"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Ermənilər azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar” – Əli Həsənov

27 Fevral 2018 - 16:52
in SİYASƏT
FacebookVatsap

>

Bunu da oxuyun

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

“Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə hesab olunur. Dövlətimizin inkişafını, diasporumuz qarşısında qoyulan vəzifələrin aktuallığı və bugünkü inkişafın əsas mühüm vəzifələrini nəzərə alsaq, bu qurultayın keçirilməsi tam vaxtındadır. Tədbirin indi keçirilməsi Avropa azərbaycanlılarının ötən dövrdəki fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək anlamında məqbul sayıla bilər”.

APA-nın Amsterdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin qurultayında deyib.

Ə. Həsənov dünən Amsterdamda keçirilən Xocalı soyqırımı ilə bağlı anım tədbirindən də danışıb: “Xocalı hadisəsi bir günün məsələsi deyil. Xocalıya gələn yol-ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var. Ermənilər öz xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar. Azərbaycanlıların zaman-zaman öz torpaqlarından qovulması, qətlə yetirilməsi, soydaşlarımızın yaşadığı yerlərin dağıdılması baş verib. Faktiki olaraq bu millət özünün böyük dövlət qurmaq arzularını azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından didərgin salınması, millət olaraq varlığına son qoyulması istiqamətində aparmağa çalışır. Əlbəttə, bunlara yardım edənlərin də öz məqsədləri vardı.

Xocalıda həlak olanlar dinc insanlar idi. Ermənilər bu soyqırımını azərbaycanlıların gözünü qorxutmaq, kütləvi şəkildə yaşadıqları torpaqlardan qovmaq kimi mənfur məqsədlə ediblər. Bizim diasporun qarşısında duran əsas vəzifə bu ağrı-acıları olduğu kimi dünyaya çatdırmaqdır. Dünya ictimaiyyətinə bizim qonşuların xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün dünyaya çatdırmaq, həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin, həm də diasporumuzun bir nömrəli vəzifəsidir. Əlbəttə bunu həyata keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində yuvalar qurublar. Buna dünyanın aparıcı media nümayəndələrini cəlb ediblər. Xarici ölkələrin anti-müsəlman, anti-türk ovqatlı siyasətçilərini də bu işə qoşublar. Erməni lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını da buna cəlb edirlər. Onların lobbiçiliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki, güclüdür. Azərbaycan dövləti, elitası, diasporu bu gücün qarşısında mübarizə aparır. Açıq deyim ki, çox çətin vəzifə qarşısındayıq”.

Ə. Həsənov deyib ki, son vaxtlar ermənilər Dağlıq Qarabağda həyata keçirdikləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən “Artsaxı tanıdaq” adı ilə dünyada qeyd edirlər: “Böyük mərkəzlər yaradıblar. Bu mərkəzlərin biri Brüssel, biri London, biri Paris, biri Moskva, biri isə ABŞ-dadır. Hər mərkəzə xaricdəki erməni lobbisi, imkanlı ermənilər, harınlamış ermənilər pul köçürürlər. “Artsaxı tanıdaq” kampaniyasının da məqsəd odur ki, dünyanın müxtəlif ölkələrinin səyyahından, siyasətçisindən, keçmiş və indiki dövlət xadimlərindən tutmuş ən məşhur jurnalistləri, bloqqerləri Ermənistana aparıb, oradan Dağlıq Qarabağa keçirirlər. Orada yaradılan mövcud rejimi, real həyatı dünyaya tanıtmaq istiqamətində fəaliyyət göstərirlər. Guya orda formalaşmış dövlət var, azərbaycanlılar onu dağıtmaq istəyir və sair məsələləri təbliğ edirlər. Belə şəraitdə biz Xocalı soyqırımının ildönümü hər il keçirir, keçirməliyik.

Burada diasporun üzərində mühüm vəzifə durur. Hər bir azərbaycanlı bu gün fədakar olmağa borcludur. Hər bir azərbaycanlı fədakarcasına öz milli vəzifəsini icra etməlidir”.

Ə. Həsənov qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olmasından da ermənilər anti-Azərbaycan ruhda istifadə etmək istəyirlər: “AXC bizim dövlətçiliyimizin bir parçasıdır. Onlar deyirlər ki, azərbaycanlıların cəmi 100 illik dövlətçilik tarixi var, amma İrəvan xanlığının ərazisinə iddialıdırlar. İrəvan xanlığı Azərbaycan dövlətidir. Amma bizim mərkəzləşmiş dövlətimiz daha qədimə gedir. XVI əsrdə artıq tamamlanmış Səfəvilər dövlətinin olması buna sübutdur”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan mediasında tez-tez dövlət rəsmilərinin, ziyalıların çıxışları olur: “Bizim qarşımızda Azərbaycanın dövlətçiliyinin yaşaması, dövlətçiliyimizin əbədi yaşar olması durur. Qarşımızda Azərbaycanın iqtisadi, sosial , siyasi maraqlarının təmin olunması məqsədi dayanır”.

