2026 - 11:15

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən M2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində...

Azərbaycan neftinin son satış qiyməti 100 dollara yaxın olub

Azərbaycan neftinin son satış qiyməti 100 dollara yaxın olub

13 Noyabr 2026 - 09:47

Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən 100 dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

13 Noyabr 2026 - 09:35

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, noyabrın 13-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Dünya bazarında neft yenidən ucuzlaşıb

Dünya bazarında neft yenidən ucuzlaşıb

13 Noyabr 2026 - 09:16

Dünya bazarında neft qiymətlərində azalma qeydə alınıb. Elchi.az xəbər verir ki, ICE London birjasında “Brent” markalı neftin 2027-ci ilin yanvar...

Next Post
NATO Baş katibi İrana xəbərdarlıq etdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

Son xəbərlər

Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13 Noyabr 2026 - 14:13
İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

13 Noyabr 2026 - 12:29
Darth Vaderin işıq qılıncı rekord məbləğə – 4,87 milyon dollara satıldı

Darth Vaderin işıq qılıncı rekord məbləğə – 4,87 milyon dollara satıldı

13 Noyabr 2026 - 12:14
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

13 Noyabr 2026 - 12:04
İranın Sirik hücumuna cavabı: ABŞ radarı hədəf alındı

İranın Sirik hücumuna cavabı: ABŞ radarı hədəf alındı

13 Noyabr 2026 - 11:58
Şimali Koreyanın yaranmasından bəri ilk dəfə: Bayraq dəyişdi

Şimali Koreyanın yaranmasından bəri ilk dəfə: Bayraq dəyişdi

13 Noyabr 2026 - 11:43
Sudanın Darfur bölgəsində minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb

Sudanın Darfur bölgəsində minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb

13 Noyabr 2026 - 11:34
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb

Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb

13 Noyabr 2026 - 11:26
Qaradağda yeni körpü tikilir

Qaradağda yeni körpü tikilir

13 Noyabr 2026 - 11:15
Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

13 Noyabr 2026 - 11:07
Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

13 Noyabr 2026 - 10:56
Braziliya lideri Lula da Silva: Planet hegemoniya uğrunda mübarizələrin ixtiyarına buraxıla bilməz

Braziliya lideri Lula da Silva: Planet hegemoniya uğrunda mübarizələrin ixtiyarına buraxıla bilməz

13 Noyabr 2026 - 10:43
FHN Sumqayıtda əlilliyi olanlara xidmət göstərənlər üçün tədbir keçirib

FHN Sumqayıtda əlilliyi olanlara xidmət göstərənlər üçün tədbir keçirib

13 Noyabr 2026 - 10:31
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

13 Noyabr 2026 - 10:16
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

13 Noyabr 2026 - 10:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.