"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistanın hərbi balans yaratmaq ümidi həmişəlik basdırılır – gözlənilməz gəlişmə

05 Dekabr 2016 - 09:19
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Ermənistanın hərbi balans yaratmaq ümidi həmişəlik basdırılır – gözlənilməz gəlişməStrateji tərəfdaşlıqdan strateji müttəfiqliyə – tarixi qərar anı; İlham Əliyevin kritik səfəri – ya Türkiyə, ya da Pakistanla…; iki dost dövlətdən biri ilə Azərbaycanın hərbi müttəfiqlik müqaviləsi imzalamasının zamanı çatıb; prezidentin ziyarətini Pakistan səbirsizliklə gözləyir; baş nazir Nəvaz Şərifi “füsunkar oğlan” adlandıran Donald Trampdan erməniləri məyus edən müjdə…

 
Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına ikinci rəsmi səfərinə hazırlıq gedir (Birinci rəsmi səfər 2005-ci ildə baş tutub, 2015-də isə o, İƏT toplantısı çərçivəsində Pakistanda olub). Gələn ilin əvvəlinə planlaşdırılan bu ziyarət, şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında növbəti mərhələnin əsasını qoyacaq. 
 
Bu gün Pakistan Azərbaycandan ötrü faktiki, Türkiyə qədər vazkeçilməz, dost-müttəfiq statusunda və dəyərində olan bir dövlətdir. Müstəqilliyimizi Türkiyədən sonra ikinci sırada tanımış Pakistan həmçinin, nüvə silahına malik yeganə müttəfiqimizdir. Bu, nüvə dövləti Rusiya ilə Ermənistanın müttəfiqliyinin ölkəmiz üzərində yaratdığı psixoloji üstünlüyü tamamən neytrallaşdırmağa qadir yetərincə mühüm və strateji əhəmiyyətli bir məqamdır. Nəhayət, Pakistan Ermənistanın müstəqilliyini tanımayan yeganə ölkədir.
*****
Hazırda Bakı ilə İslamabad arasında əlaqələr bütün sahələr üzrə ən yaxşı dövrünü yaşayır desək, yanılmarıq. Təsadüfi deyil ki, son illər hər iki tərəfdən yüksək səviyyədə qarşılıqlı səfərlər xeyli intensivləşib. Üstəlik, hər belə səfər əlaqələrə özünəməxsus dinamika verməsi ilə yadda qalıb – ələlxüsus da hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində. Bu il ərzində həm Pakistanın prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin, həm də müdafiə naziri Məhəmməd Asif və müdafiə sənayesi naziri Rana Tanvir Husainin böyük bir nümayəndə heyətləri ilə uğurlu Bakı səfərləri qənaətimizi təsdiqləyir.
Image result for İlham Əliyev
 
Azərbaycanın yüksək rütbəli rəsmilərinin, generalitet təmsilçilərinin son illər Türkiyədən sonra ikinci ən çox səfər etdikləri dövlət də məhz elə dost Pakistandır. Son olaraq (noyabr ayında) baş nazirin 1-ci müavini Yaqub Eyyubovla hərbi sənaye naziri Yavər Camalov, ondan az öncə isə müdafiə naziri Zakir Həsənov Pakistanda olub, ən yüksək səviyyədə görüşlər keçiriblər. 
Bu, əlbəttə ki, çox yaxşı göstəricidir. Eyni zamanda Azərbaycanı hərbi və hərbi-təhlükəsizlik baxımından tək-tənha sayan düşmənlərimizə bir göz dağı, xəbərdarlıq mesajı sayılacaq göstəricidir. İkitərəfli təmasların zirvəsi isə sözsüz ki, prezidentlərin görüşüdür. Qeyd edildiyi kimi, bu il həm Pakistanın prezidenti, həm də baş naziri Azərbaycanda olub hər iki səfər hərbi-əməkdaşlıq sahəsində əlaqələrin dərinləşməsi ilə yadda qalıb. İndi isə prezident İlham Əliyevin dost ölkəyə səfəri gözlənilir.
*****
Ən önəmlisi odur ki, Pakistan Ermənistan üzərində hərbi üstünlüyümüzü saxlamaq üçün bizə real şəkildə kömək edə biləcək həlledici dövlətlərdən biridir. Prezident İlham Əliyevin qarşıdakı səfəri hər şeydən öncə bu kontekstdə önəm daşıyır. Yəqin ki, belə də olacaq və rəsmi ziyarət Ermənistanın yuxusunu qaçıracaq çox mühüm və yeni anlaşmaların və sənədlərin imzalanması ilə yadda qalacaq. 
 