Ə. Həsənov bildirib ki, Azərbaycan mətbuatı, diasporu dövlət maraqlarının qorunmasını qarşısında məqsəd kimi qoyur və qoymalıdır: “Biz 30 ildir, Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətini çatdırmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqazda sülh tərəfdarı olmasını da təbliğ etməliyik. Diaspor bunu qarşısına vəzifə kimi qoymalıdır. Ermənilər bilməlidirlər ki, Azərbaycan öz enerji imkanlarından işğaldan əl çəkəcəyi təqdirdə Ermənistan üçün də istifadə etmək istəyir. Azərbaycan bölgəyə barış, firavanlıq, Ermənistan isə müharibə, işğal, fəlakət gətirir”.

O vurğulayıb ki, Azərbaycan diasporu həmçinin ölkənin transmilli, geosiyasi maraqlarını təbliğ etməlidir: “Bu gün Azərbaycan Avropa İttifaqının həyata keçirə bilmədiyi “Nabucco” layihəsini Türkiyə ilə birlikdə həyata keçirir. Cənub Qaz Dəhlizi layihəsi faktiki olaraq Avropaya ikinci enerji təhlükəsizliyinə nəfəsi verəcək. Bu istiqamətdə təbliğat aparılmalıdır. Ermənilər bunlara mane olmaq istəyir, onların bu əməllərini yaşadığınız ölkədə təbliğ edin. Ermənilər ayrı – ayrı ölkələrin bəzi media orqanlarında istifadə edib bu layihələrin əleyhinə çıxış edir. Hansı ki, o ölkələrin Azərbaycan qazına həqiqətən böyük ehtiyacı var”.

Prezidentin köməkçisi bildirib ki, təhlükəsizlik Azərbaycanın maraqlarının əsas hissəsini təşkil edir: “Bu gün Azərbaycan Ordusu bölgənin texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti yüksək olan ordusu hesab olunur. Aprel döyüşləri bunu aydın göstərdi. Bu gün bizə mane olmasalar, yaxud bu gün ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddət ərzində, bir ayın ərzində torpaqları azad etmək gücündəyik”.

Prezidentin köməkçisi qeyd edib ki, bunun üçün birinci resurs dövlətdir: “Dövlət prezident İlham Əliyevin dayanmadan ümummilli lider Heydər Əliyevin azərbaycançılıq siyasətinə, dövlət maraqlarına söykənən siyasəti əsasında öz rolunu oynayır. Prezident İlham Əliyev 15 il ərzində Azərbaycanı inkişaf etdirərək dövlətin mövcud imkanlarını azı 3,5 dəfə artırıb. Büdcə, sosial resurslar, hərbi, iqtisadi, xarici siyasət resursları və sair buna aiddir. Bu gün Azərbaycanın demək olar ki, həll edə bilməyəcəyi məsələ yoxdur. Yeganə bizim qarşımızda hələ də həll edilməyən problem Dağlıq Qarabağ məsələsidir ki, bunun da üzərində iş görürük. Azərbaycan bu məsələdə artıq bütün sivil dünyaya haqlı olduğunu çatdırıb. Təəssüf ki, beynəlxalq aləmin ikili standartlar səbəbindən hələ ki, son qərar verilməyib”.

O, həmçinin qeyd edib ki, Azərbaycan dövlətinin rəsmi resursları ilə yanaşı, milli elita, media və diaspor da ölkənin xarici siyasətinin, milli maraqlarının təbliğində xüsusi rola və gücə malikdir.

Previous Post

“Ermənilər azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar” – Əli Həsənov

Next Post

Bakıya daha qar yağmayacaq? – Coğrafiya İnstitutundan açıqlama

Bənzər yazılar

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45

Sentyabrın 10-dan 14-dək Azərbaycanda Mərakeş İrsi Günləri keçiriləcək. Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyindən Elchi.az-a verilən məlumata görə, tədbir səfirliyin "Joussour...

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

09 Sentyabr 2026 - 14:45

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. "BMT...

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

09 Sentyabr 2026 - 14:14

Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində mühüm addımlar atıb. Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov...

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

09 Sentyabr 2026 - 13:18

Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb. Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib....

Next Post
Bakıya daha qar yağmayacaq? – Coğrafiya İnstitutundan açıqlama

Bakıya daha qar yağmayacaq? – Coğrafiya İnstitutundan açıqlama

Səbailin İcra Hakimiyyətindən sakinlərə sərt İTTİHAM: “Hələ bir narazılıq da edirlər?!”

Səbailin İcra Hakimiyyətindən sakinlərə sərt İTTİHAM: “Hələ bir narazılıq da edirlər?!”

Son xəbərlər

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09 Sentyabr 2026 - 19:12
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

09 Sentyabr 2026 - 18:52
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

09 Sentyabr 2026 - 18:44
Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

09 Sentyabr 2026 - 18:32
Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

09 Sentyabr 2026 - 18:27
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

09 Sentyabr 2026 - 18:13
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.