"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənilərin təxribatı ilə bağlı BMT Baş katibinə müraciət olunub

07 Avqust 2020 - 14:22
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərib.

Bunu da oxuyun

Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib

Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

Elchi.az xəbər verir ki, həmin məktubda deyilir: 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın Tovuz rayonu istiqamətində artilleriya və minaatanlardan istifadə etməklə hücuma keçib. Sonrakı günlərdə Azərbaycan Tovuz rayonunun əhalisi sıx olan Ağdam, Dondar Quşçu və Əlibəyli kəndləri atəşə tutulub. Erməni təcavüzü nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini Əziz Əzizov, habelə Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı Azərbaycan vətəndaşları yaralanıb. Bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.

Məktubda qeyd edilir ki, Ermənistanın silahlı qüvvələrinin bu qərəzli hərəkətlərinin məqsədi təcavüzü genişləndirmək və Azərbaycan ərazisindəki yüksəkliklərə nəzarət imkanı əldə etmək və beləliklə, Azərbaycanın yaşayış məntəqələrinə və strateji əhəmiyyətli neft və qaz kəmərlərinə, o cümlədən hərbi eskalasiya zonasının yaxınlığında (müvafiq surətdə 15-25 kilometr və 10-12 kilometr məsafədə) yerləşən Cənub Qaz Dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna təhlükə yaratmaq idi.

Ermənistan rəhbərliyi bu təcavüz aktının köməyi ilə Ermənistan ictimaiyyətinin diqqətini ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar daha da genişlənən dərin iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmağa çalışır.

Diplomat qeyd edib ki, Ermənistanın Azərbaycana hücumu rəsmi Yerevanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş araqızışdıran bəyanatlarından və hərəkətlərindən sonra törədilib. BMT-nin üzvü olan bir dövlətin ardıcıl təcavüz siyasətinin əyani nümunələri olan belə bəyanatlardan bir neçəsini xatırlatmaq kifayətdir.

Hələ 2013-cü ildə Ermənistanın ovaxtkı müdafiə naziri Seyran Ohanyan “Ermənistan Silahlı Qüvvələri birinci olaraq zərbə endirə bilərmi” sualının cavabında demişdi: “Mən heç nəyi istisna etmirəm, çünki bizim silahlı qüvvələrdən ölkənin müdafiəsi üçün istifadə edilməsi doktrinasında həm müdafiə, həm də preventiv xarakterli çoxsaylı tədbirlər nəzərdə tutulur”.

2014-cü ilin avqustunda Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan bir müsahibəsində Azərbaycanın iri şəhərlərinə qarşı kiçik məsafəli ballistik raketlər buraxılacağı ilə hədələyərək demişdi: “Azərbaycan rəhbərliyi Ermənistan Silahlı Qüvvələrinin arsenalında hansı resurslar olduğunu çox yaxşı bilir. Onlar çox yaxşı bilirlər ki, bizim sərəncamımızda 300 kilometrdən artıq məsafəli effektiv ballistik raketlər var və həmin raketlər istənilən firavan yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər”.

2017-ci il sentyabrın 21-də Ermənistan Baş Qərargahının rəisi general-leytenant Movses Akopyan etiraf etmişdi: “bizə həqiqətən böyük ərazilər lazımdır ki, respublikamızın təhlükəsizliyinə daha yaxşı təminat verə bilək”.

Ermənistanın işğalçı qüvvələrinin rəhbəri, Ermənistan baş qərargah rəisinin müavini general-leytenant Levon Mnatsakanyan 2018-ci il iyulun 24-də keçirdiyi mətbuat konfransında Azərbaycanın mülki infrastrukturuna raket zərbələri endiriləcəyi ilə hədələyərək demişdi: “Bu, bizim taktiki planlarımızın bir hissəsidir. Ümumiyyətlə, döyüş əməliyyatları aparılması məharəti hərbi əməliyyatlar təzələnəcəyi halda bu obyektlərə, habelə hərbi hədəflərə zərbələr endirilməsini tələb edir. Bu, düşmənin iqtisadiyyatına ziyan vuracaq və silahlı qüvvələr üçün müvafiq təchizatın təmin edilməsinə imkan verməyəcək. Mən hələlik buna zərurət görmürəm… lakin həmin hədəflərə zərbə endirmək zəruri olsa, biz bir saniyə belə tərəddüd etməyəcəyik”.

