"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Ermənistanın İranla “böyük layihəsi” fiaskoya uğradı

20 Fevral 2019 - 13:18
in DÜNYA
FacebookVatsap
Ermənistanın İranla “böyük layihəsi” fiaskoya uğradı
“Ermənistanda növbəti və daha böyük, daha rüsvayçı bir skandal yetişir. Bu, İranla sərhəddə Azad İqtisadi Zonanın (AİZ) yaradılması barədə layihənin fiaskosu ilə bağlıdır”

Elchi/az xəbər verir ki, bunu “Eurasia Daily” beynəlxalq informasiya agentliyi yazıb.

Bunu da oxuyun

Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

Orban istefasından sonra iş tapıb

Böyük Britaniyada müharibə həyəcanı: Bazalar mühafizə altına alındı, keçmiş hərbçilərə çağırış edildi

Ermənistan Polisinə və baş nazir Nikol Paşinyan hökumətindəki mənbələrinə istinad edən agentlik bildirir ki, sən demə, Serj Sarkisyanın prezidentliyi və Ovik Abramyanın baş nazirliyi dövründə erməni məmurlar AİZ-lə bağlı layihədən əvvəlcədən xəbər tutub korrupsiya yolu ilə Ermənistan-İran sərhəddindəki əraziləri tələm-tələsik mənimsəyərək öz adlarına keçiriblər. Məqsəd isə daha sonra həmin torpaqları dəyərindən artıq daha yüksək qiymətə dövlətə satmaq olub.

“Eurasia Daily” yazır ki, Azad İqtisadi Zona layihəsinin tikintisi Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin rəhbərlikləri və rəsmi Tehran səviyyəsində razılaşdırılmışdı. Lakin daha sonra üzə çıxıb ki, ermənilər məmurlar öz şəxsi maraqları üçün xalqın rifahını, dövlətin inkişafını və imicini qurban verərək AİZ-in inşa ediləcəyi Sünik əyalətinin Karçevan kəndini 2014-cü ildə tamamilə əllərinə keçiriblər.

“2014-cü ilin iyulunda Ermənistanın Daşınmaz Əmlakın Kadastrı Komitəsinin keçmiş rəhbəri, onun müavini, həmçinin, Sünik əyalətinin və Mehri şəhərinin kadastr departamentinin sədrləri Karçevan kəndinə baş çəkiblər. Səfərləri zamanı onlar kənd icmasının rəhbərinə deyiblər ki, tezliklə İranla Azad İqtisadi Zonanın tikintisi məhz bu kəndin ərazisində olacaq və layihə baş nazir Ovik Abramyanın təşəbbüsü ilə həyata keçirilir. Bu mənada, Ermənistanın Daşınmaz Əmlakın Kadastrı Komitəsinin keçmiş rəhbəri özünün və baş nazirin adından Karçevan kənd icmasının başçısına təlimat verib ki, dərhal kənd ərazilərinin müsadirəsinə və “ESİEY” şirkətinə təhvil veriməsi prosesinə başlasın” – Ermənistan Polisinin məlumatında deyilir.

Daha sonra isə hər şey adi korrupsiya sxemi üzrə – saxta hərracın təşkili, formal iştirakçılar və sənədlərin saxtalaşdırılması yolu ilə yerinə yetirilib.

“Hətta kənd icmasının rəhbəri yüksək vəzifəli erməni məmurların gözləntilərini aşaraq, guya məsələ ilə bağlı kəndin Ağsaqqallar Şurasının iclasını keçirməsi barədə feyk sənədlər hazırlayıb və şura üzvlərindən birinin saxta imzasını qoyub. Bu sənədlər əsasında da saxta hərrac keçirərək kəndin 32 hektar torpağını cəmi 5 min dollara “ESİEY” şirkətinə satıb. Nəticədə, dövlətə əhəmiyyətli dərəcədə ciddi ziyan vurub.”

Lakin Ermənistan Polisi qeyd edir ki, kənd icmasının rəhbəri bununla da kifayətlənməyib və məmurların xoşuna gəlmək üçün gələcəkdə Azad İqtisadi Zonanın inşa ediləcəyi ərazinin 1,3 hektarını da 4 min dollara öz qohumuna satıb. Bütün bu faktlar üzrə cinayət işi açılsa da, hələ ki istintaq prosesində bir irəliləyiş yoxdur.

Hazırda Paşinyan hökumətindəki mənbələr bildirir ki, sabiq məmurların bu cür qanunsuz əməlləri üzündən İranla sərhəddə Azad İqtisadi Zona layihəsinin taleyi ciddi sual altındadır.

