"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Erməni planı: Çinarlıdakı diversiyada məqsəd nədir? – TƏHLİL

29 Dekabr 2016 - 21:08
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Hər dəfə cəbhədə bir güllə atılan kimi, informasiya meydanında böyük müharibə başlayır. Bu dəfə də elə oldu. Cəbhədəki insidentdən daha böyük təxribatlar siyasət və informasiya meydanında yaşandı.

Erməni tərəfin iddiasına görə, təmas xəttində məhz Azərbaycan hücuma keçib və buna görə də bir əsgərimiz itkin düşüb – yəni guya onu itirib, geri qayıtmışıq. Bu tezisi yaymaqda düşmən ölkənin məqsədi aydındır: Aprel döyüşlərindın bəri onlar eyni siyasəti davam etrdirərək, atəşkəsi məhz Azərbaycan tərəfin pozduğunu dünyaya göstərmək istəyirlər.

Bu dəfə plan incəliklərinə qədər işlənmişdi. Cəbhədəki diversiyadan dərhal sonra “TASS” agentliyinin erməni müxbiri Poliqon Baqramyan (Ad necə də simvolikdir!) KTMT-nin baş katibi Nikolay Bordyujanın açıqlamasını yaydı. Açıqlamada Bordyuja açıq-aşkar günahı Azərbaycan tərəfinin üstünə qoyurdu.

Eyni zamanda, KTMT-nin saytında hadisə ilə bağlı yayımlanan xəbərdə “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi göstərdi ki, hadisələr eyni məntiqi zəncirin halqalarıdırlar. Və istisna deyil ki, plan əvvəlcədən qurulub: Ermənistan təxribat edəcək, sonra Bordyuja bunun günahını Azərbaycanın üstünə yıxacaq, KTMT-nin saytında isə təxribatçı bir ifadə yer alacaq.

Paralel olaraq, erməni dairələrinə bağlı olan “azərbaycanlı” blogger və media da işə düşdü: onlar erməni məntiqini dəstəkləyərək, yazmağa başladılar ki, əgər hücuma keçən tərəf ermənilərdirsə, niyə bizim əsgərimiz itkin düşüb? Və bir də belə bir vicdansız yalanı tirajlamağa başladılar ki, guya bir əsgər itkin düşməyib, 7 nəfər həlak olub.

İşin mənəvi tərəfini – bayram ərəfəsində övladları, yaxınları cəbhədə olan insanların keçirdikləri psixoloji sarsıntını bir qırağa qoyaq. Belə məqamlarda erməni mənbələrənə əsaslanaq xəbər yaymaqla erməni olmağın arasında elə də böyük fərq qalmır. Ermənistana lazım olan budur ki, belə bir informasiya mənzərəsi yaransın: Azərbaycanlılar hücum edib və böyük itki verərək, geri çəkiliblər. Əgər hansısa azərbaycanlı da bu mənzərəni tamamlamağa xidmət edirsə, o, ermənilərin informasiya meydanındakı desantından başqa heç kim deyil.

Detallara baxaq: Hadisənin baş verdiyi Çinarlı kəndi Ermənistanla sərhəddədir; yəni onu keçsə, Azərbaycanın kəşfiyyatçıları işğal olunmuş ərazilərimizə yox, Ermənistan ərazisinə daxil olacaqlar. İndiyə qədər biz birbaşa Ermənistan ərazisində heç bir kəşfiyyat əməliyyatı keçirməmişik, bu, lazım da deyil. Yəni Azərbaycanın kəşfiyyat qrupunun məhz Çinarlıda əks tərəfə keçməsi nonsensdir. Halbuki, ermənilər üçün öz ərazilərindən Azərbaycan mövqelərinə kəşfiyyat-diversiya qrupu göndərmək çox rahat olardı.

