Ermənistan polisinin rəisi vəzifəsindən azad edilib

🗓 02.06.2025 13:41 ✍️ "Elçi" qəzeti
Ermənistan polisinin rəisi vəzifəsindən azad edilib

Ermənistan polisinin rəisi, daxili işlər nazirinin müavini Aram Ovanisyan tutduğu vəzifədən azad edilib.

 Elchi.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı baş nazir Nikol Paşinyan imzalayıb.

Qeyd olunub ki, Ovanisyan istefa ərizəsini baş nazirin tələbi ilə yazıb. Bu qərarın səbəbləri açıqlanmır.

 Məlumat üçün bildirək ki, o, 1990-cı ildən daxili işlər orqanlarında işləyib və 2023-cü il yanvarın 9-dan Ermənistan polisinin rəisi olub.

Bənzər yazılar