"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistan altına “gec partlayan” seçki bombası – düşmən ölkə tarana doğru…

03 Aprel 2017 - 10:02
in XƏBƏR LENTİ
FacebookVatsap

 

İşğalçı ölkə hər an qarışa bilər – həftənin mühüm gözləntisi; İşğalçı ölkədə kritik seçkilər baş tutdu, ancaq…; Sərkisyan rejiminin seçki manipulyasiyaları nəticələrin legitimliyini şübhə altına qoyub; polis xalqı hədələdi; ekspertlərdən seçkisonrası ilginc proqnozlar; “Yaxın gələcəkdə Sərkisyan hər şeydən məhrum olacaq…”
Ermənistanda 2 aprel kritik parlament seçkiləri baş tutdu. Ölkənin siyasi idarəçilik sisteminin yeni – parlamentli idarəçiliyə keçidinin əsasını qoyacaq bu seçkilərin cəmiyyətə və hakimiyyətə konkret nə vəd etdiyi isə hələlik bəlli deyil. Proses təzə başlayıb və yəqin ki, önümüzdəki günlərdə və ya həftələrdə işğalçı ölkədə daxili ictimai-siyasi vəziyyətin hansı məcrada inkişaf edəcəyinin konturları aydınlaşacaq.

Bunu da oxuyun

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

Hələlik yalnız bunu əminliklə söyləmək mümkündür ki, seçki kampaniyası dönəmində prezident Serj Sərkiysanın hakim partiyası öz öhdəsindəki inzibati resurslardan gen-bol yararlana bilib və formal seçki yarışını bütünlüklə öz nəzarətində saxlayıb. Paralel surətdə, yəni seçkilərə nəzarəti saxlamaq üçün siyasi həbslər həyata keçirib, opponentlərə qarşı başqa qanunsuz və repressiv üsullardan yararlanıb.
Bu da böyük ehtimalla, nəticəsiz ötüşməyəcək və seçkisonrası siyasi kataklizmlərdə özünü göstərəcək. Ən maraqlısı da belə kataklizmlərə kriminal Sərkiysyan rejiminin necə reaksiya verəcəyidir. İstisna deyil ki, hakimiyyətin ömrünü uzatmaq üçün Sərkisyan 2008-ci ildəki kimi, bu dəfə də lazım gələrsə, güc faktorundan istifadə etməkdən və qan tökməkdən çəkinməyəcək. Bəzi iddialara görə, bundan ötrü o, hətta İrəvana işğal altındakı Dağlıq Qarabağdan özünə ən sadiq hərbi qüvvələr də gətirib. Hərçənd, siyasətdə “bir suya iki dəfə girməyin”qəliz olduğu də bəlli həqiqətlərdəndir.

Image result for Armenia votes parliament
Bir sözlə, Ermənistan seçkilərdən sonra hər an qarışa bilər. Dünən – səsvermə günü düşmən ölkədən gələn xəbərlər, seçki pozuntuları və seçki qarşıdurmaları, habelə vətəndaşların saxtakarlıq əleyhinə etirazlara başlaya biləcəyindən ehtiyatlanan hakimiyyətin xalqa “polis mesajı” verməsi bu ehtimalı gücləndirir ki, zəiflətmir. Belə ki, ölkənin polis rəisi Vladimir Qasparyan səs verəndən sonra jurnalistlərin qarşısında etirazçı qüvvələrə xəbərdarlıq edib. Deyib ki, hazırda sülhə və sakitliyə daha çox ehtiyac var.

kollaj manshet armenia.jpg (659 KB)
*****
Beləliklə, Ermənistan 2 apreldən sonra kifayət qədər həssas və gərgin bir mərhələyə daxil olub. Bu mərhələnin işğalçı ölkəyə nə(lər) vəd elədiyi barədə siyasi və hərbi ekspertlərin maraqlı şərhləri var.
Rusiyalı politoloq Nikita İsayev bu xüsusda hesab edir ki, hakim rejimin seçki kampaniyası dövründə istifadə elədiyi manipulyativ texnologiyalar səsvermənin nəticələrinin legitimliyini bəri başdan şübhə altına alıb.

“Belə texnologiyalar, o sırada maliyyə manipulyasiyaları olduqca çoxlu sayda olub və bunlar şübhəsiz ki, yeni parlamentin formalaşmasına kölgə salır – hansı parlament ki, respublikada prezidentli idarəçilikdən parlamentli idarəçiliyə keçid zamanı siyasi hakimiyyətin dəyişdirilmiş konstruskisyası siklində birinci olacaq”, – deyə politoloq söyləyib.

Image result for Armenia votes parliament
Musavat.com-un məlumatına görə, bu barədə “Vestnik Kavkaza” nəşrinə danışan ekspert daha sonra deyib: “Mən Serj Sərkisyanın Respublika Partiyasının yeni siyasi konfiqurasiyada qalması üçün böyük istəyini görürəm – baxmayaraq ki, ölkədə olduqca böyük gərginlik var və əhalinin hakimiyyətə etimadı aşağı səviyyədədir, hansı etimad səviyyəsi ki, ötən yay insanların müxtəlif bəhanələrlə küçələrə çıxmasında və İrəvanda polis alayı binasının ələ keçirilməsində özünü bir daha göstərib. Hesab edirəm ki, belə bir seçki kampaniyası hakim partiyanın legitimliyinə heç nə əlavə eləməyib və Ermənistanda istənilən siyasi konfiqurasiyada – istər prezidentli üsul-idarə olsun, istərsə də parlamentli – siyasi qüvvələr balansının altına ”gec partlayan” bomba qoyub”.

