Ermənistanda məhkəmə sabiq müdafiə naziri David Tonoyanı həbsdə saxlayıb.
Elchi.az xəbər verir ki, bu barədə onun vəkili Sergey Hovannisyan məlumat verib.
Bildirilir ki, məhkəmə onu azad etməkdən növbəti dəfə imtina edib. Sentyabrın 26-da Tonoyan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün şəxsi mənzilini girov kimi qoymağı təklif edib.
Xatırladaq ki, sabiq müdafiə naziri silah təchizatında sui-istifadədə ittiham olunur.