2019-cu il martın 30-da Ermənistanın müdafiə naziri David Tonoyan demişdi: “Mən müdafiə naziri kimi bəyan edirəm ki, sülh naminə ərazi formatını ifadə edən mən olmuşam. Biz əksinə edəcəyik – yeni ərazilər üçün yeni müharibə”. O, daha sonra deyib: “Biz bu xəndək vəziyyətindən, daim müdafiə olunmaq vəziyyətindən yaxa qurtaracaq və döyüş əməliyyatlarını düşmən ərazisinə keçirə bilən bölmələr əlavə edəcəyik”.

İyulun 12-də törədilmiş hücumdan iki gün əvvəl Ermənistan özünün yeni milli təhlükəsizlik strategiyasını qəbul edib. Bu strategiya təcavüz və ilhaq siyasətini təsdiq edib. 2020-ci il iyulun 13-də, yəni hücum başlananın ertəsi günü Ermənistan müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədri Ancey Kasprşik ilə telefon söhbətində yeni əlverişli mövqelər tutacağı ilə hədələyib.

Daha sonra qeyd edilir ki, hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də Ermənistanın silahlı təxribat törətməsinə mane olmayıb. Aşkardır ki, Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Baş katibinin qlobal atəşkəsə çağırışını guya dəstəkləməsi və bu çağırışa sadiqliyi barədə bəyanatı ağ yalandır. Şübhə yoxdur ki, Ermənistanın məqsədi köməyə ehtiyacı olan insanların xilas etmək, onların əziyyətini yüngülləşdırmək deyil, öz təcavüzünü və ilhaq siyasətini genişləndirmək və təhlükəsiz şəkildə həyata keçirməkdir.

Ermənistanın indiki rəhbərliyi əhalini sülhə hazırlamaq əvəzinə öz sələflərinin ilhaqçı siyasətini həm sözdə, həm də əməli işdə təkrarlayır. Bu yaxınlarda törədilmiş eskalasiya Ermənistanın danışıqların formatına meydan oxumaq və sülh prosesini pozmaq, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və münaqişənin həllinə dair digər sənədlərin mahiyyətini təhrif etmək, Azərbaycan ərazilərinin işğalını uzatmaq, bu ərazilərdə Ermənistanın hərbi iştirakını möhkəmlətmək, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməkdir. Belə hərəkətlərin münaqişənin dinc yolla və razılaşdırılmış şəkildə nizamlanması məqsədilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Respublikası beynəlxalq birliyin diqqətini dəfələrlə bu məqama cəlb edib ki, Ermənistanın təcavüzünün davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni iştirakı müharibənin və yerlərdə təkrarlanan eskalasiya hallarının əsas səbəbidir. Azərbaycanlı diplomat yazır: “Biz ardıcıl olaraq bəyan edirik ki, Azərbaycan öz ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla yerinin dəyişdirilməsindən əziyyət çəkən ölkə kimi bu münaqişənin tezliklə və uzunmüddətli həllinin axtarılıb tapılmasında ən çox marağı olan tərəfdir”.

Lakin Azərbaycan əlini yanına salıb gözləməyəcək və Ermənistanın təxribatlarına, atəşkəs rejiminin pozulmasına adekvat reaksiya verəcək. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu yaxınlarda törətdiyi silahlı hücumları dəf etmək üçün, öz əhalisinin təhlükəsizliyini təmin etməyə, erməni tərəfin atış və dayaq mövqelərini neytrallaşdırımağa, onları təcavüz aktlarını davam etdirməkdən və vəziyyəti nəzarətə almaqdan çəkindirməyə yönəlmiş zəruri əks tədbirlər görüb. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti və rəşadəti bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünün pozulmasına dözməyəcək, öz ərazilərinin işğal edilməsi ilə barışmayacaq. Ermənistandan fərqli olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq adət hüququna müvafiq olaraq yalnız özünümüdafiə hüququ çərçivəsində hərəkət edir.