Image result for Armenia votes parliament
Politoloq seçki kampaniyası dövründə Dağlıq Qarabağ mövzusundan istifadə olunmasına da toxunub.

“Məqsədə çatmaq üçün ənənəvi olaraq bu məsələdən də istifadə edildi. Sərkisyanın az öncə ”İsgəndər”lə bağlı hədələri – hansı ki, eskalasiya cəhdlərindən biri idi – erməni vətəndaşlardan özünə əlavə siyasi xallar almağa yönəlmişdi. Hər halda, Qarabağ amili Ermənistandakı siyasi proseslərdə prinsipial rol oynamaqda davam edir”, – deyə sonda rusiyalı politoloq əlavə edib.
*****
Digər rusiyalı politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov da Ermənistanda 2 aprel parlament seçkilərinin ölkə daxili siyasi vəziyyəti sabitləşməkdən daha çox, gərginləşməyə xidmət edəcəyini proqnoz edir: “Sərkisyan son vaxtlar ciddi siyasi səhvlərə yol verir. O, hakimiyyətini itirəcəyindən qorxduğundan, ölkəsindəki seçkilər ərəfəsində hakim rejiminə dəstək axtarışına çıxıb. Onun Avropa İttifaqı ilə razılaşması, NATO ilə dostluq etmək cəhdləri – bütün bu addımları əsas müttəfiq olan Rusiyanın bostanına daş atmaq deməkdir”, – deyə hərbi ekspert qeyd edib.

Image result for Armenia votes parliament
Hərbi analitik yaxın gələcəkdə Sərkisyanın hər şeydən məhrum ola biləcəyini, belə olan halda Ermənistanla Azərbaycan arasında yaşanan Qarabağ münaqişəsinin real həllinə inam yaranacağını güman edir: “Yeni siyasətçilər gələcək və onlar yəqin ki, dəyişən dünya həqiqətlərinə daha real yanaşacaqlar”.
*****
Lakin hələ ki Sərkisyan rejiminin əsas dayağı Rusiya olaraq qalır. Siyasi müşahidəçilərə görə, Ermənistan prezidentinin ötən ay Moskvaya etdiyi səfərdə əsas məqsəd məhz Kremlin seçkilərlə bağlı “dobro”sunu almaq olub və bu “dobro” əslində alınıb. Bununla belə, müxalifətin seçkisonrası kütləvi etiraz aksiyaları davamlı olarsa, bu, hakimiyyətin və seçkilərin legitimliyinə ciddi zərbə vura, eyni zamanda Rusiya üçün başağrısı yarada bilər. O halda həmçinin Sərkisyanın Qərb institutları ilə planlaşdırdığı siyasi bazarlığın əngəllənməsi istisna deyil.

Image result for Armenia votes parliament
Məsələ ondadır ki, Qərbin bir sıra maliyyə qurumları Ermənistana yardım üçün parlament seçkilərinin demokratik normalara minimum uyğunluğunu şərt kimi qoyublar. Rəsmi İrəvanın Avropa Birliyi ilə imzalamağa hazırlaşdığı, Rusiyanı qıcıqlandıran yeni sənəd də bu amillə bilavasitə əlaqələndirilir. O üzdən Avropa Birliyinin müşahidə missiyasının seçkinin nəticələrinə hansı qiyməti verəcəyi çox maraqlıdır.
Nəhayət, işğalçı ölkədəki seçkisonrası durumun necə inkişaf tapacağı Azərbaycan üçün, Qarabağ məsələsi ətrafındakı situasiya üçün, müharibə, yoxsa sülh perspektivi üçün də az önəm kəsb eləmir. Deməli, Azərbaycan da yaranacaq siyasi və başqa fürsətlərdən operativ şəkildə yararlanmağa hazır olmalıdır.

Previous Post

Ermənistan altına “gec partlayan” seçki bombası – düşmən ölkə tarana doğru…

Next Post

Bu ölkədə solçu Lenin prezident seçildi – FOTOLAR

Bənzər yazılar

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01

ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya...

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57

ABŞ ordusu Oman dənizi istiqamətindən bölgəyə daxil olmaq istəyən mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tankerə zərbə endirib. Elchi.az bu barədə...

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçı dövlətlərinin assambleyası prokuror Kərim Xanın tutduğu vəzifədən kənarlaşdırılmasına səs verib. Elchi.az xəbər verir ki, bu...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

Next Post

Bu ölkədə solçu Lenin prezident seçildi - FOTOLAR

Bu ölkədə solçu Lenin prezident seçildi - FOTOLAR

Son xəbərlər

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01
ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55
Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55
Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54
Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

24 İyul 2026 - 21:52
WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

24 İyul 2026 - 21:49
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

24 İyul 2026 - 21:25
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

24 İyul 2026 - 21:13
“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

24 İyul 2026 - 21:12
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

24 İyul 2026 - 21:08
Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

24 İyul 2026 - 19:29
İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

24 İyul 2026 - 19:05
PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.