Ermənistanda zəncirvarı yol qəzasında iki nəfər ölüb.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrəvan-Gümrü yolunda BMV, “Ford” və “Mersedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində “Mersedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb.
Qəza nəticəsində 3 nəfər ağır və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xilasedicilər onları xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən çıxarıblar.
Qeyd olunub ki, ölənlərdən biri hərbçi olub.
Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana...





















Son şərhlər