Bir daha təkrarlamaq yerinə düşər ki, təcavüz və onun hərbi nəticələri münaqişənin həlli deyil və heç vaxt Ermənistanın can atdığı siyasi nəticələrə gətirib çıxarmayacaq. Məktubun sonunda deyilir: “Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edilməklə mümkündür. Azərbaycan bu çərçivələrdən kənarda münaqişənin həllini mümkün hesab etmir və bu anlayış əsasında nizamlama prosesində iştirak edir”.

Previous Post

Ermənilərin təxribatı ilə bağlı BMT Baş katibinə müraciət olunub

Next Post

Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir

Bənzər yazılar

Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib

Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib

29 Sentyabr 2026 - 12:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev dünyada,...

Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü

Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü

28 Sentyabr 2026 - 17:48

Azərbaycanın İslamabadakı səfiri İrfan Davudov Pakistan Xarici İşlər Nazirliyinin İƏT və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Həsən Əli Zaiğamla...

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

28 Sentyabr 2026 - 16:39

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. Elchi.az xəbər...

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

28 Sentyabr 2026 - 15:30

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər. Baş Prokurorluqdan Elchi.az-a verilən xəbərə...

Next Post
Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir

Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir

Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir

Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir

Son xəbərlər

Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib

Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib

29 Sentyabr 2026 - 12:27
Azərbaycanın qızıl ixracı 29%-ə yaxın artıb

Azərbaycanın qızıl ixracı 29%-ə yaxın artıb

29 Sentyabr 2026 - 12:15
FIFA-dan UEFA-ya ittiham: İnfantino barədə yalan məlumat yayılıb

FIFA-dan UEFA-ya ittiham: İnfantino barədə yalan məlumat yayılıb

29 Sentyabr 2026 - 12:03
Səkkiz ayda əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Səkkiz ayda əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

29 Sentyabr 2026 - 11:55
“Azərkosmos” 36 ölkəyə 17 mln. dollardan çox xidmət ixrac edib

“Azərkosmos” 36 ölkəyə 17 mln. dollardan çox xidmət ixrac edib

29 Sentyabr 2026 - 11:44
FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 - 11:26
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Çimərliklərdə ən çox boğulma təhlükəsi olan ərazilər açıqlanıb

29 Sentyabr 2026 - 11:17
Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

29 Sentyabr 2026 - 11:09
Ebola epidemiyasında narahatedici rəqəmlər: 8067 yoluxma halı, 3901 ölüm!

Ebola epidemiyasında narahatedici rəqəmlər: 8067 yoluxma halı, 3901 ölüm!

29 Sentyabr 2026 - 10:55
Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46
Rusiya-Ukrayna müharibəsində son vəziyyət: Putin ordunu genişləndirmək qərarı aldı

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: Putin ordunu genişləndirmək qərarı aldı

29 Sentyabr 2026 - 10:37
Uzun ekran müddəti uşaqların öyrənmə və dil bacarıqlarına zərər verir

Uzun ekran müddəti uşaqların öyrənmə və dil bacarıqlarına zərər verir

29 Sentyabr 2026 - 10:29
Alimlər dünyanın ən dəqiq saatını yaratdı

Alimlər dünyanın ən dəqiq saatını yaratdı

29 Sentyabr 2026 - 10:16
Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycan nefti 122,5 dollara ticarət olunur

29 Sentyabr 2026 - 10:04
DYP: Bir ayda at arabalarının iştirakı ilə qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

DYP: Bir ayda at arabalarının iştirakı ilə qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

29 Sentyabr 2026 - 09:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.