Estoniya Rusiyadan fevralın 1-dək ölkədəki diplomatik işçilərin sayını 8-ə endirməyi xahiş edib.
Elchi.az-ın məlumatına görə, Estoniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, sözügedən qərarla iki ölkədə eyni sayda səfirlik işçisinin olmasını təmin etmək hədəflənib.
Estoniya Rusiyadan fevralın 1-dək diplomatik vəzifələrdə maksimum 8, texniki və inzibati xidmət personalının isə maksimum 15 əməkdaşı olmasını istəyib.
Qərarı dəyərləndirən Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Ukraynadakı müharibəyə toxunaraq bildirib ki, Rusiya səfirliyi Estoniya-Rusiya münasibətlərini dəstəkləmir və bu səbəbdən səfirliyin indiki formada fəaliyyət göstərməsi üçün heç bir səbəb yoxdur.
Yeganə