"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Erməni könüllüləri geri qayıdır

19 May 2016 - 14:14
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Magistratura imtahanının nəticələri elan olunub

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sərkisyan erməni yaraqlılarına Qarabağdan çəkilmək əmri verdi
Sərkisyan erməni yaraqlılarına Qarabağdan çəkilmək əmri verdi

Ermənistan prezidenti Serj Sərkisyan mayın 16-d Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra aprelin əvvəllərində döyüşmək üçün Qarabağa yollanan “Yerkrapa” könüllülərinə geri qayıtmaq əmri verib.
Bu barədə Ermənistanda nəşr olunan “168 jam” qəzeti yazır.
Sərkisyanın könüllülərə çatdırılan əmrində deyilir ki, hazırda təmas xəttində sakitlik yaranıb və danışıqlar gedir. Ona görə də silahlı qüvvələrin tərkibinə daxil olmayan bütün könüllü qrupları silahlarını təhvil verib geri qayıtmalıdır. Bildirilir ki artıq dünəndən etibarən könüllü erməni yaraqlıları qruplar halında Ermənistana geri qayıdır.
Aprelin əvvəllərində Azərbaycan ordusu ermənilərin müdafiə xəttini yaranda  Ermənistandan 4400-ə yaxın könüllü döyüşmək üçün Qarabağa yollanıb. Onlardan 1700-i silah və sursat, hərbi geyim alaraq bilavasitə təmas xəttində mövqe tutub. Qalanları “arxa cəbhədə” qalıb. “Hazırda könüllülərin silahlarının təhvil-təslim prosesi gedir”-qəzet yazır.
Lakin qəzet yazır ki, heç də bütün könüllülər Sərkisyanın əmrinə tabe olmaq istəmir. Onlardan bir hissəsi Azərbaycan ordusu tərəfindən alınan mövqeləri geri qaytaranadək Qarabağda qalmaq istəyir. Üstəlik Qarabağın silahlı dəstələri ilə Ermənistandan gələn “Yerkrapa” könüllüləri arasında qarşıdurma yaranıb.
Bu qarşıdurmanın başlamasına səbəb olan insident isə aprelin əvvəllərində baş verib. Qarabağ müharibəsinin veteranı, keçmiş səhra komandiri Vaan Badasyan bu günlərdə sosial şəbəkələrdə yazıb ki,  könüllülərdən ibarət “Yerkrapa” yarımhərbi qruplaşmasının lideri general Manvel Qriqoryan aprelin əvvəllərində gedən döyüşlər zamanı Hadruta gələndə Qarabağ hərbçilərini söyüb.
Vaan Bədəsyanın bildirdiyinə görə, general Manvel çoxsaylı mühafizəçiləri və kortejin müşaiyəti ilə Hadruta gedəndə döyüşə tələsən erməni hərbçilərinin ona yol verməməsinə qəzəblənib. General maşından düşərək qarabağlı əsgərləri və komandirlərini söyüb. Bundan sonra Manvelin adamları ilə Qarabağ hərbçiləri arasında qarşıdurma yaranıb.
 