Image result for İlham Əliyev Şərif
Söhbət ən əvvəl Pakistandan modern hava hücumundan müdafiə sistemlərinin alınmasından, eyni zamanda, müasir döyüş sistemlərinin Azərbaycanda (ortaq) istehsalını təşkil etməkdən gedir – nə barədə ki, Nəvaz Şərifin oktyabrda Bakı səfəri çərçivəsində prezident Əliyevlə onun arasında müzakirələr aparılıb.
Əslində söhbət həm də ölkələrimiz arasında əlaqələri hərbi müttəfiqlik səviyyəsinə qaldırıb rəsmiləşdirməkdən, yəni öncəliklə hərbi saziş imzalamaqdan getməlidir. Rusiya ilə işğalçı Ermənistanın ortaq hərbi qruplaşma yaratdığı vaxtda ya qardaş Türkiyə, ya da Pakistanla bu cür müqavilənin bağlanması, beləliklə də Azərbaycanın təhlükəsizliyinin daha etibarlı səviyyəyə qaldırılması artıq zamanın imperativinə çevrilib. Bununla ciddi maliyyə imkanlarından məhrum Ermənistanın hərbi balans yaratmaq ümidləri həmişəlik basdırıla, düşmən Qarabağ danışıqlarında konstruktiv mövqeyə məcbur ola bilər.
Image result for İlham Əliyev Ərdoğan
*****
Bəzi təhlilçilərə görə, Türkiyə ilə Azərbaycan arasında belə bir sənədin imzalanmasına qardaş ölkənin NATO üzvü olması maneə yarada bilər. Ancaq Türkiyə, məsələn, on illərdir Şimali Kiprdə böyük hərbi kontingent saxlayır və buna görə ona NATO-dan ona heç bir etiraz olmayıb. Eyni qaydada və Qars müqaviləsinin iki əsas tərəfindən biri olaraq qardaş ölkə Naxçıvanda hərbi bazalar yerləşdirə bilər. Pakistan dövləti üçünsə, ümumiyyətlə, bu qəbildən əngəllər mövcud deyil və Azərbaycan belə bir imkanı rahatca nəzərdən keçirə bilər.
Bu, avtomatik şəkildə o anlama gəlmir ki, müharibə variantında Türkiyə və ya Pakistan dərhal Azərbaycanın tərəfində müharibəyə qoşulacaq. Ancaq ən azından Ermənistan və onun havadarları, ilk növbədə isə işğalçı ilə hərbi müttəfiqliyini gücləndirən Rusiya üçün çəkindirici amilə çevriləcək. O ki qaldı Azərbaycanın “Qoşulmamaq hərəkatı”nın üzvü olması və qanunla ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinin yasaqlanmasına, bu da problem deyil. Qanuna düzəliş oluna bilər. Çünki öncə təhlükəsizliyimiz və suverenliyimizdir…
*****
 
Pakistan mövzusunda daha bir əhəmiyyətli və diqqətçəkici detal: ötən həftə ABŞ-ın yeni prezidenti Donald Trampla Pakistan baş naziri Nəvaz Şərif arasında telefon danışığı olub. Tramp Pakistan qarşısında duran problemlərin həllində Pakistana kömək etməyə hazır olduğunu söyləyib. Ən maraqlısı odur ki, danışıqların yekununda Ağ Evin təzə başçısı Pakistan baş nazirini “füsunkar oğlan” adlandırıb.
Bu – bizə dost-müttəfiq ölkə kimi Pakistanla ABŞ arasında əlaqələrin qarşıdakı 4 ildə yaxşı axarda gedəcəyi barədə olduqca pozitiv bir anons, erməniləri, erməni lobbisini isə pəjmürdə edən mesajdır. Çünki artıq Pakistana münasibət həm də Azərbaycana münasibət deməkdir.  
Previous Post

Ermənistanın hərbi balans yaratmaq ümidi həmişəlik basdırılır – gözlənilməz gəlişmə

Next Post

Türkiyədə “Dərin camaat” iş başındadır – Şok İddia

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Türkiyədə “Dərin camaat” iş başındadır – Şok İddia

Türkiyədə “Dərin camaat” iş başındadır – Şok İddia

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.