Əsgərin necə və niyə itkin düşməsinə gəlincə, bəlkə erməni diversiyasının məqsədi elə əsir tutmaq olub? Ya bəlkə məqsədli şəkildə bizim əsgəri, yaxud onun meyitini özlərilə aparıblar ki, sonra bunu Azərbaycana qarşı bir arqumentə çevirsinlər? Bu, hərbi əməliyyatın bilinməyən, gizli təfərrüatıdır, onun əsasında mühakimə yürütmək olmaz axı.

Ermənistanın bunu etmək üçün bütün motivləri var.

Əvvəla, sülh prosesini pozan tərəfin məhz Azərbaycan olduğu görüntüsü yaradıb, dünyaya sərgiləmək üçün.

İkincisi, KTMT-nin Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan təşkilatın üzvlərinin diqqətinin Qarabağ münaqişəsinə lazımınca yönəldə bilməmiş, bununla da Yerevanın diplomatik planları pozulmuşdu. Əvəzində indi belə bir təxribat törətməklə, uğursuzluğunu kompensasiya edə bilər.

Belə vəziyyətlərdə Azərbaycanın hər bir vətəndaşından, hər bir sosial şəbəkə istifadəçisindən tələb olunan öz dövlətinin və xalqının maraqlarını anlayıb, ona uyğun davranmaqdır. Bu cür həssas məqamlarda yazılan hər bir cümlə, hər status, hər tvit informasiya cəbhəsində atılan güllə deməkdir. Müharibə şəraitində özününkülərə güllə atmaq isə hərbi cinayət saylır.

Vüsal Məmmədov
AzVision.az

Previous Post

Erməni planı: Çinarlıdakı diversiyada məqsəd nədir? – TƏHLİL

Next Post

Müdafiə Nazirliyi: Düşmən xeyli itki verib (VİDEOXƏBƏR)

Bənzər yazılar

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə Elchi.az...

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08

ABŞ-nin bütün hava limanlarında təyyarələrin uçuşunun dörd saat müddətinə qadağan edilməsinə səbəb Federal Aviasiya Administrasiyasının (FAA) obyektlərindən birində mis kabellərin...

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentina Respublikasının Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş...

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası...

Next Post

Müdafiə Nazirliyi: Düşmən xeyli itki verib (VİDEOXƏBƏR)

Müdafiə Nazirliyi: Düşmən xeyli itki verib (VİDEOXƏBƏR)

Son xəbərlər

Konqoda Ebola epidemiyasından ölənlərin sayı 5,5 mini keçib

Konqoda Ebola epidemiyasından ölənlərin sayı 5,5 mini keçib

16 Noyabr 2026 - 10:48
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

16 Noyabr 2026 - 10:39
Əfqanıstanda 4,6 maqnitudalı zəlzələ baş verib

Əfqanıstanda 4,6 maqnitudalı zəlzələ baş verib

16 Noyabr 2026 - 10:27
Keyn İngiltərənin 78 illik rekordunu təkrarladı

Keyn İngiltərənin 78 illik rekordunu təkrarladı

16 Noyabr 2026 - 10:15
Güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın budaqları qırılıb

Güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın budaqları qırılıb

16 Noyabr 2026 - 10:08
Putin, Tramp və Si Cinpin noyabrın 19-da Şençjendə görüşəcəklər

Putin, Tramp və Si Cinpin noyabrın 19-da Şençjendə görüşəcəklər

16 Noyabr 2026 - 09:58
Bəzi yerlərə qar yağır – FAKTİKİ HAVA

Bəzi yerlərə qar yağır – FAKTİKİ HAVA

16 Noyabr 2026 - 09:51
Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb

16 Noyabr 2026 - 09:45
FHN: Ötən həftə 182 yanğın oldu, 6 nəfərin meyiti tapıldı – VİDEO

FHN: Ötən həftə 182 yanğın oldu, 6 nəfərin meyiti tapıldı – VİDEO

16 Noyabr 2026 - 09:34
Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

16 Noyabr 2026 - 09:26
Təbii qazın dəyəri azaldı

Təbii qazın dəyəri azaldı

16 Noyabr 2026 - 09:18
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

16 Noyabr 2026 - 09:09
V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

15 Noyabr 2026 - 17:37
Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.