Bu əhvalatın mətbuata yayılması geniş rezonansa səbəb olub. Əvvəl general Manvelin mətbuat katibi Vardan Vardanyan Vaan Badasyanı “yalançı” adlandırıb. Məbuat katibinin sözlərin görə, general Manvel Hadrutda doğrudan da yolu kəsən hərbçilərlə qarşılaşıb, ancaq heç bir söyüş-filan olmayıb. “Hərbçilər maşınların qapısını açıq qoyub yolda hərəkətə maneçilik yaratdığına görə general onlara yüngül irad bildirib”-o deyib.
“Tutaq ki, mətbuat katibi düz deyir. O zaman hansı general indi Manvel kimi kortejlə və mühafizəçilərlə gəzir? Qoy Manvel buna cavab versin. Hesab edirlərsə ki, mən yalan deyirəm, məhkəməyə versinlər. Doğrudanmı onlar istəyirlər ki, mən hər şeyi açıb töküm?”-Vaan Badasyan ona cavab olaraq deyib.
Bu həmin general Manveldir ki, birinci Qarabağ mühaibəsi zamanı onun başçılıq etdiyi başıpozuq yaraqlılardan ibarət batalyon azərbaycanlı dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə fərqlənmişdi və Xocalı qırğınlarının törədilməsində iştirak etmişdi. Lakin 1993-cü ilin yayında general Manvelin dəstəsi azərbaycanlı döyüşçülər tərəfindən Goranboy ətrafında darmadağın edildi, onun özü isə döyüşdən qaçıb canını qurtardı.
Vaan Badasyanın ittihamına cavab olaraq hakim Respublika partiyasından deputat Vaqram Baqdasaryan da general Manveli müdafiə edib. “O, yenidən cavanlaşıb, 90-cı illəri yada salıb və “Yerkrapa” könüllüləri ilə bağlı bütün təşkilat işini üzərinə götürüb. Sutkada cəmi 3-4 saat yatır, biz onu heç olmasa 2-3 günlüyünə İrəvana qaytara bilmirik ki, bir az dincəlib yenidən qayıtsın. Mən bəyan edirəm ki, bu şantajdır. Bizim qəhrəmanlarımızın ünvanına bu cür böhtanlar atılmamalıdır”-deputat deyib.
Qarabağ müharibəsinin digər iştirakçısı, general Vardan Avetisyan da bu qalmaqala münasibət bildirib. Könüllüləri təhqir edənlərə və general Manvelə qarşı çıxanlara “düşmənin dəyirmanına su tökməməyi” məsləhət görüb. O, könüllülərə qarşı tənqidlər səsləndirənləri “alçaq” adlandırıb və bildirib ki, məhz könüllülər spontan olaraq cəbhəyə tələsdi və əsgərlə bir sırada dayanıb özünü mərminin qabağına verdi.
Müdafiə naziri Seyran Ohanyan da qalmaqala münasibət bildirib, könüllülərə “xüsusi hörmət”dən danışıb. O deyib ki, döyüşlərdə həlak olan və yaralanan könüllülər hərbi qulluqçularla eyni statusa malikdir.  Ohanyan könüllülərin aprel döyüşlərində cəbhəyə axın etməsinin “əsgərlərin döyüş ruhunu yüksəltdiyini” bildirib.
 
Xatırladaq ki, “Yerkrapa” yarımhərbi birləşməsi vaxtilə Ermənistanda Ter-Petrosyanın devrilməsində və Qarabağdan olan səhra komandirlərinin hakimiyyəti ələ keçirməsində əsas rol oynayıb. Bir neçə il əvvəl bu qruplaşmanın bir hissəsi Serj Sərkisyana qarşı çıxmışdı, lakin sonra general Manvel Sərkisyanla anlaşdı. Özünə geniş imtiyazlar alıb hakimiyyəti dəstəklədi. “Yerkrapa” böyük ölçüdə hakimiyyətin nəzarətinə keçdi. Lakin indi dişi birinci Qarabağ müharibəsində qana batmış və azərbaycanlıların evlərini, əmlakını talamaqla varlanmış bu vəhşi yaraqlılar qruplaşması yenidən bunt qaldırırır. Görünür onlar hələ də 90-cı illərin ab-havası ilə yaşayır və elə güman edirlər ki, müharibə başlasa yenə talançılıq edib qənimətlər ələ keçirə biləcəklər.
Onların qan və qənimət hərisliklərinin cavabını isə Azərbaycan ordusu aprel döyüşlərində verdi. Ağdərədə “Yerkrapa” könüllülərini daşıyan avtobus təmas xəttinə çatmamış Azərbaycan ordusunun silahlanmasında yer alan, İsrail istehsalı olan “Harop” pilotsuz döyüş sistemi ilə vuruldu. “Yerkrapa” yaraqlılarının 10-a yaxını öldü və onlar başa düşdülər ki, deyəsən indi 90-cı illər deyil…
Previous Post

Erməni könüllüləri geri qayıdır

Next Post

Rusiyanın ən varlı varisi azərbaycanlıdır – ”Forbes”

Bənzər yazılar

Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Elchi.az...

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb. Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika...

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb. Bu barədə Elchi.az - a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki,...

Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

25 İyul 2026 - 14:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.İ.Yevdayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər...

Next Post

Rusiyanın ən varlı varisi azərbaycanlıdır - ''Forbes''

Rusiyanın ən varlı varisi azərbaycanlıdır - ''Forbes''

Son xəbərlər

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57
Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.