"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Etibar Pirverdiyev 1 milyon manat rüşvət almaqda ittiham olunur

14 Yanvar 2015 - 16:40
in CƏMİYYƏT
FacebookVatsap

Qarabağ əlili “Azərenerji” prezidentinin onu intihar həddinə çatdırdığını deyir

Bunu da oxuyun

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

Sabahın havası açıqlanıb

Eldəniz Həşimov: “Mənim intiharımla bağlı bütün məsuliyyət Etibar Pirverdiyevin üzərinə düşəcək”

etibarDünən 2- ci qrup Qarabağ Müharibəsi əlili Həşimov Eldəniz Yaşar oğlu tərəfindən muxalifet.az saytının elektron poçtuna şikayət məktubu daxil olub. E.Həşimov “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevdən şikayətçidir. “Mən üzləşdiyim qanunsuzluqdan, süründürməçilikdən bezmişəm, əgər buna görə intihar etsəm, bunun məsuliyyəti “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin üzərinə düşəcək” – deyən məktub müəllifi yazır:

“Vətənini, torpağını, xalqını sevən hər bir Azərbaycan vətəndaşından, vicdanlı insanlardan mənə yaxından kömək etməyi xahiş edirəm. Mən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, əlil olmuşam. Buna görə fəxr edirəm, qürur duyuram. Vətənimə, elimə-obama canım qurban. Ancaq vətənin torpaqlarının azadlığını yox, başqasının qanunu torpağını satıb mənimsəməyi düşünən bəzi saxtakar vəzifəli şəxslər var ki, 1 ildən çoxdur mənə zülüm verirlər”.

E.Həşimob deyir ki, 2007-ci ildə  Bakı şəhəri Binəqədi bələdiyyəsindən 20 sentyabr tarixli 561 saylı qərarı ilə 600 kvadrat metr ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi alıb. Həmin torpaq sahəsinin təxminən 50 metrliyində möhtəşəm villalar olub və, onların 3 metrliyindən yüksək gərginlikli elektrik xətti keçib. Həmin villaların sahbləri küllü miqdarda pul verib elektrik xəttinin yerini qanunsuz olaraq dəyişdirərək 50 metr qarşı tərəfə, onun torpaq sahəsinin üzərinə yerləşdiriblər: “Sizə təqdim etdiyim fotolardan yüksək gərginlikli elektirik xəttinin əvvəlki yeri, yerdəyişmə vaxtı (yerə aşırdılmış böyük elektirik dirəyi) mənə məxsus torpağın üzərindəki hazırki şəkili tam aydın görünür. Bütün proseslərin fotosunu çəkmişik. Bu qanunsuzluğu şəxsən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin tapşırığı ilə ediblər. Çünki həmin villaların sahibləri buna görə 1. 000. 000 ( bir milyon) manat pulu Etibar Pirverdiyevə veriblər. Mənim çoxsaylı şikayətlərimdən sonra Abşeron Regional Elektirik Şəbəkəsi tərəfindən başdan sovdu araşdırma aparıb, mənə əsassız cavab verdilər ki, guya, yüksək gərginlikli elektirik xəttinin yerini dəyişəndə Reyestr Xidmətindən cavab alınıb ki, həmin ərazidə mülkiyyət yoxdur. Ancaq, əslində bu yerdəyişməni etməməzdən əvvəl həmin ərazi üzrə bələdiyyədən, Torpaq və Xəritəçəkmə Komitəsinin Binəqədi rayon şöbəsindən qanunu qaydada öyrənilməli idi ki, bu ərazidə kimə məxsus mülkiyyət var. Verilən 1.000.000 manat rüşvətə görə mənim torpağımı Etibar Pirverdiyev qanunsuz olaraq zəbt etmişdir. Qanunlara riayət etməsə də, azından Qarabağ müharibəsi əlili olmağıma, keçdiyim döyüş yoluna hörmət qoyardın, ay cənab Etibar Pirverdiyev! Siz pulu var-dövləti sevib, qanunsuz əməllərlə məşğul olduğunuz kimi, məndə vətənimi canım qədər sevirəm və vətən torpağının azadlığı uğrunda canımdan keçməyə həmişə hazıram. Düz bir ildir ki, süründürməçiliyə məruz qalmışam. Artıq cana doyub-bezmişəm. Belə olur ki, Qarabağ Müharibəsi əlilləri intihara əl atırlar. Saxtakar, rüşvətxor məmurlar qanunsuz, özbaşına  əməlləri ilə insanları özünü öldürmə həddinə çatdırırlar”.

Şikayətçi bildirir ki, o, Etibar Pirverdiyevin qanunsuz əməli barədə prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, PA rəhbəri Ramiz Mehdiyevə, Baş Prokuror Zakir Qaralova , Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Ombudsman Elmira Süleymanovaya və.s. aidiyyatı orqanlara ərizə ilə müraciət edərək, onlardan qanun çərçivəsində kömək istəyib. “Əgər mənim qanuni torpağım özümə qaytarılmasa və yaxud eyni ölçüdə mənə başqa ərazidən torpaq sahəsi verilməzsə, mən özümü yandırıb intihar edəcəyəm. Qaradan artıq rəng olmaz. Mətbuat vasitəsi ilə də cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edib, xahiş edirəm ki, 1.000.000 manat rüşvət hesabına torpaq sahəmi zəbt etmiş “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin barəsində qanuni tədbirlər görəsiniz, mənim torpaq sahəmin özümə qaytarılmasına və yaxud da başqa ərazidə torpaq sahəsinin verilməsinə kömək edəsiniz. Etibar Pirverdiyev küllü miqdarda rüşvətə görə mənim torpağımı zəbt edib, mən isə vətənimi canım qədər sevirəm, vətənimin azadlığı, suverenliyi uğrunda canımdan keçməyə həmişə hazıram. İnanıram ki, prezident İlham Əliyev və Mehriban xanım Əliyeva mənə kömək edəcəklər. Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti birbaşa  “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin üzərinə düşəcək”.

muxalifet.az

Fotolar yazıya əlavə edilir.

REDAKSIYADAN: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Previous Post

Etibar Pirverdiyev 1 milyon manat rüşvət almaqda ittiham olunur

Next Post

Yoxa çıxan rusiyalı deputatları vəhşi heyvanlar parçalayıb?

Bənzər yazılar

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə keçirilən EYBA-nın payız konfransının (“EYBA Autumn...

Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir...

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağır. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Next Post

Yoxa çıxan rusiyalı deputatları vəhşi heyvanlar parçalayıb?

Yoxa çıxan rusiyalı deputatları vəhşi heyvanlar parçalayıb?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.