“Bəs layihənin PR kampaniyası vaxtilə olduqca təsiredici idi axı. Biznesmenlərin və qonşu ölkələrin məmurlarının əraziyə səfərləri təşkil olunurdu, Ermənistan, Rusiya, Gürcüstan və İran kütləvi informasiya vasitələrində (KİV) yaradılacaq Azad İqtisadi Zona barəsində silsilə məqalələr yazılırdı. İrəvandakı rəsmi vəzifəli şəxsləri isə İranla sərhəddə tikiləcək Azad İqtisadi Zonanı Ermənistanın iqtisadi vizit kartı kimi təqdim edirdilər. Potensial investorlarla keçirilən bütün görüşlərdə bu layihə barəsində ağız dolusu məlumat verilirdi. Gözlənilirdi ki, layihəyə 150 milyon dollaradək investisiya qoyulacaq, Mehridə 50-70 müəssisə və təşkilat fəaliyyət göstərəcək və işsizliyin pik həddə çatdığı Ermənistanda 1500 yeni iş yeri açılacaq. Eləcə də, Azad İqtisadi Zonanın fəaliyyətə başlaması sayəsində Ermənistan ixracının həcminin 250 milyon dollar artması proqnozlaşdırılırdı. Lakin banal korrupsiya mexanizmi nəticəsində indi həmin ərazidə yalnız “Mehri Azad İqtisadi Zonası” yazılan quru stend, bir bina və avtomobillər üçün park yeri var, başqa heç nə… Qalan hər şey keçmiş məmurlar tərəfindən çoxdan ələ keçirilib” – Nikol Paşinyanın yaxın ətrafındakı hökumət rəsmisi “Eurasia Daily”ə bildirib.

Previous Post

Ermənistanın İranla “böyük layihəsi” fiaskoya uğradı

Next Post

Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət

Bənzər yazılar

Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

27 Noyabr 2026 - 14:00

Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammiti 2028–2034-cü illər üçün uzunmüddətli büdcə ilə bağlı fikir ayrılıqları səbəbindən pozulmaq təhlükəsi ilə üz-üzədir....

Orban istefasından sonra iş tapıb

Orban istefasından sonra iş tapıb

27 Noyabr 2026 - 13:00

Macarıstanın keçmiş baş naziri Viktor Orban və onun siyasi direktoru Balaj Orban (soyadları eyni olsa da, qohumluq əlaqələri yoxdur) "Pro...

Böyük Britaniyada müharibə həyəcanı: Bazalar mühafizə altına alındı, keçmiş hərbçilərə çağırış edildi

Böyük Britaniyada müharibə həyəcanı: Bazalar mühafizə altına alındı, keçmiş hərbçilərə çağırış edildi

27 Noyabr 2026 - 12:18

Böyük Britaniyanın Müdafiə naziri Wes Streeting 100 min ehtiyatda olan hərbçiyə – keçmiş hərbi qulluqçulara – məktub göndərərək, onları mümkün...

Zelenski Liviya və İtaliyanın Benqazi limanına hücumla bağlı ittihamlarına cavab verir

Zelenski Liviya və İtaliyanın Benqazi limanına hücumla bağlı ittihamlarına cavab verir

27 Noyabr 2026 - 11:28

Zelenski: Ukrayna Rusiya gəmilərinin silah daşımasına icazə verə bilməz. Elchi.az xəbər verir ki, Ukrayna Rusiya gəmilərinin silah daşımasına yol verə bilməz;...

Next Post
Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət

Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət

Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət

Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət

Son xəbərlər

Prezident İlham Əliyevə verdiyimiz sözü yerinə yetirdik – Nazir

Prezident İlham Əliyevə verdiyimiz sözü yerinə yetirdik – Nazir

27 Noyabr 2026 - 14:14
Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək

Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək

27 Noyabr 2026 - 14:07
Vilyam Hacıyev azadlığa buraxılıb

Vilyam Hacıyev azadlığa buraxılıb

27 Noyabr 2026 - 14:06
Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

27 Noyabr 2026 - 14:00
Bayramda neçə gün evdə olacayıq? – Tarixlər

Bayramda neçə gün evdə olacayıq? – Tarixlər

27 Noyabr 2026 - 13:52
Azərbaycan ATƏT-ə sədrlik edə bilər – Ceyhun Bayramov

Azərbaycan ATƏT-ə sədrlik edə bilər – Ceyhun Bayramov

27 Noyabr 2026 - 13:43
İlin sonunda əfv olacaq?

İlin sonunda əfv olacaq?

27 Noyabr 2026 - 13:30
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

27 Noyabr 2026 - 13:18
Alimentin universiteti bitirənədək ödənilməsi təklif olunur

Alimentin universiteti bitirənədək ödənilməsi təklif olunur

27 Noyabr 2026 - 13:09
Orban istefasından sonra iş tapıb

Orban istefasından sonra iş tapıb

27 Noyabr 2026 - 13:00
Mətbuat Şurası bəyanat yaydı

Mətbuat Şurası bəyanat yaydı

27 Noyabr 2026 - 12:51
Duman olacaq, külək əsəcək – SABAHIN HAVASI

Duman olacaq, külək əsəcək – SABAHIN HAVASI

27 Noyabr 2026 - 12:42
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası MDU-da möhtəşəm Forum reallaşdırdı: GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası MDU-da möhtəşəm Forum reallaşdırdı: GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

27 Noyabr 2026 - 12:33
Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB

Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB

27 Noyabr 2026 - 12:25
Böyük Britaniyada müharibə həyəcanı: Bazalar mühafizə altına alındı, keçmiş hərbçilərə çağırış edildi

Böyük Britaniyada müharibə həyəcanı: Bazalar mühafizə altına alındı, keçmiş hərbçilərə çağırış edildi

27 Noyabr 2026 - 12:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.